1300 AZN əmək haqqı ilə Aparıcı Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Aparıcı Mühasib1300 AZN əmək haqqı ilə Aparıcı Mühasib tələb olunur

Vakansiya: Aparıcı Mühasib / İşəgötürən: Delta Qrup C.O. MMC

Ümumi məlumat

  • Şəhər: Sumqayıt
  • Yaş: 21 – 50 yaş
  • Təhsil: Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə)
  • İş təcrübəsi: 3 il və yuxarı
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Kompyuter Bilikləri: MS Excel
  • Elanın bitmə tarixi: 28.04.2019
  • Əmək haqqı: 900 – 1300 AZN
  • İş Qrafiki: 5 gün
Vakansiya barədə məlumat

– Əmək haqqı və bonusların hesablanması
– İşçilərdən tutulmaların, xəstəlik vərəqələrinin idarə olunması
– Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması
– Əməliyyatların qanunvericiliyə uyğun aparılmasına nəzarət edilməsi
– Vergi məcəlləsində dəyişikliklərin idarəetməyə kommunikasiya edilməsi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini hr@delta-group.az və info@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mövzu hissəsində Aparıcı Mühasib qeyd edilməsi tələb olunur. Sumqayıt şəhəri və ətraf rayonlarda yaşayan namizədlərə üstünlük veriləcək.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Lixtenşteyn knyazlığının vergi sistemi haqqında bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

Lixtenşteyn knyazlığıLixtenşteyn knyazlığı haqqında bilmədiklərimiz

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Lixtenşteyn knyazlığının vergi sistemindən söz açacağıq.

Lixtenşteyn knyazlığı İsveçrə və Avstriya arasında yerləşir. Ərazisi 160 kv.km, əhalisi 36 min nəfərə yaxındır.

Lixtenştyendə vergilər haqqında yeni qanun 2011-ci ilin yanvar ayından qüvvəyə minib. Yeni vergi qanunu daha sadələşdirilmiş və Avropa ölkələrinin vergi sistemləri ilə harmoniya yaradan bir vergi sistemidir.

Gəlir vergisi

Lixtenşteyn knyazlığında qeydiyyata alınmış bütün hüquqi şəxslər əldə etdikləri təmiz gəlirdən12,5% stavkası ilə vergi tutmaya cəlb olunurlar. Qeyd etmək lazımdır ki, illik ödənilən minimal vergi məbləğinin həcmi 1800 İsveçrə frankı təşkil edir.

Bu ölkədə kapitala görə və “kupon vergisi” adını almış vergilər ləğv edilib.

Vergi bazası müəyyənləşdirilərkən, aşağıda qeyd olunanlar artıq nəzərə alınmır:
  • dividendlər;
  • kapitaldan gəlirlər;
  • Xaricdə istehsal fəaliyyəti göstərən bölmələrdən daxil olan gəlirlər;
  • icarədən gələn gəlirlər;
  • torpaq sahələrindən əldə olunan gəlirlər;
  • miras hesabına əldə edilən kapital artımı, vəsiyyətnamə ilə keçən və bağışlanan əmlaka görə;
  • investisiyalar, o cümlədən geri qaytarılmayan üzvlük haqları;

Bundan əlavə şəxsi kaptal məbləğinin azaldılmasına icazə verilir, hazırda bu yük 4% təşkil edir ki, onun sayəsində həm vergi bazası aşağı düşür, həm də faktiki ödənilən vergi məbləği azalır.

  Modifikasiya edilən xalis dəyər aşağıdakı kimi hesablanır:

+ ödənilmiş nizamnamə kapitalı

+ rezervlər

-hüquqi şəxslərin iştirakçı payı

– xaricdə daşınmaz əmlak

-xaricdəki istehsal bölmələrinin mülkiyyəti

-müəssisənin zərurət duymadığı mülkiyyət

= modifikasiya edilən xalis dəyər

Şəxsi mülkiyyət strukturları

Şəxsi əmlakı idarə edən Lixtenşteyn şirkətlərinin modelinə əsasən, hüquqi şəxslərdən ötrü (istisnasız olaraq heç bir iqtisadi fəaliyyət göstərəməyənmülkiyyəti idarə edənlər üçün) xüsusi korporativ vergilərin yerinə, yeni vergi imtiyazları qəbul edilib.

