A+Co MMC Təcrübə Proqramı elan edir

Təcrübə ProqramıVakansiya: Təcrübə Proqramı / İşəgötürən: A+Co MMC

A+CO MMC (Xırdalan Şərab) bakalavr və magistr pilləsinin yeni bitirən məzunlar üçün yeni təcrübə proqramı elan edir.

Təcrübə Proqramına aşağıda qeyd edilən sahə üzrə qəbul edilir.

1. Maliyyə və mühasibatlıq (xanım namizədlər)

Təcrübə Proqramı üçün tələblər

1. Komputer bilikləri (Word/ Excel)
2. Mühasibatlıq haqqında anlayışı olmalı
3. Göstərilən vəzifə üzrə ixtisas
4. İşinə məsuliyyətli
5. Verilən tapşırıqların vaxtında icrası
6. Stresə davamlı
7. Aktiv və sosial

İş qrafiki: 6 günlük
Əmək haqqı: İlk bir ay ödənişsiz, 2-3 ay 200 AZN (3 ayın sonunda seçilən namizədlər işlə təmin olunacaq)

 

Müraciət üçün hr@aplusco.az və info@finstaff.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə (maliyyə və mühasibatlıq)  seçdiyiniz sahəni qeyd etməyiniz tövsiyyə olunur.

 

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

1 ildən aşağı iş təcrübəsi ilə Mühasib Köməkçisi axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib KöməkçisiVakansiya: Mühasib Köməkçisi / İşəgötürən: Legal and Accounting Services MMC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 21 – 35 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: İlqar Qarayev
  • Telefon: (012) 564-75-74
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 27.04.2019
  • Əmək haqqı: 200 – 300 AZN
Vakansiya barədə məlumat

– Əmək müqavilələrinin bağlanması, qeydiyyata salınması, kadr uçotunun həyata keçirilməsi
– Aylıq, rüblük və illik vergi, maliyyə, məşğulluq, statistika və digər bəyannamələrin hazırlanması və göndərilməsi
– Bank və ödəniş sənədlərinin hazırlanması, onlayn bankçılıq
– DSMF və vergi ödənişlərinin həyata keçirilməsi
– e-qaimə fakturalarının və Vergi hesab fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi

– İşçilərin əmək haqlarının, digər ödənişlərin hesablanması, əmək haqlarının verilməsinə dair rəsmiləşdirmələr
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Mal-materialların, inventarların uçotunun aparılması
– Xidmət, istehsalat və tikinti sahəsində mühasibat uçotunun təşkili
– Ciddi hesabat blankları ilə işlərin qaydasına salınması və sənədləşmə
– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– Müqavilə əsasında xidmət göstərdiyimiz şirkətlərə mütəmadi baş çəkmək, mühasibat sənədlərini qaydasında saxlamaq
– Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və ixtisasi üzrə mükəmməl təcrübə keçmək imkanı
– Karyera qurmaq üçün əlverişli şərait
– İş qrafiki: həftədə 5 gün, 09:00-dan 18:00-dək
– Şənbə və bazar günü istirahət

Mühasib Köməkçisi üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (hüquq və ya iqtisadiyyat)
– İngilis dili bilmək
– İşində ciddi və məsuliyyətli olmaq
– Rəhbərlik tərəfindən verilən tapşırığın vaxtında yerinə yetirmək

Uyğun namizədlər cv@laws.az və info@finstaff.az email ünvanına CV göndərə bilər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi

posted in: Vergi, Xəbər | 0

şəhadətnamə-dublikatXidmətin adı: Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikat verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– Gücləndirilmiş elektron imza (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə)

– Asan İmza (Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 35-ci maddəsi

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamı

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş

 “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikat verilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti,  İnformasiya texnologiyaları mərkəzi, VN yanında Çağrı Mərkəzi Departamenti

İcra müddəti: 2 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Ərizənin qəbul edilməsi barədə bildiriş

(hesabın açıldığı bank idarəsi VN ilə elektron mübadiləyə qoşulmayıbsa vergi odəyicisi vergi orqanından şəhadətnamə-dublikat kağız daşıyıcılarında götürərək bank idarəsinə təqdim etməlidir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şəraitin dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası təsdiq edilib

posted in: Müqavilələr, Xəbər | 0

Şəraitin dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası təsdiq edilib

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci

maddəsində nəzərdə tutulmuş halların satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın

təsdiq edilməsi haqqında

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli

454  nömrəli  Fərmanının  1.5.3-cü  yarımbəndinin  icrasını  təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 18 mart

tarixli 107 nömrəli  Qərarı ilə

təsdiq edilmişdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində
nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin
qiymətləndirilməsi
Q A Y D A S I

Ümumi müddəalar

1.1. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası” (bundan sonra – Qayda) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 51.2- ci maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqaviləyə təsirinin qiymətləndirilməsi qaydasını tənzimləyir.

1.3. Bu Qayda satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilədə nəzərdə tutulan və ya onun mahiyyətindən irəli gələn ayrı qaydalarla bağlı hallara şamil olunmur.

1.4. Bu Qayda yalnız şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi baş verən vaxt icrası başa çatmamış müqavilələrə şamil olunur.

2.  Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi barədə məsələ

qaldırılması

2.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin azalmasına səbəb olduqda – satınalan təşkilat dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində malgöndərən (podratçı) qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldırır.

2.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi malların (işlərin və xidmətlərin) qiymətlərinin artmasına səbəb olduqda – malgöndərən (podratçı) dəyişikliyin baş verdiyi gündən 20 bank günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra bilər.

2.2. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 20 bank günü müddətində qarşı tərəfə rəsmi məlumat verir.

3.  Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma

müqaviləsinə təsirinin qiymətləndirilməsi

3.1. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsiri yalnız malların (işlərin və xidmətlərin) təchizatı qrafiki üzrə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək mallar (işlər və xidmətlər) üzrə qiymətləndirilir.

3.2. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi məqsədi ilə satınalan təşkilat şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinin baş verdiyi tarixdən sonra təchiz ediləcək malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsullarından birinə uyğun hesablayır.

3.3. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə qiymətləndirmə aparılmır.

3.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi qiymətlərin artımına səbəb olduqda, malgöndərənin (podratçının) günahı ucbatından vaxtında təchiz olunmamış mallar (işlər və xidmətlər) üzrə qiymətləndirmə aparılır.

4.  Yekun müddəlar

4.1. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin icrası zamanı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsini əsaslandıran

sənədlər “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə satınalan təşkilatda saxlanılır.

4.2. Satınalan təşkilatla malgöndərən (podratçı) arasında imzalanmış müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlmədiyi hallar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2-ci maddəsi ilə tənzimlənir.

Mənbə: cabmin.gov.az


 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.