Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş Mühasib / İşəgötürən: Kontakt Homevakansiya Baş Mühasib

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30-50 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 19.04.2019

Vakansiya barədə məlumat

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.


Telegram qrupumuza üzv olun


Baş Mühasib üçün tələblər

• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi satış sektorunda 2 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı

Əlavə məlumat

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını hr@kontakt.azinfo@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (3-cü hissə)

posted in: Məqalə | 0

Çexiya ilə bağlı maraqlı faktlar

3-cü hissə

  • Bu ölkədə “çex narı” adlandırılan qiymətli daş çox məşhurdur. Əfsanəyə görə, bu daş möcüzəvi xüsusiyyətlərə malikdir və öz sahibi üçün bir talisman rolunu oynayır.
  • Və əlbəttə ki, çex pivəsi dünyada ən dadlı pivələrdən hesab olunur. Çex pivə bişirənləri dünyada böyük uğur və nüfuza malikdirlər.
  • Bu ölkədə avtomobillə hərəkət etmək üçün, yəni pullu çex yollarında hərəkət etməkdən ötrü avtomobilin qabaq şüşəsinə yapışdırmaq üçün “vinyetka” (etiket-nakleyka) almaq lazımdır.  Bunsuz sizi böyük məbləğdə cərimə gözləyir.
  • Çexiya-da bütün qərb ölkələrində olduğu kimi “bir” rəqəmi üçün bizlərdə qəbul olunduğu kimi şəhadət barmağını deyil, böyük barmağı göstərmək qəbul edilib.
  • “Biabırçılıq” (pozor) sözü çexcə “Ehtiyatlı ol” kimi tərcümə olunur. İlk dəfələrdə bu sözlərlə yazılan nişanlar insanı gülümsəməyə məcbur etsə də, sonra buna bir növ vərdiş edirsən.
  • Praqa şəhəri Vltava çayı üzərində yerləşir.
  • Metroda getmək üçün avtomatdan bütün şəhər nəqliyyatında istifadə olunan universal bilet almaq lazımdır. Biletlər istifadəsinə görə vaxta görə fərqlənir. Avtomat biletlərdə gediş vaxtının başlanmasını özü qeyd edir.
  • Metro vaqonlarında nəzarətçilər olur, amma onlara çox az rast gəlmək mümkündür.
  • Köhnə evlərin damlarında peyk antennaları görə bilməzsiniz – qadağan olunub. Bu qədim şəhərin görkəmini pozur.
Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Vahid Büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

Vahid Büdcə təsnifatı ilə bağlı qərarda dəyişiklik edilib


“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan  Respublikası  Prezidentinin  2018-ci  il  24   avqust tarixli 233 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) aşağıdakı dəyişikliklər edilsin:

  1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin funksional təsnifatına əlavə” üzrə:

1.1. 6.2.1-ci paraqraf üzrə:

1.1.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:

“ – işsiz şəxslərə ödənilən işsizlikdən sığorta ödənişləri, aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı xərclər və işsizliklə bağlı digər xərclər daxildir.”;

1.1.2. üçüncü və dördüncü abzaslar ləğv edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatı” üzrə:
2.1. 271910-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
2.2. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

2.3. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə əvəz edilsin;
2.4. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri
ilə əvəz edilsin;
2.5. 271918-ci yarımbənddə “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
2.6. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə xərclərinin iqtisadi təsnifatına əlavə” üzrə:
3.1. 270000-cı bölmənin birinci cümləsindən “işsizlərə” sözü çıxarılsın və həmin cümləyə “pensiyalar,” sözündən sonra “işsizlikdən sığorta vəsaitləri hesabına işsiz şəxslərə işsizlik sığorta ödənişləri,” sözləri əlavə edilsin;
3.2. 270000-cı bölmənin ikinci cümləsində “işsiz vətəndaşlara müavinətlərin” sözləri “işsiz şəxslərə işsizlikdən sığorta ödənişlərinin”
sözləri ilə əvəz edilsin;

3.3. 271900-cı paraqrafın ikinci cümləsində “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
3.4. 271910-cu maddə üzrə:
3.4.1. birinci cümlədə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və həmin cümləyə “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin;
3.4.2. ikinci cümlədə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə, “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “vətəndaşların” sözü “şəxslərin” sözü ilə və “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin;
3.5. 271911-ci yarımbənddə “İşsizlik” sözü “İşsizlikdən” sözü ilə əvəz edilsin;

3.6. 271912-ci yarımbənddə “hazırlığı və əlavə təhsilin” sözləri “hazırlığının” sözü ilə, “işsizlər” sözü “işaxtaran və işsiz şəxslər” sözləri ilə əvəz edilsin;
3.7. 271914-cü yarımbənddə “vətəndaşlara” sözü “şəxslərə” sözü ilə əvəz edilsin;
3.8. 271915-ci yarımbənddə “işaxtaran və işsiz vətəndaşların” sözləri “işsiz şəxslərin” sözləri ilə əvəz edilsin;
3.9. 271916-cı yarımbənddən “boş iş yerləri haqqında məlumat bazasının və” sözləri çıxarılsın;

3.10. 271917-ci yarımbənddə “Sığortaedənlərlə birlikdə sığortaolunanların” sözləri “İşəgötürənlərlə birlikdə işçilərin” sözləri ilə, “sığorta olunanların əməkhaqlarının” sözləri “sosial iş yerlərində işçilərin əməkhaqqının” sözləri ilə, “sığortaedənlərlə” sözü
“işəgötürənlərlə” sözü ilə əvəz edilsin;
3.11. 271918-ci yarımbənddə hər iki halda “vətəndaşların” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;
3.12. 271919-cu yarımbənddə “Məşğulluq” sözü “Aktiv məşğulluq” sözləri ilə əvəz edilsin və “məşğulluq” sözündən əvvəl “aktiv” sözü əlavə edilsin.

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

Məzuniyyət ödənişlərindən vergi necə tutulacaq?

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə mindikdən sonra əvvəlki illərdə istifadə olunmayan əmək məzuniyyətinə görə ödənilən kompensasiyanın gəlir vergisinə və sosial sığorta haqlarına cəlb olunması ilə bağlı Vergilər Nazirliyinə çoxsaylı sorğular daxil olub.

Nazirlik həmin ödənişlərin vergiyə cəlb edilməsi qaydalarına aydınlıq gətirib. Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyət üçün hər il üzrə ayrılıqda hesablanan kompensasiya haqları 1 yanvar 2019-cu il tarixdən ödənildiyi halda, gəlir vergisi və sosial sığorta haqları 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan dərəcələrlə hesablanır.
Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Mənbə: vergiler.az



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.