Şirkət vergi idarəsinə ərizə ilə müraciət edərək “şəxsi mülkiyyət strukturu” statusunu ala bilər. Şəxsi mülkiyyət strukturu kimi tanınan şirkətlər il ərzində minimal məbləğdə (1800 İsveçrə frankı) gəlir vergsi ödəyirlər.

Trastlar

Lixtenşteyndə qeydə alınan və ya faktiki olaraq orada fəaliyyət göstərən trastlar il ərzində 1800 İsveçrə frankı məbləğində minimal gəlir vergisi ödəyirlər.

Bəs, bu kiçik knyazlıqda əməkhaqları hansı səviyyədədir? Beynəlxalq əmək təşkilatının məlumatına görə, Lixtenşteyndə orta aylıq əməkhaqqı məbləği 4090 ABŞ dolları təşkil edir. Əgər, bu obyektiv rəqəmdirsə, onda ölkə orta aylıq maaşlara görə dünyada birinci yeri tutur.

Lixtenşteyn knyazlığının rəsmi statistika idarəsi isə təsdiq edir ki, ölkədə orta aylıq əməkhaqqı 6315 İsveçrə frankı (1 İsveçrə frankı = 1,07 ABŞ dolları) təşkil edir. Çox yəqin ki, bu vergilər çıxılmamışdam öncə olan məbləğdir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda 9 yerli və 1 xarici şirkət ləğv olundu

posted in: Xəbər | 0

şirkətAzərbaycanda 10 şirkət: 7 MMC, 1 Müəssisə, 1 Kooperativ və 1 Xarici şirkət ləğv olundu.


“TANA-S” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1300751191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518 məhəllə, ev 13, mənzil 23 ünvanına bildirə bilərlər.


“VENTURE CAPİTAL İNVESTMENTS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1003426081

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış Sahəsi ev 143, mənzil 25 ünvanına bildirə bilərlər.


“ZÜMRÜD” MƏNZİL-TİKİNTİ KOOPERATİVİ

VÖEN: 1300210221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, A Salamzadə 593-cü məhəllə, ev 2 “D”, mənzil 79 ünvanına bildirə bilərlər.


“İNTELLİGENT SOLUTİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1802562651

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,  Sabunçu rayonu, Bakıxanov ŞTQ, Məmmədəli Şərifli, ev 16, məhəllə 2954 ünvanına bildirə bilərlər.


“OK TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1902543701

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.


“AKGÜN BİLGİSAYAR PROQRAM VE HİZMETLERİ SANAYİ TİCARET LİMİTED ŞİRKETİ”NİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 1401036791

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov, ev 10 ünvanına bildirə bilərlər.


“ŞAH-MED” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2003718811

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, S. Orucov küçəsi, ev 17C, mənzil 658 ünvanına bildirə bilərlər.


“NEORY” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1901840231

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 68, mənzil 27 ünvanına bildirə bilərlər.


“AZ-TÜRK PEN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1500607551

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ziya Bünyadov 19 / 69 ünvanına bildirə bilərlər.


“ARAN PLAST” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1002727151

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Ziya Bünyadov 19 / 69 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulu

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi partnyorluğu Sazişi – nin bağlanılması üçün ərizələrin qəbulu

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 13.2.49-cu, 15.1.15-1-ci və 23.1.15-2-ci maddələri

– AR Prezidentinin 29.12.2012-ci il tarixli 802 nömrəli “AR-nın VM-də dəyişikliklər edilməsi haqqında” AR-nın 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 3.1-ci bəndi;

– NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Vergi partnyorluğu Sazişinin forması”nın və “Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları”

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları

tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 22.04.2014-cü il tarixli 1417050000002400 nömrəli Qərarı ilə təsdiq edilmiş

Vergi partnyorluğu Sazişi – nin bağlanılması üçün ərizələrin qəbulu” elektron xidməti üzrə inzibati reqlament

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – ərizənin qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.