“Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışın 293 və 295-ci sətirlərində hansı məbləğ qeyd edilir?

posted in: Vergi, Xəbər | 0

Sual: Bilmək istərdim ki, Cari Vergi ödəmələrinin hesablanması haqqında Arayışın 293 və 295 -ci sətrlərində Cari rübdəki ümumi gəlirin həcmi cari rübdəki xərclər çıxıldıqdan sonra qeyd olunan gəlirdirmi?

Vergi məcəlləsinin 13.2.12 ci maddəsində Gəlir anlayışı malların (işləin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir kimi göstərilir.

Amma 195 Çağrı Mərkəzinin bildirdiyinə görə Cari vergi bəyənnaməsinin doldurulma qaydalarına əsasən Arayışın 293 və 295 -ci sətrlərində göstərilən gəlir, xərclər çıxıldıqdan sonra göstərilən gəlirdir. Xahiş edirəm buna aydınlıq gətirəsiniz.

Cavab: Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 151.1-ci maddəsi metodunu seçərsə, onda 290-296 bəndlərinə məlumat daxil edilmir.

Əgər Vergi Məcəlləsinin 151.2-ci maddə metodu seçilərsə, onda 295 və 296 bəndləri istisna olunmaqla digər bəndlərə məlumat daxil edilir. Sorğunuzda qeyd olunan 293-cü bənddə vergi ödəyicisinin rüb ərzində əldə etdiyi ümumi gəlirlər (gəlirdən çıxılan xərclər nəzərə alınmadan) qeyd olunur və əvvəlki ilin ümumi gəlirlərində verginin əmsalına vurulmaqla cari vergi ödənişi müəyyən edilir. Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən cari vergi arayışı təqdim olunduqda, yalnız 295 və 296 bəndlərinə məlumat daxil edilir.

Arayışın 295-ci bənddə isə, vergi ödəyicisinin rüb ərzində əldə etdiyi vergiyə cəlb olunan mənfəəti qeyd olunur.

Əsas: Vergi Məcəlləsinin 151-ci maddəsi, “Cari vergi ödəmələrinin hesablanması haqqında” Arayışın tərtib edilməsi Qaydası.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

posted in: Xəbər | 0

Bu gün Dövlət Turizm Agentliyinin və Vergilər Nazirliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (elektron qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçirilib.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılıb.

Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı sualları cavablandırıb, rəy və təklifləri dinlənilib.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımovbildirib ki, Agentlik hər zaman turizm sahəsində fəaliyyət göstərən şirkətlərin və digər sənaye üzvlərinin daha çox təşkilatlanmasını dəstəkləyir. Bu baxımdan, ötən il yaradılmış Azərbaycan Hotel Assosiasiyasını və yaxın günlərdə yaradılcaq Azərbaycan Bələdçilər Assosiasiyasını nümunə göstərmək olar.

Onun sözlərinə görə, dövlət qurumu olaraq Dövlət Turizm Agentliyi ictimai təşkilatların fəaliyyətinə birbaşa müdaxilə etməsə də, hər bir qurumun formalaşması və işinin düzgün təşkilinə dəstək göstərməyə hazırdır.

“Bu sahədə əsas məqam həmin qurumların təmsil etdikləri tərəflərin problemlərini və təkliflərini Agentliyə çatdırması və bu məsələlərin həlli ilə bağlı birgə əməkdaşlığın qurulmasıdır”, – Kənan Qasımov vurğulayıb.

Xatırladaq ki, Vergi Məcəlləsində son dəyişikliklərdən sonra e-qaimənin turizm şirkətləri tərəfindən təqdim edilməsi ilə bağlı problemler yaranmışdı. Belə ki, dəyişikliklərdən sonra səyahət agentlikləri və tur operatorlar müştərilərinə vasitəçi qismində iştirak etdikləri xidmətlərlə bağlı e-qaimə verə bilmirdi. Bununla əlaqədar Dövlət Turizm Agentliyi ilə Vergilər Nazirliyi arasında problemin həlli istiqamətində aparılan müzakirələrin nəticəsində məsələ müsbət həllini tapıb.

Belə ki, artıq turizm agentliyi biletlərin və xidmətlərin satışını birbaşa deyil, agent qaydasında vasitəçi olaraq həyata keçirdiyi təqdirdə, bu barədə hüquqi şəxslərə və dövlət orqanlarına təqdim etdiyi elektron qaimə-fakturanın “Əlavə qeyd” sətrində müvafiq qeyd apararaq elektron qaimə verə bilərlər.

