Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək

posted in: Vergi, Xəbər | 0

Şəxsi hesab vərəqəsindəki problemlə bağlı hesablanan faizlər silinəcək.

Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, cənab Sahir Məmmədxanovun şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmaların aradan qaldırıldığı bildirir:

Sizin ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqəsinə daxil edilməsi haqqında müraciətinizə Azərbaycan Respublikasının Vergilər Nazirliyində baxılmışdır.

Vergi ödəyicisi tərəfindən məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə ödənilmiş vəsaitlər vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinin “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsinə daxil edilir.

Eyni təsnifat kodu üzrə həm borc, həm də “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində ödənilmiş vəsait olduqda, həmin ödənişlə borc avtomatik qaydada əvəzləşdirilir.

Vergi ödəyicisinin hər hansı təsnifat kodu üzrə borcu olmadıqda ödənilmiş vəsaitlər “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində saxlanılır və vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildikdə həmin ödənilmiş vəsaitlər hesabatlara əlavə edilə bilər və ya vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitlər hesabatlara əlavə edilmədən bəyannamə təqdim edilə bilər.

Bu halda müvafiq təsnifat kodu üzrə borc yaranır və həmin borcla “Sosial üzrə bölüşdürülməmiş ödənişlər” bölməsində olan ödənilmiş vəsait avtomatik qaydada əvəzləşdirilir.

Hesablanmış faizlə bağlı bildiririk ki, vergi ödəyicisi tərəfindən ödənilən və şəxsi hesab vərəqəsinə daxil edilən bütün ödənişlərin həm şəxsi hesab vərəqəsinə işlənilməsi tarixi, həm də həmin vəsaitin vergi ödəyicisi tərəfindən ödənilmə tarixi əks olunur. Vergi ödəyicisi tərəfindən ödənilmiş vəsaitin şəxsi hesab vərəqəsinə işlənilməsinə qədər hesablanmış faizlər avtomatik qaydada azaldılır.

Göründüyü kimi, şəxsi hesab vərəqəsində yaranmış texniki uyğunsuzluqlarla bağlı Vergilər Nazirliyi tərəfindən aparılmış modifikasiya tədbirləri nəticəsində kənarlaşmalar aradan qaldırılmışdır. Vergi ödəyicilərinin fəaliyyətində yaranmış narahatçılıqlarla bağlı üzrxahlıq edərək bildiririk ki, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri tərəfimizdən daim aparılmaqdadır. “

Mənbə: fed.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 20 yerli, 3 xarici şirkət ləğv edildi

posted in: ləğv, Xəbər | 0

şirkətAzərbaycanda 20 yerli 3 xarici şirkət ləğv edildi.


 

“ZƏMBUR” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1501935021

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev, ev 18, mənzil 106 ünvanına bildirə bilərlər


AĞCABƏDİ MELİOSERVİS İDARƏSİ

VÖEN: 3400145741

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağcabədi Suvarma Sistemləri idarəsinə bildirə bilərlər.


“MASTER MANAGEMENT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1402910681

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, ev 9 ünvanına bildirə bilərlər.


“MECHANİC SUPPLY AND SERVİSE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1602703221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti, ev 30/42 , mənzil 17 ünvanına bildirə bilərlər.


“XƏZƏR ULUXANLI” FİRMASI

VÖEN: 2000349791

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi, ev 10, mənzil 52 ünvanına bildirə bilərlər.


“XƏZƏR-3” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 2000349811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telnov küçəsi, ev 10, mənzil 52 ünvanına bildirə bilərlər.


“NEPTUN S.A.” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ (Ləğv prosesindədir)

VÖEN: 1700832441

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini  Bakı  şəhəri,  Nəsimi rayonu, R.Behbudov  küçəsi 59,  mənzil 63 ünvanına bildirə bilərlər.


“QIZIL ƏSR QƏZETİ REDAKSİYASI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1700418821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, 1128-ci keçid, ev 21, mənzil 76 ünvanına bildirə bilərlər.


“SUBCON” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1603491051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 68, mənzil 25 ünvanına bildirə bilərlər.


“DEHAX” QAPALI SƏHMDAR CƏMİYYƏTİ

VÖEN: 1404250331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6 (Bridge Plaza 4-cü mərtəbə) ünvanına bildirə bilərlər.


“QAYĞI” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 4700035291

<qayği>Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Qusar şəhəri, H.Aslanov küçəsi, ev 9 ünvanına bildirə bilərlər.</qayği>


“MİLAN LTD-1” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3100535571

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Görədil qəsəbəsi ünvanına bildirə bilərlər.


“VAAQNER-BİRO ŞTALBAU AG” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 2001960101

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 25, mənzil 52 ünvanına bildirə bilərlər.


“SİSTER TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1404491091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Vaqif pr., ev 3, mənzil 105 ünvanına bildirə bilərlər.


“S&M” FİRMASI

VÖEN: 1300414801

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 118, mənzil 53 ünvanına bildirə bilərlər.


1200 AZN məvaciblə Baş Mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: City Finance BOKT MMC

Əmək haqqı: 800 – 1200 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • E-mail: hr@cityfinance.az / info@finstaff.az
  • Elanın bitmə tarixi: 11.05.2019
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
Vakansiya barədə məlumat

– Qanunvericiliyə uyğun olaraq müvafiq məlumat və hesabatların tənzimləyici və dövlət orqanlarına təqdim olunması (Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Vergilər Nazirliyi və s)
– Maliyyə və vergi uçotunun aparılması
– Bütün kassa və bank hesablarına nəzarət;
– İşçilər, debitor və kreditorlarla hesablaşmalara nəzarət;
– Maliyyə hesabatlarının hazırlanması;
– Kredit portfelinə dair hesabatların hazırlanması;

Baş Mühasib üçün tələblər

– Ali iqtisadi təhsil
– Azərbaycan dilini əla səviyyədə bilmək
– Vergi və əmək qanunvericiliyini bilmək
– Detallara qarşı diqqətlilik
– 1C və MS Office proqramları bilikləri
– BOKT-larda mühasibatlıq sahəsində ən azı 2 il təcrübə
– Nəzarət Orqanına və Dövlət orqanlarına hesabatların göndərilməsi sahəsində təcrübə

İş Qrafiki

Həftədə 6 gün:
Həftə içi: 10:00-19:00
Şənbə: 10:00-16:00

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının dəyişdirilməsi

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Xidmətin adı: Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının  dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması (1.2.4. nömrəli xidmət) zamanı təqdim edilmiş sənədlərdə məlumat dəyişikliyini təsdiq edən sənədlər

– “Hüquqi şəxsin (təşkilatın)  filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD- nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) uçot məlumatlarının  dəyişdirilməsi haqqında bildiriş (e-qutuya  göndərilir)

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə (dəyişikliyə zərurət yarandıqda)

Elektronlaşdırma səviyyəsi

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb (bax 2.1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.