Məcburi dövlət sosial sığorta vəsaitləri və işsizlikdən sığorta ayırmalarının yeni bank rekvizitləri

posted in: Vergi, Xəbər | 0

Məcburi dövlət sosial sığorta vəsaitləri və işsizlikdən sığorta ayırmalarının yeni bank rekvizitləri


Vergilər Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF ilə razılaşdırılmaqla məcburi dövlət sosial sığorta vəsaitləri və işsizlikdən sığorta ayırmalarının yeni bank rekvizitləri-ni açıqlayıb.

Məcburi dövlət sosial sığorta vəsaitləri
Bakı şəhəri üzrə (Milli gəlirlər departamenti, Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentində uçotda olan vergi ödəyiciləri üzrə).
Struktur bölmənin adı: İri sığortaedənlərlə iş departamenti.
Kod: 980394
VÖEN: 1300115511
Hesablaşma hesabı: AZ89CTRE00000000000007018506

Bank rekvizitləri:
Adı: DXA
VÖEN-i: 1401555071
Bank kodu: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22

İşsizlikdən sığorta ayırmaları
Bakı şəhəri üzrə (Milli gəlirlər departamenti, Lokal gəlirlər departamenti və Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentində uçotda olan vergi ödəyiciləri üzrə).
Struktur bölmənin adı: İri sığortaedənlərlə iş departamenti
Kod: 980394
VÖEN: 1300115511
Büdcə hesabının nömrəsi işsizlik 1%: AZ53CTRE00000000000007018572
Büdcə hesabının nömrəsi xüsusi hesab: AZ26CTRE00000000000007018573

Bank rekvizitləri:
Adı: DXA
VÖEN-i: 1401555071
Bank kodu: 210005
Müxbir hesabı: AZ41NABZ01360100000000003944
SWIFT BİK: CTREAZ22

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: V Consulting MMC

Ümumi məlumat

  • Şəhər: Bakı
  • Yaş: 22 – 42 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Telman Məmmədov
  • Telefon: (055) 250-60-50, (012) 496-16-79
  • E-mail: office@vconsulting.az info@finstaff.az
  • Əmək haqqı: 600 – 800 AZN
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 27.04.2019
Vakansiya barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında əməliyyatların 1C proqramına işlənilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Şənbə bazar istirahət


Telegram qrupumuza üzv olun

Baş Mühasib üçün tələblər

– Ali təhsil (maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 8.3, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər
– Konsaltinq sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə verilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

– “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli və 26.04.2016-cı il tarixli 1617040100604700 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət  mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili   bölmələri, ilkin qeydiyyat zamanı – Naxçıvan MR VN-nin Kommersiya hüquqi dövlət şəxslərin qeydiyyatı şöbəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ASAN xidmət mərkəzləri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları, vergi orqanlarının inzibati binalarında yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri, ilkin qeydiyyat zamanı – qeydiyyat və uçot strukturları

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Elektron sənəd mübadiləsi haqqında Müqavilə

– Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün  istifadəçi kodu, parol və şifrə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq almaq hüququ

Maliyyə lizinqi müqaviləsi üzrə lizinq almaq hüququ.


Sual: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-cu ildən maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bu dəyişiklik 2019-cu ilədək vətəndaşlarla bağlanmış lizinq müqavilələrinə də tətbiq edilirmi?

Xəbər: Vergi qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, maliyyə lizinqini həyata keçirən vergi ödəyiciləri 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri (lizinq alan qismində hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edən maliyyə lizinqi müqavilələri istisna olmaqla) barədə Vergilər Nazirliyinin müəyyən etdiyi formada məlumatı həmin tarixdən 15 gün müddətində qeydiyyatda olduqları vergi orqanına təqdim edirlər.

1 yanvar 2019-cu il tarixədək maliyyə lizinqi müqaviləsini bağlamış və müvafiq məlumat formasını qeydiyyatda olduqları vergi orqanına təqdim etmiş vergi ödəyiciləri tərəfindən həmin müqavilələr üzrə həyata keçirilən əməliyyatlara Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan müddəaları tətbiq edilir.

Eyni zamanda, lizinq fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin 2019-cu il yanvarın 1-dək bağlanmış maliyyə lizinqi müqavilələri üzrə əldə olunmuş gəlirləri (mənfəəti) onların ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyi yaradan vergi tutulan əməliyyatlarının həcminə aid edilmir.

Əsas: Vergi Məcəlləsi, 140.1-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.