Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: İNTELLA LLC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (051) 408-48-87, (012) 530-87-02
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 18.04.2019
  • Əmək haqqı: 300 – 600 AZN
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (ƏDV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək, şənbə günü isə 09:00-dan 14:00-dək
– Bazar günü istirahət günüdür

Mühasib üçün tələblər

– Maliyyə və Mühasibat və ya riyaziyyat sahəsində ali təhsil
– Mühasibatlıq üzrə minimum 1-3 il iş təcrübəsi (istehsal, ticarət)
– MS Office (xüsusilə MS Excel), 1c 8.3, BTP proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
– Yaş: 22-35 arası

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini intella-i@yandex.cominfo@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

ÇexiyaÇexiya ilə bağlı maraqlı faktlar

4-cü hissə

  • Çexiyada köhnə pəncərə çərçivələrini şüşə paketlə dəyişdirməyə də icazə verilmir.
  • Bu ölkədə pul “koruna” adlanır.
  • Çexiya çöllərində və kənd yolları arasında yerləşən torpaqlarda əlvan xalçaya bənzəyən vəhşi lalələr bitir.
  • Axşamlar şəhərdə narkotik istifadəçilərinə rast gəlinir. Amma, adam az olan yerlərdə belələri gizlənməyi heç ağıllarından belə keçirmirlər.
  • Praqada yaşayan tanışlardan birinin söylədiyinə görə burada iki növ zəncilər mövcuddur: əlində portfel olan və işlə bağlı harasa tələsən zənci, digərləri isə bayram əhvalında və bir yerdə dayanan zənci – narkotik alveri edən.
  • Yazıçı Frank Kafka Praqa şəhərində anadan olub. Onun obrazı bir çox suvenirlərdə öz əksini tapıb.
  • Praqada kranlardan axan su təmiz və qoxusuzdur. Onu qaynatmadan da içmək mümkündür.
  • Mağazalarda şüşə butılkalarda satılan pivənin qiyməti aliminium qablardakından ucuz qoyulur. Amma onu satın alarkən qiymət yüksəlir. Sən demə, şüşə butılkanın dəyəri pivənin üzərinə bilavasitə satış zamanı qoyulur.
  • Yanacaqdoldurma məntəqələrində benzin avtomobilə dərhal vurulur, onun ödənişi isə sonra həyata keçirilir.
Məqalənin 3-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin online qeydiyyatı

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin təsərrüfat subyektinin online qeydiyyatı.


Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

– Təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formada)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33 və 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin  (obyektinin) online qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Taksilərdən vergi tutulmasında hansı çətinliklər yaranır?

posted in: Vergi, Xəbər | 0

vergiTaksilərdən vergi tutulmasında hansı çətinliklər yaranır?


“Bakıya gəldiyim ilk gündən Azərbaycanın milli yeməklərini dadmaq istədim. Oteldən çıxıb yaxınlıqdakı restoranlardan birində şam etməyi qərara aldım. Üstümdə nağd milli valyuta yox idi. Taksi sürücüsünə yaxınlaşıb məni restorana aparmasını xahiş etdim, o da razılaşdı. Lakin ödənişi kartla ödəyəcəyimi biləndə sürücü xidmətdən imtina etdi. Məlum oldu ki, nağdsız ödəniş üçün taksidə heç bir qurğu, vasitə yoxdur”.

Bu sözləri “Visa Inc.” beynəlxalq kart təşkilatının “Visa School of Public Policy” (VSPP) institutunun baş direktoru Məcid Hucair jurnalistlərlə görüşündə səsləndirib. Əlavə edib ki, belə bir şəraitdə hər üç tərəf – xidməti alan, xidməti verən və dövlət büdcəsi bundan itirir. Əgər həmin vaxt taksidə POS-terminal və ya digər mobil ödəniş vasitələri olsaydı, müştəri rahat şəkildə istədiyi xidməti, sürücü isə öz haqqını alar, əldə etdiyi vəsaitdən vergi ödəyərdi.

Qeyd edək ki, bəzi taksi şirkətlərinin göstərdikləri xidmətlərin haqqını bank kartları ilə ödəmək mümkündür. Bu zaman sərnişinlər vəsaiti şirkətin hesabına ödəyirlər. Onların vergiyə cəlb edilməsi qaydaları fərqlidir.

Öz şəxsi avtomobili ilə taksi xidməti göstərən sürücülər isə Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, sadələşdirilmiş verginin ödəyicisi hesab olunurlar.

Mövzunu şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər üçün verginin məbləği də müəyyən edilib: “Taksi ilə sərnişin daşınması xidmətinə görə fiziki şəxslərə 1 nəqliyyat vasitəsi üçün aylıq 9 manat məbləğ müəyyən edilib. Fəaliyyət göstərdiyi regiondan asılı olaraq, həmin məbləğə əmsallar da əlavə edilir. Məcəllənin 220.6.1-ci maddəsinə görə, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında işləyən taksilər üçün sadələşdirilmiş verginin məbləği hesablanarkən aylıq məbləğə 2 əmsalı əlavə olunur. Başqa sözlə, həmin şəxslər ayda 18 manat sabit vergi ödəyərək “Fərqlənmə nişanı” alıb fəaliyyət göstərirlər. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında əmsal 1,5, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 1-dir”.

Araşdırmalar göstərir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və onların avtomobillərinin qeydiyyatında ciddi boşluqlar mövcuddur. Bu da onların işini tənzimləməyə və vergiyə cəlb olunmasına əngəl yaradır. Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli paytaxtda taksi sayının yuxarı həddinin müəyyən olunduğunu desə də, bu rəqəmi açıqlamayıb. Qeyd edib ki, ümumilikdə 28 min taksi qeydiyyatdan keçib, amma onlardan “Fərqlənmə nişanı” alanların sayı 5-6 mini keçmir. O, qalan taksilərin fəaliyyətinin qanunsuz olduğunu qeyd edib.

Rövşən Ağayev bildirib ki, Vergi Məcəlləsinin 156-cı maddəsinə əsasən, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. Bu taksi xidmətlərinə aiddir: “Məcəllənin 156.1-1-ci maddəsində göstərilib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və müəyyən tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən edilmiş hüquqdan istifadə edə bilərlər”.

Yeri gəlmişkən, ticarət və xidmət sektorlarında ödənilən əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması ilə bağlı Vergi Məcəlləsinə mühüm dəyişikliklər edilib. Yeniliyə görə, alış-veriş zamanı, eləcə də gündəlik istifadə etdiyimiz xidmət sektorlarında nağd ödənilən ƏDV-nın 10 faizi, nağdsız qaydada ödənildiksə isə 15 faizi geri qaytarılacaq. Bunun üçün həmin obyektlərdə onlayn kassaların quraşdırılması nəzərdə tutulub. Həmin qurğular həm nağd ödənişləri, həm də kartlar və mobil tətbiqlər vasitəsilə ödənilən məbləğləri qeydə alacaq və geri qaytarılacaq məbləği onlayn qaydada hesablayacaq. Bu vasitələr taksilərdə də qurulmalıdır ki, vətəndaşlar tətbiq edilən güzəştlərdən yararlana bilsinlər…

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.