Bundan başqa, verilmiş elektron qaimə-faktura agentin vergi tutulan dövriyyəsi hesab edilmir və agent xidmətlərin həyata keçirilməsinə görə ona çatası haqdan vergiləri hesablayıb dövlət büdcəsinə ödəyir.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi orqanlarında işə qəbulla bağlı imtahan keçiriləcək

posted in: Vergi, Xəbər | 0

imtahanVergi orqanlarında işə qəbul ilə bağlı imtahan keçiriləcək.


Dövlət imtahan Mərkəzi Vergilər Nazirliyi ilə birgə 2019-cu il martın 30-da “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq, vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilir ki, namizədlər “İmtahana buraxılış vərəqəsi”ni martın 27-dən 29-dək (saat 10:00-dan 18:00-dək) Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

Bakı şəhərində 5 binada təşkil olunacaq imtahan saat 11:00-da başlayır, saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahanların idarə olunmasına 15 imtahan rəhbəri və 147 nəzarətçi-müəllim cəlb olunacaq.

Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. İmtahanda namizədə qanunvericilik və ixtisas üzrə 80 və məntiqi nəticə çıxarma qabiliyyətinin müəyyən edilməsi üçün 20 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunur. Müsabiqənin test imtahanı mərhələsinin mövzularını (məntiq üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları təsdiq edilib

posted in: Xəbər | 0

Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları təsdiq edilib

“Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin
hesablanması üsulları”nın təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanının 1.5.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 mart
tarixli 106 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması

ÜSULLARI

1. Ümumi müddəalar

1.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları (bundan sonra – Üsullar) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Üsullar, dövlət vəsaitləri hesabına məkəzləşdirilmiş qaydada satın alınan ərzaq məhsulları və tarifləri dövlət tərəfindən tənzimlənən mallar (işlər və xidmətlər) istisna olmaqla, dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar (bundan sonra – satınalan təşkilat) tərəfindən satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsullarını müəyyən edir.

1.3. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tender komissiyası yaradılmasından əvvəl bu Üsullarla malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti (vergi və rüsumlar nəzərə alınmaqla) hesablanır.

1.4. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması zamanı bir mənbədən satınalma metodu tətbiq edildikdə müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Üsullara uyğun hesablanır.

1.5. Satınalan təşkilat malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb etdiyi hallarda, onlar tərəfindən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Üsullarla hesablanır.

1.6. Satınalan təşkilat malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti barədə bu Üsulların əlavəsinə uyğun formanı tərtib və təsdiq edir.

1.7. Satınalan təşkilat satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və tender nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.

2. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları

2.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları aşağıdakılardır:

2.1.1. statistik üsul;

2.1.2. bazar (sorğu) üsulu;

2.1.3. açıq informasiya üsulu;

2.1.4. analoq üsulu.

2.2. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti iki və daha çox üsulla hesablandıqda, ən aşağı olan qiymət ehtimal olunan qiymət hesab edilir.

3. Statistik üsulla malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması

3.1. Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərini hesablamaq üçün, ilk növbədə, həmin malların (işlərin və xidmətlərin) qiyməti barədə dövlət statistika orqanlarının bu barədə statistik məlumatlarının olubolmamasını araşdırır.

3.2. Malların (işlərin və xidmətlərin) qiyməti barədə dövlət statistika orqanları tərəfindən statistik məlumatlar açıqlandıqda, ehtimal olunan qiymətin hesablanması üçün açıqlanmış son məlumat üzrə malların (işlərin və xidmətlərin) topdansatış qiyməti əsas götürülür.

3.3. Malların (işlərin və xidmətlərin) bu Üsulların 3.2-ci bəndinə uyğun müəyyən edilmiş qiyməti malların (işlərin və xidmətlərin) satın alınması planlaşdırılan həcminə vurulmaqla, malların (işlərin və xidmətlərin) dəyəri müəyyən edilir.

3.4. Bu Üsulların 3.3-cü bəndinə uyğun müəyyən edilmiş qiymətlərə vergi (ƏDV və aksiz) və gömrük rüsumları daxil edilmədiyi təqdirdə, həmin qiymətlərin üzərinə qüvvədə olan qanunvericiliklə müvafiq mallar (işlər və xidmətlər) üçün müəyyən edilmiş vergi (ƏDV və aksiz) və gömrük rüsumları gəlinməklə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti hesablanır.

4. Bazar (sorğu) üsulu ilə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması

4.1. Satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 (üç) malgöndərənə (podratçıya) rəsmi məktub göndərərək və ya ən azı 3 (üç) obyektdən (adını və ünvanını göstərməklə) məlumatları sərbəst şəkildə toplayaraq qiymətlər barədə məlumat alır.

