E-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək

posted in: Xəbər | 0

elektron qaimə-fakturaE-qaimələr əməliyyat növləri üzrə fərqləndiriləcək

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktorunun müavini Nicat İmanov sahibkarlarla görüşdə bildirib ki, əlverişli biznes mühitinin yaradılması məqsədilə güzəştlərin verilməsi düşünülmüş addımdır. Hər bir güzəşt məqsədli şəkildə verilir: “Güzəşt müddəti bitdikdən sonra yaranmış aktivlik hesabına digər əməliyyatlar – istər əmək münasibətləri, istərsə də dövriyyələrin və istehsalatın artması baxımından büdcə daxilolmalarının artmasında özünü göstərmiş olacaq”.

N.İmanov maliyyə sanksiyaları ilə bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, yeni tətbiq ediləcək maliyyə sanksiyaları, habelə məbləğləri artırılan maliyyə sanksiyaları üzrə pozuntu halına görə ilk dəfə vergi ödəyicilərinə 1 il müddətində xəbərdarlıq ediləcək. Növbəti dəfə isə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulub. Burada əsas məqsəd sahibkarların dəyişikliklərə adaptasiyasını, eləcə də vergi və digər dövlət orqanları arasında münasibətlərin tam şəkildə formalaşmasını təmin etməkdir.

Qeyd olunub ki, hazırlanmış qanun layihəsi üzrə gələcəkdə agent qaydasında, o cümlədən turizm sektorunda təqdim edilən xidmətlərə görə agentin elektron qaimə-fakturasının verilməsi nəzərdə tutulur: “Bu addım vergi orqanı ilə sahibkar arasındakı münasibətlərin daha sadə və çevik olması üçün atılır.

Yəni agent qaydasında satış həyata keçirən vergi ödəyicisi e-qaimə faktura verirsə, vergi orqanı onu dərhal gəlir kimi tanımamalıdır. Sahibkarlar öz məhsulunu, xidmətini satırsa, adi qaydada qaimə-faktura verəcək. Xidmətlər agent qaydasında göstərildikdə isə agentin qaimə-fakturası təqdim edilməlidir”.

Bununla yanaşı, ticarət sektorunda da elektron qaimə-fakturalar çeşidlənməsi gözlənilir. N.İmanov bildirib ki, inzibatçılığın təkmilləşdirilməsi, əməliyyatların elektronlaşması və sahibkarlar tərəfindən istifadə edilən e-qaimələr konkret əməliyyat üzrə fərqləndirilməsi sahibkarlar üçün daha rahat və əlverişli şərait yaradacaq, əlavə yazışmalara ehtiyac qalmayacaq.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Məcburi dövlət sosial sığortası üzrə Yeni hesabat formaları təsdiq edilib

posted in: Vergi, Xəbər | 0

Məcburi dövlət sosial sığortası üzrə Yeni hesabat formaları təsdiq edilib


Aprel ayından 2019-cu il və sonrakı dövrlər üzrə yeni “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” və “İşsizlik sığortası üzrə rüblük hesabat”ın yeni formaları BTP proqram təminatına yüklənəcək.
Qeyd edilən hesabat formaları-nı aşağıdakı linkdən yükləyə bilərsiniz:
http://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat” formasının tərtib edilməsi qaydalarına əsasən, sığortaedənin fəaliyyət sahələri üzrə meyarından asılı olaraq neft-qaz, dövlət və qeyri-dövlət, neft-qaz sektoruna aid olmayan sığortaedənlərin hesabatları fərqlənəcək. Eləcə də “Aylıq gəliri 200 manatadək olan sığortaolunanlar üzrə”, “Aylıq gəliri 200 manatdan çox olan sığortaolunanlar üzrə”, “Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə gəlirlər”, “Vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin əldə etdiyi gəlirlər” üzrə məlumatlar ayrıca daxil ediləcək.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aprel ayı üzrə təqdim olunan vergi təqvimi

posted in: Vergi, vergi təqvimi, Xəbər | 0

Aprel ayı üzrə təqdim olunan vergi təqvimi


Vergi təqvimi – 1 aprel 2019-cu il

Gəlir vergisi: Gəlir vergisi üzrə hesabat dövrü təqvim ilidir.

Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verir və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəyirlər.


Məcburi dövlət sosial sığortası üzrə Yeni hesabat formaları təsdiq edilib

Mənfəət vergisi: Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir.

Mənfəət vergisinin ödəyicisi hesab edilən rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb edilən gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) vergini ödəyir və qeydiyyatda olduqları vergi orqanına bəyannamə təqdim edirlər.

Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər.

Əmlak vergisi: Müəssisənin əmlak vergisi üçün hesabat dövrü təqvim ili sayılır.

Əmlak vergisinin ödəyicisi olan müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına verir və vergini həmin müddətədək son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) dövlət büdcəsinə ödəyir.

Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda, növbəti iş gününə keçirilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xidməti müqavilələrlə bağlı ciddi yeniliklər gözlənilir

posted in: Müqavilələr, Xəbər | 0

Xidməti müqaviləXidməti müqavilə ilə bağlı ciddi yeniliklər gözlənilir


Xidməti müqavilə ilə işləyənlərin də vergi və sosial sığorta haqlarının əmək müqaviləsində olduğu kimi ödənilməsi təklif olunur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, özəl sektorda çalışanların əksəriyyəti gəlir vergisi və sosial sığorta ödənişlərindən yayınmaq üçün xidməti və ya mülki-hüquqi müqavilədən istifadə edirdilər: “Biz xidməti müqavilələrin fəaliyyət dairəsini azaltmalıyıq ki, onlar əmək müqavilələri əsasında işləməkdə maraqlı olsunlar.

Təklif edirik ki, xidməti müqavilə ilə işləyənlər də vergi və sosial ödənişləri əmək müqaviləsində olduğu kimi ödəsinlər”.

Nazir qeyd edib ki, bununla bağlı həm Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunub. Bu yenilik xidməti müqavilə ilə çalışanların gələcək sosial müdafiəsini təşkil etmək üçün nəzərdə tutulur: “İnsanlar başa düşməlidirlər ki, sosial ödənişlərdən kəsilən hər qəpik sonda onların pensiyasına mənfi təsir edir.

Ödənilən hər bir qəpik isə pensiyaya çıxandan sonra 3-4 dəfə artımla hər kəsin özünə qayıdır”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.