Vahid büdcə təsnifatı ilə baglı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid büdcə təsnifatı ilə baglı qərarda dəyişiklik edilib.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli, “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1343-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 814 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 110, № 7, maddə 512; 2002, № 9, maddə 580; 2005, № 6, maddə 559; 2006, № 8, maddə 730; 2009, № 9, maddə 755; 2010, № 1, maddə 67; 2016, № 12, maddə 2230; 2018, № 2, maddə 362, № 5, maddə 1112) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “və 193.4-cü” sözləri “,193.4-cü və 194-cü” sözləri ilə əvəz edilsin və həmin hissəyə “müdafiəçiyə” sözündən sonra “(vəkilə)” sözü əlavə edilsin;

1.2. 4-cü hissəyə “müdafiəçinin” sözündən sonra “(vəkilin)” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikası vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014, № 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Büdcə xərclərinin funksional təsnifatı”na Əlavənin 14.3.0-cı və 14.3.2-ci yarımbəndlərinə “göstərilməsi,” sözündən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi,” sözləri əlavə edilsin.

2.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatına” Əlavənin “282100. “Sair xərclər” paraqrafına “yardımın göstərilməsi,” sözlərindən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi,” sözləri əlavə edilsin.

3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə”nin “3.5.0. “Hüquqi yardım” köməkçi bölməsinə “təqsirləndirilən şəxslərə” sözlərindən sonra “, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilə” sözləri əlavə edilsin;

3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə”nin “222990. “Sair xərclər” maddəsinə “göstərilməsi,” sözündən sonra “ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi ilə bağlı xərclər,” sözləri əlavə edilsin.

Azərbaycan Respublikasının

Baş naziri                       Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyindəki son dəyişikliklərlə bağlı tədbir keçiriləcək

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyindəki son dəyişikliklərlə bağlı tədbir keçiriləcək.


Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə turizm sənayesinin iştirakçıları üçün vergi qanunvericiliyində edilmiş dəyişikliklərlə bağlı “Vergi Məcəlləsinə 2019-cu ildə edilən əlavə və dəyişikliklər: yeni qaydaları (e-qaimə) turizm sənayesində necə tətbiq etməli?” mövzusunda məlumatlandırıcı xarakterli tədbir keçiriləcəkdir.

Vergilər Nazirliyi ilə birgə təşkil olunacaq tədbir 27 mart saat 15:00-də “Park Inn” hotelinin “Dan Ulduzu” zalında baş tutacaqdır.

Tədbirdə e-qaimənin turizm sektorunda tətbiqi ilə bağlı mövzuya xüsusi diqqət ayrılacaqdır. Həmçinin Vergilər Məcəlləsi ilə bağlı yeni qaydalar izah edilməklə hotellərin, səyahət agentliklərinin və tur operatorların vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı rəy və təklifləri dinləniləcək, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin nümayəndəsi tərəfindən suallar cavablandırılacaqdır.
Tədbirdə iştirak etmək istəyən hotellərin, səyahət agentliklərinin və tur operatorların nümayəndələri https://bit.ly/2TSCF8a formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Tədbirin keçiriləcəyi məkan: “Park Inn” hotelinin “Dan Ulduzu” zalı

Tədbirin keçiriləcəyi vaxt: 27 mart saat 15:00

Tədbirə qeydiyyat 27 mart 2019-cu il saat 12:00-dək davam edəcəkdir.

Mənbə: travelnews.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası.

Sual: Sualım Mikro sahibkarlıq Subyekti olan fərdi sahibkarın gəliri barədədir. Misal üçün Fərdi sahibkar 2019-ci ilin yanvarın ayının 1-dən fəaliyyətə başlamışdır. Və bundan əvvəl onun hər hansı fəaliyyəti olmayıb. Fərdi sahibkarın 2019-ci ilin I rübündə gəliri 5 000 manat – xərci 2 000 manat, 2019-ci ilin II rübündə gəliri 5 000 manat – xərci 1 000 manat, 2019-ci ilin III rübüdə gəliri 5 000 manat xərci 2 500 manat, 2019-ci ilin IV rübüdə gəliri 5 000 manat – xərci 4 000 manat təşkil etmişdir. Ümumiklikdə 2019-ci il üzrə gəlirləri 20.000 manat, xərci isə 9 500 manat təşkil etmişdir.

1.Fərdi sahibkar Vergilər Məcəlləsinin 151 bəndinə əsasən cari vergi ödəmələri hansı şəkildə həyata keçirilməlidir?

2.Cari vergi ödəmələri ödənilərkən 151.5.2 bəndi hansı şəkildə gözlənilməlidir?

3.Xahiş edirəm ki, hər rüb üzrə cari vergi ödəmələrini yuxarıda göstərilən misala uyğun bildirərdiniz.

Cavab: Əvvəlki ildə fəaliyyəti olmayan fərdi sahibkar Vergi Məcəlləsinin 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və bu barədə rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq arayış təqdim etməlidir. Sorğunuzda qeyd olunan halda il ərzində gəlir və xərcləri nəzərə alaraq cari vergi ödəmələri aşağıdakı qaydada hesablanır.

