Dividend gəlirləri 102.1.22-1-ci və 106.10-cu maddəyə görə vergidən azad olunurmu?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

dividend gəlirləriƏvvəlki illərin bölüşdürülməmiş mənfəəti 2019-cu ildə ödənərsə dividend gəlirləri 102.1.22-1-ci və 106.10-cu maddəyə görə vergidən azad olunurmu?


Sual: 2019-cu ilin 1 yanvar tarixindən etibarən Vergi Məcəlləsinin 102.1.22-1-ci və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən, hüquqi şəxslərin dividend gəlirləri isə mənfəət vergisindən azaddır.

2019-cu ilin əvvəlinə yuxarıda göstərilən meyarlara uyğun gələn müəssisənin balansında əvvəlki illərin bölüşdürülməmiş mənfəət qalığı vardır. Həmin bölüşdürülməmiş mənfəətdən 2019-cu ildə dividend ödənilməsi qərara alınmışdır.

Bu halda təsisçilərin dividend gəlirləri 102.1.22-1-ci və 106.10-cu maddəyə uyğun olaraq vergidən azad olunurmu?

Cavab: Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır.

Buna əsasən 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır. Əsas: Vergi Məcəlləsinin 102-ci və 106-cı maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Monako knyazlığı haqqında bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

Monako knyazlığı haqqında bilmədiklərimiz


Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Monako knyazlığının vergi sistemindən söz açacağıq.
Bu kiçik kyazlığın vergi sistemi öz spesifikliyi ilə bir çox ölkələrin vergi sistemindən fərqlənir.

Monakoda vergilərin ümumi prinsipi belədir – istənilən birbaşa vergi tutma, ümumiyyətlə yoxdur. Burada yalnız iki istisna mövcuddur:

  • Dövriyyəsinin 25%-dən çoxu knyazlıq ərazisindən kənarda olan müəssisələr, həmçinin Monakodakı fəaliyyəti patent və ya ədəbiyyat, eləcə də incəsənətlə bağlı mülkiyyətdən daxil olan gəlirlərdən ibarət olan cəmiyyətlər öz gəlirlərindən 33,33% vergi ödəyirlər.
  • Fransız millətindən olan və Monako ərazisində beş ildən az yaşayan əcnəbilər gəlir vergisini Fransada ödəyirlər.
Fiziki şəxslər

Fiziki şəxslər – Monako sakinləri (fransız millətindən olan və Monako ərazisində yaşayan əcnəbilər istisna olmaqla) knyazlıq ərazisində heç bir gəlir vergisi ödəmirlər: nə gəlirə (nə də ƏDV), nə də kapitala görə. Fransız vətəndaşlar üçün iki qayda mövcuddur:

Monakoda beş ildən artıq yaşadıqlarını təsdiq edə bilən Fransa vətəndaşları ümimi əsaslar üzrə gəlir vergisi ödəmirlər. Digər fransız vətəndaşları isə gəlir vergisini Fransada, bu ölkənin hökumət xəzinəsinə ödəyirlər.

Monakoda yerləşən mülkiyyət növləri aşağıdakı qaydada vergiyə cəlb olunurlar:
  • birbaşa vergi tutma: 0%
  • doğma qardaşlar/bacılar arasında: 8%
  • qardaşoğlu/bacıoğlular üçün: 10%
  • digər qohumluq kateqoriyasından olanlar üçün: 13%
  • qohumluq əlaqəsi olmayanlar üçün: 16%
Müəssisələr

Birbaşa vergi tutma yoxdur. Yalnız yuxarıda göstərilən hallar üçün gəlir vergisi tutulur

Gerb yığımı və qeydiyyata görə ödəniş

 Bütün məhkəmə və vətəndaş aktları üçün, eləcə də işgüzar sənədlərin tərtibindən ötrü gerb yığım nəzərdə tutulub. Onların əksəriyyəti fiksasiya olunmuş ödənişlərdir, lakin bu ödəmələrin məbləğı sənədlərin həcmindən və ya aktların məzmunundan asılı olur. Qeydiyyat üçün yığımlar isə qeydə alınma və ya onlarda dəyişikliklər edilən zaman tutulur.

Ərazisi cəmi 2 kv kilometrdən ibarət olan bu kiçik knyazlıqda həyat səviyyəsi çox yüksəkdir. Knyazlıqda 37 min nəfərin yaşıyış hüququ var ki, onlardan cəmi 5 min nəfəri Monako pasportuna malikdirlər. Qeyd etmək lazımdır ki, bu ölkənin vətəndaşı olan şəxslər, yəni həmin 5 min nəfər bütün vergilərdən azaddırlar.

Ölkədə orta aylıq əməkhaqqı 5 min avro təşkil edir. Yüksək ixtisaslı mütəxəssislər knyazlıqda ayda 7 min avro maaş alırlar.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mallar endirimlə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?

posted in: Vergi, Xəbər | 0
Mallar endirim ilə satıldıqda E-Qaimədə hansı məbləğ yazılmalıdır?

Sual: Məni belə bir sual maraqlandırır: Hər hansı bir mal endirim ilə satıldıqda, məsələn gübrə, e-qaimə tam məbləğə göndərilməlidir və ya güzəştli məbləğ-ə? Məsələn, mən 100 AZN-lik gübrə alıram 70% güzəştlə, 30% ödəniş edirəm belə bir halda mənə e-qaimə 100 AZN-lik göndərilməlidir və ya 30 AZN-lik? O halda ki tam məbləğ-ə e-qaimə kəsilir bəs güzəştli satış necə göstərilir?

Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır. Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcəkdir. Buna əsasən təqdim edilən mal vergitutma məqsədləri üçün bazar qiyməti ilə nəzərə alınmalı və həmin qiymətə elektron qaimə-faktura təqdim olunmalıdır.

Mənbə: taxes.gov .az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Pera Plastik Qrup MMC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 35 – 40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Menecer
  • Telefon: (012) 448-02-14
  • E-mail: hr@peraplastic.net, info@finstaff.az
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 15.04.2019
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
– İş qrafiki: 09:00-dan 18:00-dək
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)

Mühasib üçün tələblər

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsilli xanım
– Şirkətə gediş-gəliş xidməti avtobusladı

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uyğun olmayan CV-ə baxılmayacaq)

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.