Sahibkarlar üçün dəyirmi masa keçiriləcəkdir

posted in: Xəbər | 0

Icbari Tibbi sığortaSahibkarlar üçün dəyirmi masa keçiriləcəkdir.


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 02.05.2019-cu il tarixində “İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala” mövzusunda dəyirmi masa keçiriləcəkdir.

“İcbari tibbi sığorta” sosial layihə olaraq əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.

Dəyirmi masada müzakirə olunacaq mövzular:

  • Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq
  • İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri
  • Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://sahibkarliq.typeform.com/to/DF7fyB

Tədbirin vaxtı: 02 may 2019-cu il, saat 10:00 – 13:00

Tədbirin keçiriləcəyi yer: Nizami küç., 90A, Landmark III

Tədbirin gündəliyi ilə buradan tanış ola bilərsiniz.

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Telefon: +99412 465 76 92 (daixili 121)

ebaliyeva@ask.org.az

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda əlilliyin qiymətləndirilməsinin yeni meyarları müəyyənləşib

posted in: Xəbər | 0

əlilliyin qiymətləndirilməsi yeni meyarlarAzərbaycanda əliliyin qiymətləndirilməsi üzrə yeni meyarlar təsdiq edilib.


Yeni hazırlanan “Əlilliyin müəyyən olunması meyarları”nın 4-cü (Əlilliyin qiymətləndirilməsi meyarları) maddəsinə əsasən, insan orqanizmi funksiyalarının IV dərəcə itirilməsi (81-100%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının III dərəcə itirilməsi (61-80%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında təyin edilir.

İnsan orqanizmi funksiyalarının II dərəcə itirilməsi (31-60%) ilə bağlı əlillik, xəstəliklər, çatışmazlıq və zədə fəsadlarından irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin I dərəcə məhdudlaşması halında təyin edilir. 18 yaşınadək uşaqlara sağlamlıq imkanlarının məhdudluğu insanın həyat fəaliyyətinin istənilən kateqoriyasının və istənilən məhdudlaşmasının (əmək fəaliyyəti ilə məşğul olmaq bacarığı istisna olmaqla) hər üç məhdudlaşma dərəcəsi mövcud olduğu və uşağın sosial müdafiəsi zərurətindən irəli gələn halda müəyyən edilir.

Orqanizm funksiyalarının I dərəcə itirilməsi (10-30%) hallarında əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyinatı aparılmır. Yalnız səbəb əlaqəsi peşə xəstəliyi, əmək zədəsi olduğu hallarda qiymətləndirilmə aparılır.

Xatırladaq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi üzrə yeni meyarlar-ın gələn ilin əvvəlindən tətbiq ediləcəyinin gözlənildiyini deyib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Vergi partnyorluğu Sazişi”nin bağlanması

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi partnyorluğu Sazişi – nin bağlanması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – “ Vergi partnyorluğu sazişi ”nin bağlanması üçün ərizə

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 19.07.2013-cü il tarixli 190 nömrəli Qərarı

– Vergilər nazirinin 02.07.2013-cü il tarixli 1317040100691900 nömrəli və 16.09.2013-cü il tarixli 1317040101004200 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin  struktur bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Şəffaf vergi partnyorluğu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin zona şöbələri, ƏVD və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Şəffaf vergi partnyorluğu şöbələri/bölmələri, RVŞ-nin  vergi ödəyicilərinə xidmət və uçotun təşkili strukturları

İcra müddəti: 15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi partnyorluğu Sazişi

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 1.8-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Kercom MMC

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 20 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: İnsan Resursları
  • Telefon: 050 303 10 60
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 29.04.2019
  • Əmək haqqı: 200 – 500 AZN
Vakansiya barədə məlumat

Vəzifə öhdəlikləri:
• Müəssisənin mühasibat əməliyyatlarını icra etmək,
• Dövlət büdcəsinə ödənişləri, sosial sığorta ayırmaları, kreditorlara ödənişləri həyata keçirmək,
• İşçilərə əmək haqqı ödənişlərini həyat keçirtmək,
• Qaimələri satış nöqtələri üzrə müvafiq olaraq yığmaq,
• Qaimələri, xərc sənədləri, alış fakturalarını proqrama (Günəş) işləmək,
• Kreditor və debitorlarla üzləşmələri həyata keçirtmək,
• Kreditor və debitorlarla bağlı ödənişləri nəzarətdə saxlamaq,
• Anbarda olan malların qalığına nəzarət etmək,
• Müəssisənin fəaliyyəti ilə bağlı maliyyə hesabatlarını hazırlamaq.
• Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Perspektiv:

  • Gələcəkdə Maliyyə şöbəsinin müdiri ola bilər.
Mühasib üçün tələblər

• Ali iqtisadi təhsil (Maliyyə, mühasibatlıq uçotu və ya iqtisadiyyat ixtisası üzrə)
• 20-35 yaş həddi,
• İxtisası üzrə ən azı 1 il iş təcrübəsi,
• Ünsiyyət və danışıqlar aparmaq bacarığı,
• Komandada işləmək bacarığı,
• Microsoft Office proqramları (əsasən Excel) biliyi,
• Günəş mühasibatlıq proqramını bilənlərə üstünlük verilir,
• Qüvvədə olan qanunvericilik və digər hüquqi aktlar haqqında məlumatlı olmalı.

Müraciət üçün CV-lərinizi mövzu hissəsində “mühasib/kadr.az” qeyd etməklə, hr@mrbee.azinfo@finstaff.az elektron ünvanına göndərə bilərsiniz.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.