1-ci rüb (aprel ayının 15-dən gec olmayaraq) (5 000-2 000) x 20% x 75%=450. 450-75%=112.5 (cari vergi ödənişi)

2-ci rüb (iyul ayının 15-dən gec olmayaraq) (10 000-3 000) x 20% x 75%=1050. 1050-75%=262.5 (ödənilməli məbləğ 262.5-112.5=150)

3-cü rübdə (oktyabr ayının 15-dən gec olmayaraq (15 000-5 500) x 20% x 75%=1425. 1425-75%= 356.25 (ödənilməli məbləğ 356.25-262.50=93.75)

4-cü rübdə (yanvar ayının 15-dən gec olmayaraq) (20000-9500) x 20% x 75%=1575. 1575-75%= 393.75 (ödənilməli məbləğ 393.75-356.25=37.5)

İllik yekun hesablama (20 000-9 500) x 20%=2100 2100-75%=525

Yekun ödəmə isə 525 – 393.75 (il ərzində ödənilən cari vergi ödənişləri) = 131.25.

Qeyd olunanlardan göründüyü kimi, cari vergi ödəmələri artan yekunla hesablanır, yəni hər rüb üzrə hesablanan cari vergi məbləğindən əvvəlki rüblərdə ödənilmiş cari vergi məbləğləri çıxılır. Hesablamalarda sonda çıxılmış 75 faiz məbləğ isə mikro sahibkarlar üçün nəzərdə tutulmuş güzəştdir və hər rüb nəzərə alınır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İspaniya vergi sistemi barədə maraqlı məlumatlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

İspaniya vergi sistemiİspaniya vergi sistemi barədə maraqlı məlumatlar


Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda İspaniya vergi sistemi haqqında danışacağıq.

1-ci hissə      

İspaniya əcnəbilər tərəfindən ən çox daşınmaz əmlak, evlər, mənzillər alınan Avropa ölkələrindən biridir. Hər il ispanlar və bu ölkədə mülkiyyət sahibi olan əcnəbilər daşınmaz əmlak və sərvətlərinə görə, eləcə də gəlir vergisi ödəyirlər. Sərmayə yatıranlar isə icarədən əldə etdikləri gəlirlərə və kapital artımına görə vergilər ödəyirlər. Şirkət sahibləri korporativ vergilər hesabına gəlirlərinin dörddə birini itirirlər.

İspaniyada daşınmaz əmlaka görə vergini hər iki tərəf ödəyir: həm satan, həm də alan. Əmlak satan agentliyə komisyon haqqı ödəyir, alıcı isə notarius xidmətini ödəyir və əmlakın qeydə alınmasına görə obyektin dəyərinin 0,5-2,0% həcmində pul köçürür. Daşınmaz əmlak birinci əldən satılırsa, bu zaman müqavilə bağlanarkən alıcı 10% həcmində ƏDV ödəyir, torpaq sahəsi və ya kommersiya obyekti alınan zaman isə stavka 21% təşkil edir. ƏDV ilə yanaşı alıcı həm də obyektin dəyərinin 1,5% həcmində gerb yığımı da ödəyir.

Əgər, obyekt ikinci əl satşı bazarından alınırsa, onda alıcı mülkiyyətə hüquq sahibliyi qazandığına görə vergi ödəməli olur ki, onun da stavkası regiondan asılı olaraq, 6-10% arasında tərəddüd edir.

Mülkiyyətə sahib olduqdan sonra onu alan şəxs daşınmaz əmlaka görə bələdiyyə vergisi ödəyir. Bu zaman da həmin verginin stavkası regiondan asılı olaraq obyektin kadastr qiymətinin 0,405-dən 1,3% təşkil edir. Ödənişlərin dövrülüyü də konkret yerdən asılı olur.  Daşınmaz əmlak sahiblərinin ödədikləri orta məbləğ ildə 200 avrodan 800 avroya qədər olur.

İspaniyada daşınmaz əmlakı gəlirlərinin vergiyə cəlb olunmasının bir neçə xüsusiyyəti var və o, mülkiyyət sahibinin statusundan asılı olur (həmin şəxsin İspaniyada rezident və ya qeyri-rezident olmasından). İspan vergi rezidenti – bu, o şəxs sayılır ki, təqvim ili ərzində ölkə ərazisində 183 gündən artıq yaşamış olsun. Rezidentlər bütün dünya ölkələri ərazisində qazandıqları gəlirlərdən vergi ödəyirlər. Qeyri-rezidentlər isə vergini yalnız İspaniya ərazisində əldə etdikləri gəlirlərdən ödəyirlər. Gəlirlərə görə deklarasiya hər il iyunun 30-da təqdim edilməlidir.

Əmlakın icarəyə verilməsi zamanı əldə olunan gəlirə görə rezident 24%, (Avropa Birliyindən olan rezidentlər isə 19%) vergi ödəyirlər. Vergilər hər ay və ya hər rübdə ödənilə bilər. Məsələn, icarədən illik 20 min avro gəlir əldə olunursa, 24% stavka ilə 4,8 min avro vergi ödəməli olursan. Vergi tutmaya cəlb olunan məbləği amortizasiya hesabına aşağı (ildə 2-3%) salmaq olar. Əgər, qeyri-rezident daşınmaz əmlakı icarəyə vermirsə, onda kadastr qiymətinin 2% həcmində vergi ödəməli olur. Kadastr qiymətləri 1994-cü ildən dəyişikliyə uğrayıb. Əldə edilən məbləğə 24% stavka tətbiq olunur. Məs, kadastr qiyməti 200 min avro təşkil edirsə, vergi tutulmasına cəlb olunan vergi bazası 2,2 min avro təşkil edəcək və belədə 24% məcburi ödəniş 528 avro təşkil edəcək.

 

Məqalənin 2-ci hissəsinə bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.