4.2. Satınalan təşkilat malgöndərənin (podratçının) təqdim etdiyi qiymətlərə bütün vergi və digər ödənişlərin daxil edilmiş olduğunu yoxlayır və lazım gəldikdə, malgöndərənlə (podratçı ilə) dəqiqləşdirir.

4.3. Bu Üsulların 4.1-ci bəndinə uyğun əldə edilmiş qiymətlər əsasında orta riyazi qiymətlər müəyyən edilir.

 4.4. Malların (işlərin və xidmətlərin) bu Üsulların 4.3-cü bəndinə uyğun müəyyən edilmiş orta riyazi qiymətləri malların (işlərin və xidmətlərin) satın alınması planlaşdırılan həcminə vurulmaqla, malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti hesablanır.

5. Açıq informasiya üsulu ilə malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması

5.1. Satınalan təşkilat satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən ən azı 3 (üç) malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində (adını göstərməklə) yayımlanan qiymətlər barədə məlumatları əldə edir.

5.2. Satınalan təşkilat malgöndərənin (podratçının) müxtəlif açıq informasiya mənbələrində yayımlanan qiymətlərinə bütün vergi və digər ödənişlərin daxil edilmiş olduğunu yoxlayır və lazım gəldikdə malgöndərənlə (podratçı ilə) dəqiqləşdirir.

5.3. Bu Üsulların 5.1-ci – 5.2-ci bəndlərinə uyğun əldə edilmiş qiymətlər əsasında orta riyazi qiymət müəyyən edilir.

5.4. Malların (işlərin və xidmətlərin) bu Üsulların 5.3-cü bəndinə uyğun müəyyən edilmiş orta riyazi qiyməti satınalınması planlaşdırılan malların (işlərin və xidmətlərin) həcminə vurulmaqla, onların ehtimal olunan qiyməti hesablanır.

6. Analoq üsulu ilə malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması

6.1. Satın alınması planlaşdırılan mallar (işlər və xidmətlər) bazarda olmadıqda və ya onların bazar qiyməti haqqında məlumatın əldə edilməsi qeyri-mümkün olduqda, satınalan təşkilat analoq üsulundan istifadə edir.

6.2. Satınalan təşkilat satın alınması planlaşdırılan mallardan (işlərdən və xidmətlərdən) funksional, texniki və keyfiyyət xüsusiyyətlərinə görə əhəmiyyətsiz dərəcədə fərqlənən malları (işləri və xidmətləri) müəyyən edir.

6.3. Bu Üsulların 6.2-ci bəndinə uyğun müəyyən edilmiş malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti bu Üsulların 4-cü və ya 5-ci hissələrindən birinə uyğun hesablanır.

7. Yekun müddəalar

7.1. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilməsində istifadə olunan sənədlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə saxlanılır.

 

“Malların (işlərin və xidmətlərin) ehtimal

olunan qiymətlərinin hesablanması

Üsulları”na əlavə

 “T Ə S D İ Q E D İ R Ə M”

                                                              __________________________________________

(satınalan təşkilatın rəhbərinin imzası ,adı və soyadı)

                                                     20     il

                                            tərəfindən satın alınması planlaşdırılan

(satınalan təşkilatın adı)

malların ehtimal olunan qiymətlərinin hesablanması

Tətbiq olunmuş hesablama üsulu:                                                          

 

Sıra

№-si

Satın alınması planlaşdırılan

malların (işlərin və xidmətlərin):

Əldə edilmiş məlumatlar üzrə malların (işlərin və xidmətlərin) qiymətləri Orta riyazi qiymətlər (süt5+süt6+ süt7)/3 Ehtimal olunan qiymət (süt4xsüt 8)
adı ölçü vahi-

di

miqda- rı məlu- mat 1 məlu- mat 2 məlu- mat

3

1 2 3 4 5 6 7 8 9
Cəmi:

 

Qeyd.

 

  1. Satın alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətləri statistik üsulla hesablandıqda, “orta riyazi qiymətlər” sütununda Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəyyən edilmiş qiymətlər göstərilir.
  2. “Əldə edilmiş məlumatlar” sütunlarının sayı qiymətlər barədə məlumat əldə olunmuş malgöndərənlərin (podratçıların) sayına uyğun tərtib olunur və orta riyazi qiymətlər bu məlumatların hamısından istifadə olunmaqla müəyyən edilir.

Malların (işlərin və xidmətlərin) ehtimal

olunan qiymətini hesablayan şəxsin (şəxslərin)

________     ______________________________

(imzası)                                 (soyadı, adı)

                                                           

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.