Bu ölkədə vergi sisteminin sadələşdirilməsi tövsiyə olunub

posted in: Vergi, Xəbər | 0

vergi sistemiBraziliyaya vergi sistemini sadələşdirmək tövsiyə olunub

Beynəlxalq Valyuta Fondu (BVF) Braziliya hökumətinə vergi qanunvericiliyinə əməl edilməsinə çəkilən xərclərin azaldılması məqsədilə vergi sisteminin sadələşdirilməsi istiqamətində addımlar atmağı tövsiyə edib.

Tövsiyəyə əsasən, hökumət federal vergi sistemi-nin mürəkkəbliyinin aradan qaldırılması planlarını həyata keçirməli, federal və dövlət vergi sistemlərinin bir-birinə uyğunlaşdırılması üçün apardığı işləri davam etdirməlidir.

Fond təmsilçisi “iddialı” struktur islahatlarının aparılmasının, o cümlədən vergi güzəştlərinin tətbiqinin sürətləndirilməsinin və əməkhaqqı fondunun vergidən azad edilməsinin zəruri olduğunu vurğulayıb.

BVF-nin tövsiyəsində göstərilib ki, ölkə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə qətiyyətli tədbirlər görməli, vergi və bank informasiyalarından istifadə və bu informasiyaların mübadilə edilməsinin üsullarını təkmilləşdirməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn aydan ailələrə uşaq pulu verilib-verilməyəcəyi barədə məlumat!

posted in: Xəbər | 0

uşaq pulu uşaqpuluNazirlik gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə məlumatlara münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaq pulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:
“Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”
Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib seçimi zamanı necə yanılmayasan? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Baş mühasib seçimi zamanı necə yanılmayasan?

2-ci hissə

Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsiliyyətlilik… Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?

İri şirkətlərdə iş təcrübəsi sizi yoldan azdırmasın

Bu yaxınlarda belə bir hadisə baş verib: kişik şirkətlərdən birinə işləmək üçün mühasib-qız gəlib, hansı ki, o, bundan əvvəl Rusiyanın nəhəng neft şirkətlərindən birində çalışıbmış. Və hesabat dövründə məlum olub ki, qız bir çox kobud səhvlərə yol verib. Bu haqda ona məlumat veriləndə, o tamamilə sakit şəkildə belə cavab verib: “Hə, bunda nə var ki? Biz həmişə belə etmişik!” Xatırlayırsınız, söyləmişdim ki, iri şirkətdə çalışan mühasib yalnız müəyyən sahə üzrə cavabdehlik daşıyır.  Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək. O səbəbdən namizədin SV-də “iri şirkətdə mühasib işləmişəm” kimi pafoslu xəbərdarlığı hələ hər şey demək deyil.

Kadrlar uçotunu mühasibə tapşırmayın

Çox vaxt şirkətin bütün sənədləşmə işi mühasibin üzərinə qoyulur. Mühasib həm maliyyə, həm işgüzar yazışma, həm də kadrlar üzrə cavabdehlik daşıyır… Bu özlüyündə səhvdir, ona görə də “universal-mühasib” axtarmaq lazım deyil.

Bundan əlavə, mühasibə kadrlar işinin tapşırılmasının özü təhlükəlidir. Axı, bu halda mühasib özünü həm işə qəbul edir, həm də işdən çıxara bilir… Və yeri gəlmişkən, əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, maliyyə sənədləri mühasibin evində deyil, ofisdə saxlanılmalıdır. Yaxşı olardı ki, seyf də saxlanılsın.

“Şəxsi vəziyyətləri” aydınlaşdırmaqdan utanmayın

Mühasibin şirkətin bütün sənədlərinə “azad çıxışının” olmaması, onun qəfil yoxa çıxması şəraitində sizin sığortalanmağınız olacaq. Təcrübə göstərir ki, bu cür hallar artıq bir “normaya çevrilib”. Adam yarım il işləyir, yoxlama zamanı çatanda isə o, yoxa çıxır. Hələ onun sənədlərlə birgə yoxa çıxmaması yaxşı hal sayıla bilər. “Yoxa çıxanı” bu cür məsuliyyətli anda axtarıb tapmaq isə demək olar ki, mümkün olmur.  Bilirsinizmi niyə belə baş verir? Çünki sahibkarlar namizədləri elementar yoxlamadan belə keçirmirlər. Sahibkar işə qəbul etdiyi mühasibin pasportunu yoxlamalıdır və onun harada qeydiyyatda olduğunu, harada yaşadığını öyrənməlidir. Yaxşı, yoxlama ərəfəsində yoxa çıxanda sən, bu şəxsi harada axtarıb tapacaqsan, axı?  Bu məsələdə sənə kim kömək edəcək?

