Vergi ödəyicisinin əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0

Əlavə dəyər vergisiXidmətin adı: Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 157-ci maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün) (ilkin qeydiyyat zamanı: Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri,  MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi (ikin qeydiyyat zamanı), MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ilkin qeydiyyat zamanı), MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 1.5-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: “LC” İstehsal-Kommersiya firması (LC İKF)

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30-40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Aydan xanım
  • Telefon: (012) 492-53-53
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 14.04.2019
Vakansiya barədə məlumat

– Əmək haqqı, məzuniyyət, son haqq-hesabın hesablanması;
– Əmrlərin, tabellərin hazırlanması;
– BTP-də hesabatların yığılaraq göndərilməsi (ƏDV, OMV, MUZDLU, MƏNFƏƏT, ƏMLAK);
– Sosial sığorta və işsizlik hesabatlarının göndərilməsi;
– Məşğulluq və statistika hesabatlarının göndərilməsi;
– Manat və xarici valyutada ödənişlər;
– Debitor və kreditor hesablaşmalar;
– Maya dəyərinin hazırlanması;
– Vergi və digər dövlət orqanlarına məktubların yazılması;
– İnventarizasiyanın aparılması;
– Müdriyyətin tələb etdiyi digər tapşırıqları yerinə yetirmək;
– İş qrafiki: I – V günlər, saat 09:00-dan 18:00-dək
– Istirahət günləri: Şənbə və Bazar günləri
– Əmək haqqı müsahibə əsasında dəqiqləşəcək


Telegram qrupumuza üzv olun


Mühasib üçün tələblər

– Yalnız xanım namizədlər;
– Ali (iqtisadi) təhsil;
– Yaş həddi: 30-40
– Azərbaycan, Rus dillərini bilmək;
– Bu sahədə 2 il iş təcrübəsi;
– Səliqəli, dəqiq, məsuliyyətli olmalı;
– 1C 8.3-də (Управление торговлей) işləyə bilmək üstünlük sayılacaqdır

Vakansiyaya uyğun namizədlər öz fotoşəkilli CV-lərini lc-company@room.az və info@finstaff.az elektron poçt ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İtmiş əmək kitabçası necə bərpa edilir?

posted in: Xəbər | 0

Əmək kitabçasıMövcud qanunvericiliyə əsasən, işəgötürən itirilmiş sənədin «dublikat»ını verməyə borcludur.

Azərbaycan qanunvericiliyinə əsasən, Əmək kitabçası işləyən vətəndaşın bir növ «şəxsiyyət vəsiqəsi» sayılır. Bu baxımdan sözügedən sənəd işçinin gələcəyi üçün bəzi vacib funksiyaları yerinə yetirir. Məsələn, Əmək kitabçası pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, həmin sənəd əmək stajını təsdiqləyir, bu isə öz növbəsində əlavə məzuniyyət günlərinə təsir edir. Bundan başqa, əmək fəaliyyətinin qeydə alınması hesabına Əmək kitabçası tövsiyə xarakterli məktub funksiyasını da yerinə yetirir. Yəni işəgötürən əvvəlki iş yerlərindən çıxarılma səbəblərini öyrənə bilər ki, bu da onun namizədlə əmək münasibətləri qurmasında qərarına təsir edə bilər. Əmək kitabçasının digər vacib funksiyası həm də işçinin hüquqlarının müdafiəsi ilə bağlıdır. Çünki əməkdaşın işdən çıxarılması hallarında qanunvericilik işəgötürəndən kitabçada hansı maddə əsasında bunu etdiyini göstərməyi tələb edir. Bu da sabiq işçiyə işdən çıxarılmasının qanunauyğunluğunu müdafiə etməyə imkan yaradır.

Bəs görəsən, Əmək kitabçası oğurlandıqda və ya itdikdə onun bərpası mümkündürmü? Bu zaman Əmək kitabçası itmiş şəxs hansı addımı atmalıdır?

Tanınmış hüquqşünas Azər Quliyev məsələni “Həftə içi”nə şərh edərkən bildirib ki, istər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Onun sözlərinə görə, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir və onun qorunması işəgötürənin əsas vəzifələrindən biridir. Bu səbəbdən işçilərin həmin sənəd mütləq iş yerlərində olmalıdır: “Yəni bu sənədin işəgötürən tərəfindən itirilməsi fors-mojor hadisələri istisna olunmaqla, nadir hallarda mümkündür. Amma buna baxmayaraq, bizə də tez-tez Əmək kitabçasının itirilməsinə dair müraciətlər daxil olur. Belə ki, bəziləri Əmək kitabçalarının iş yerlərində, bəziləri isə işdən çıxarıldıqdan sonra itdiyini bildirirlər. Təbii ki, bu sənəd əmək münasibətlərinin tənzimlənməsində, eləcə də işləyən vətəndaşın gələcək pensiya təminatında vacib rol oynadığından qanunvericiliklə onun bərpası mümkündür. Belə ki, Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 186 saylı qərarına uyğun olaraq qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir».


