Xidmətin adı: Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikat verilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– Gücləndirilmiş elektron imza (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə)
– Asan İmza (Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 35-ci maddəsi
– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamı
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikat verilməsi” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer
İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)
Müraciəti emal edən struktur vahidi
VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti, İnformasiya texnologiyaları mərkəzi, VN yanında Çağrı Mərkəzi Departamenti
İcra müddəti: 2 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Ərizənin qəbul edilməsi barədə bildiriş
(hesabın açıldığı bank idarəsi VN ilə elektron mübadiləyə qoşulmayıbsa vergi odəyicisi vergi orqanından şəhadətnamə-dublikat kağız daşıyıcılarında götürərək bank idarəsinə təqdim etməlidir)
Elektronlaşdırma səviyyəsi
İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb.
Mənbə: taxes.gov.az