Unutmayın, sizin mühasibiniz – muzdlu işçidir

Hələ sorğu-sual zamanı beyninizdə bir aksiomanı hazır tutun: əgər, kənardan gələn mühasibin keyfiyyətləri sizi qane edirsə belə, o sizin nə arxadaşınız, nə də “maliyyə dostunuzdur”. Mühasib də digərləri kimi muzdlu işçidir, “canlı insandır”. Düzdür, tabeliyinizdə olan digərlərindən fərqli olaraq, mühasib-frilanser öz fəaliyyətini özü planlaşdırır, çünki. Bir neçə təşkilatda çalışır. Və o, bu fəaliyyəti heç də həmişə düzgün planlaşdıra bilmir.

Sizin mühasib-frilanseriniz  nə qədər yaxşı biri olsa da, ona nəzarət etmək lazımdır. Heç vaxt mühasibatlıq işlərini öz axarına buraxmayın

Elə vaxt olur ki, sizin mühasibiniz üçün yeni sifarişçi ortaya çıxır. Orada işləmək daha asandır, işlər daha azdır, əməkhaqqı isə daha yüksəkdir. Sizin sifarişinizlə yeni sifarişi dəyərləndirir, belə bir qərara gəlir ki, sizin ona verdiyiniz məvacib, elə də ədalətli məbləğ deyil. O, başa düşür ki, əməkhaqqının artırılması çətin ki, baş tutsun və bu zaman mühasibin bir yolu alır, sizin müəssisənizin işləri ilə bağlı səylərini xeyli aşağı salır.

Beləliklə, mühasibat uçotunda xeyli səhvlər ortaya çıxır. Siz isə mühasibi bir qədər də qıcıqlandırırsınız. Əgər, siz bunun üstündə onun əməkhaqqını gecikdirirsinizsə və yaxud iddialar irəli sürürsünüzsə, o, kəskin şəkildə sizinlə xudafizləşəcək. Siz keçən dövrlər ərzində onun əməyinin nəticələrini əldə etmək istəyirsiniz: mühasibat proqramı, təhvil verilmiş hesabatlar və s, o isə maaaşını almadığını bəhanə edib, bunları verməkdən imtina edir… Qapalı bir dairə yaranır. Yaddan çıxarmayın: siz nadir halda partnyor olacaqsınız, amma demək olar ki, həmişə mühasibinizin rəhbəri olacaqsınız. Frilanser nə qədər yaxşı olsa belə, onun işini nəzarətdən kənar qoymayın. Mühasibatlıq işlərini öz axarına heç vaxt buraxmayın.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nəzarət-kassa aparatının qeydiyyata alınması

posted in: Vergi, Xəbər | 0

Nəzarət-kassaXidmətin adı: Nəzarət-kassa aparatının qeydiyyata alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə”

– Servis Texniki Xidmət Mərkəzinin (STXM) NKA-nın quraşdırılması barədə aktı

– NKA-nın fiskal yaddaşının göstəricisini əks etdirən çek

– NKA-da quraşdırılmış elektron məsafədən ötürmə qurğusu və ya elektron nəzarət lenti barədə STXM-in aktı (akta istifadədə olan NKA-nın fiskal yaddaşı dəyişdirildikdən və yeni fiskal yaddaşın hesabatı alındıqdan sonra nümunə kimi 10 qəpiyə qədər məbləğdə NKA-ya mədaxil edilmiş dövriyyə barədə “Z” hesabatının surəti əlavə olunmaqla)

– vergi ödəyicisi ilə STXM arasında bağlanmış müqavilə PDF formatında (müqavilə əsasında ərizə STXM tərəfindən göndərildikdə)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.1.8 və 24.0.6-cı maddələri

– NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– Vergilər nazirinin  06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Nəzarət-kassa aparatının qeydiyyat vərəqəsi (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 1.3-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.