Telegram qrupumuza üzv olun


İşçinin «dublikat» tələb etmək hüququ var

Ekspert deyib ki, əgər Əmək kitabçası işəgötürən və ya onun digər vəzifəli şəxsi tərəfindən itirilərsə, həmin sənədin dublikatı verilərkən bununla əlaqədar edilən bütün hərəkətlər və çəkilən xərclər işəgötürənin vəsaiti hesabına edilməlidir. Hüquqşünasın fikrincə, işəgötürən könüllü olaraq bu hərəkətləri etmirsə, işçi bu hüququnun bərpası ilə əlaqədar, müəssisənin yerləşdiyi rayon məhkəməsinə müraciət etməklə öz hüququnu bərpa edə bilər.

Eyni zamanda, dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə Əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir: “İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə «Dublikat» sözü yazılır. İçliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir».

Bəzən süründürməçiliyə yol verilir

Azər Quliyev bəzi hallarda qeydlər hissəsi tamamilə dolmuş əmək kitabçalarının da işçilər üçün müəyyən problem yaratdığını söyləyib. Onun dediyinə görə, hərdən aidiyyəti qurumlar mövcud problemin aradan qaldırılması zamanı müəyyən bəhanələr gətirərək süründürməçiliyə yol verirlər: «Məsələn, bəzən müvafiq qurumlar bildirirlər ki, milli əmək kitabçaları üçün içlik (əmək kitabçasına əlavə) mövcud deyil və ya onlarda yoxdur. Əslində isə Azərbaycanda «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanıb və əlaqədar təşkilatlarla razılaşdırılıb”.

Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin Əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” qaydalarına əsasən Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd sayıldığından bu qaydaların 5-ci maddəsinə görə, əmək kitabçasının müvafiq bölmələrinin bütün səhifələri dolduqda ona əmək kitabçasının son səhifəsində «___» seriyalı «___» nömrəli içlik açılmışdır», qeydi aparılmaqla əlavə içlik verilir. Əlavə içlik əmək kitabçasının içərisinə tikilir və Əmək kitabçasının doldurulduğu qaydada işçinin əsas iş yerində işəgötürən tərəfindən aparılır. Əmək kitabçasına verilən əlavə içliyin birinci (titul) səhifəsinin sağ yuxarı küncündə «əmək kitabçasına əlavə içlik» sözləri yazılır, seriyası və nömrəsi göstərilir. Amma mövcud qaydalara görə, Əmək kitabçası olmadan əlavə içlik etibarsız sayılır.

Əgər arxivdə sənədlər varsa…

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə deyib ki, işçi yeni işə qəbul olunarkən mütləq Əmək kitabçasını işəgötürənə təhvil verməlidir. Onun fikrincə, işçinin əmək kitabçası itərsə, bu zaman sonuncu iş yerinin sahibi olan işəgötürən həmin şəxsə sənədin «dublikat»ını verməyə borcludur: “Düzdür, bəzən vətəndaşlar 25-30 illik əmək stajı olan əmək kitabçalarını itirirlər və bu onlarda narahatçılıq yaradır. Əgər həmin şəxsin əvvəl işlədiyi müəssisələr bağlanmış olarsa, bu narahatçılıq daha da artır. Amma mən bununla bağlı heç bir narahatçılığa əsas görmürəm.

Çünki işçi ilə əmək müqaviləsi bağlanaraq ona Əmək kitabçası açılıbsa, bu o deməkdir ki, həmin sənədlər arxiv idarəsində saxlanılır. Arxiv isə sənədləri təxminən 75 ilə qədər saxlayır. Yəni işəgötürən arxivə müraciət etməklə işçinin əvvəlki iş yerləri barədə məlumat əldə edə bilər. Arxivdə işçinin köhnə iş yerləri barədə məlumat olmadıqda isə sonuncu iş yerinin sahibi işçinin hazırda çalışdığı müəssisə barəsində «dublikat» sənədində qeydlər etməlidir. Bu zaman Əmək kitabçasını itirən tərəf bütün xərcləri öz üzərinə götürməlidir».

Hüquqşünas Azərbaycanda Əmək kitabçası ilə işə qəbulun tədricən ləğv olunacağını da söyləyib. Onun dediyinə görə, ölkəmizdə elektron hökumət sisteminə keçid tətbiq olunduğu işçilər barədə məlumatlar elektronlaşdırılacaq: «Yəqin ki, yaxın gələcəkdə əmək kitabçaları arxivə qovuşacaq. Məlumatlar elektronlaşdırıldıqdan sonra isə işçilərin iş stajı barədə məlumat əldə etmək daha da asanlaşacaq».

Mənbə: hafta.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib köməkçisiVakansiya: Mühasib köməkçisi / İşəgötürən: İnci Group of Companies

Şirkət haqqında

1995-cü ildə fəaliyyətə başlayan   “İnci Group of Companies” MMC  əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış  üzrə şirkətin Bakı şəhəri və regionlarda  dağıtım anbarları və satış komandaları vardır.

Mühasib köməkçisi üçün tələblər

– Maliyyə və mühasıbatlıq üzrə ali təhsil
– Kompüter bilikləri: Ofis proqramları
– İRP sistemini bilmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Məsuliyyətli və diqqətli olmaq;
– Komandada işləmə bacarığı;
– Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq bacarıqları;
– İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
– Yaş: 22-30;

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar və hesabatların göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar,
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– e-gov portalı ilə işləmək
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Əlavə məlumat

Nahar şirkət tərəfində təmin olunur;
İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı –  hr.inci@inci.az və info@finstaff.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı mütləq yazılmalıdır.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.