Xidmətin adı: VN ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə verilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– “Elektron sənəd mübadiləsi haqqında Ərizə”
– “Elektron sənəd mübadiləsi haqqında Müqavilə” (2 nüsxədə)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”
– Vergilər nazirinin 10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli və 26.04.2016-cı il tarixli 1617040100604700 nömrəli əmrləri
Xidmətin göstərildiyi yer
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ilkin qeydiyyat zamanı – Naxçıvan MR VN-nin Kommersiya hüquqi dövlət şəxslərin qeydiyyatı şöbəsi, Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ASAN xidmət mərkəzləri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi
Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları, vergi orqanlarının inzibati binalarında yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri, ilkin qeydiyyat zamanı – qeydiyyat və uçot strukturları
İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 1 gün
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Elektron sənəd mübadiləsi haqqında Müqavilə
– Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə
Mənbə: taxes.gov.az