Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi

posted in: Vergi, Xəbər | 0

Qeyri-sahibkarlıqQeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi.


Vergi ödəyicisi qeyri – sahibkarlıq fəaliyyətindən əldə etdiyi illik gəliri 30.000 manatadək olduqda 14 faiz, 30.000 manatdan yuxarı olduqda 30.000 manatdan yuxarı məbləğin 25 faizi həcmində gəlir vergisi ödəyir. Vergi Məcəlləsində qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vergiyə cəlb edilməsində dəyişiklik varmı?
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, illik gəlirin həcmindən asılı olmayaraq qeyri -sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur və hesabat ili ərzində əldə olunan gəlirlər üzrə növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisinin bəyannaməsi vergi orqanına təqdim edilir.
Əsas: Vergi Məcəlləsi, 101.2-ci maddə
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

posted in: Vergi, Xidmət, Xəbər | 0

ƏDVXidmətin adı: ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı qismində qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Əlavə dəyər vergisinin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması

haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 24.0.7-1-ci və 165.1.3-cü maddələri

– AR Prezidentinin 12.07.2016-cı il tarixli 985 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən AR-nın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”

– VN-nin Kollegiyasının 26.07.2016-cı il tarixli 1617050000008600 nömrəli Qərarı

– Vergilər nazirinin 18.07.2016-cı il tarixli 1617040101056100 nömrəli əmri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,  RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri  müqavilənin bağlanması, stikerlə təchiz edilməsi, proqram təminatının quraşdırılması: vergi öhdəliklərinin icrasına nəzarət strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)


Telegram qrupumuza üzv olun


Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla qeydiyyat və uçot strukturları

İcra müddəti

– Qeydiyyat: 5 iş günü

– Müqavilənin bağlanması: qeydiyyata alındıqdan sonra

– Stikerlə və proqram təminatı ilə təchiz edilməsi: müqavilə bağlandıqdan sonra 10 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– “ ƏDV – nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”

– “Əlavə dəyər vergisinin qaytarılması sisteminin tətbiqi ilə əlaqədar operator və satıcı arasında bağlanan xidmət müqaviləsi”

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Moon Group MMC Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Moon Group MMC

Əmək Haqqı: 800 – 900 AZN

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
  • Telefon: (012) 440-22-11
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 01.05.2019
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər hr@moongroup.az və info@finstaff.az

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 10 aprel tarixli 84 nömrəli və “Azərbaycan Respublikasının    vahid    büdcə    təsnifatının    təsdiq    edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1.“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10,  maddə 936; 2009, № 1, maddələr  22,  32, №  2,  maddələr  144,  150,  №  9, maddələr  736,  753;  2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.3.6-cı yarımmaddəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı”nda “282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” adlandırılsın və həmin təsnifata əlavədə “282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafının mətni aşağıdakı redaksiyada verilsin:

“282400. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” paraqrafına dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri daxildir.”.

2. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503, № 7, maddə 1474; 2018, № 8, maddə 1796, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1-ci hissəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları” üzrə:

2.2.1. adında “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1-ci hissədə “dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin əsas borcalanlar tərəfindən yerinə yetirilməsi mümkün olmadığı təqdirdə, zəmanətçinin (bu halda Azərbaycan Respublikasının) dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsi üçün” sözləri “dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

2.2.3. 1-ci bənddə “Dövlət zəmanəti” sözləri “Dövlət borcu və zəmanəti” sözləri ilə əvəz edilsin;

2.2.4. 3-cü bəndə “riskin dərəcəsi” sözlərindən sonra “və əsas borcalanın maliyyə vəziyyəti” sözləri əlavə edilsin;

2.2.5. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.”;

2.2.6. 3-cü bənddə “zəmanətçi” sözü “zamin” sözü ilə əvəz edilsin;

2.2.7. 2-ci bənddə “dövlət zəmanəti” sözləri “dövlət borcu və zəmanəti” sözləri ilə və 4.3-cü bənddə “dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin” sözləri “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı – nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155)

ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.3.2.3-cü yarımmaddəsində və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları” sütununda “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.