Çexiya ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

ÇexiyaÇexiya ilə bağlı maraqlı faktlar

2-ci hissə

  • Bu ölkədə qadınlar olduqca sadə geyinirlər. Burada təvazökar geyim dəbdədir, şəhərin mərkəzində hündürdaban ayaqqabı geyinən qadına demək olar ki, rast gəlmək mümkün deyil, ola bilsin ki, bu həm də Praqanın mərkəzi hissəsindəki küçələrin daşla döşənməsindən irəli gəlir.
  • Çexlərin böyük əksəriyyəti rus söyüşlərini başa düşürlər. Bəziləri hətta bundan istifadə də edirlər. Amma, əsas söyüş sözləri bu ölkədə heyvan adları ilə (inək, donuz) əlaqəlidir.
  • Praqada metronun cəmi üç xətti var və stansiyalar arasında məsafə çox qısadır.
  • Lazım olan yerə ictimai nəqliyyatla getmək daha yaxşıdır, çünki bu ölkədə ictimai nəqliyyat cədvəl üzrə vaxtında hərəkət edir.
  • Çexiyada rusların günəbaxan tumunu niyə belə çox sevdiklərini anlaya bilmirlər.
  • Köstəbəkdən (kor siçan) bəhs edən məşhur cizgi filmi Çexiya istehsalıdır. Yeri gəlmişkən, baş qəhrəmanı əks etdirən suvenirlərə bu ölkənin hər yerində rast gəlmək mümkündür.
  • Praqa qrad Avropada ən böyük qəsr hesab olunur ki, o da Praqa şəhərində yerləşir.
  • Elə də böyük olmayan Kutna şəhərinin kənarında dağda qeyri-adi, insan sümüklərindən yaradılan Kostnitsa kilsəsi yerləşir. Tarix belə nəql edir ki, kilsənin yerləşdiyi torpaq müqəddəs hesab olunur və hər bir şəxs burada dəfn olunmaq istəyir. 14-cü əsrdə taun xəstəliyi zamanı burada 30 000 nəfər dəfn edilib və hər bir müharibə və ya üsyandan sonra bu ərazi yeni qəbirlərlə dolub. Amma, 18-ci əsrdə torpaqların yeni sahibləri basdırılanların qəbirlərini qazaraq, insan qalıqlarını çıxarmış və onlardan kilsənin tikintisində istifadə etmişlər.
  • Hər il dekabrın 5-də burada Müqəddəs Mikulaşın (Nikolay) günü bayram edilir. Ənənəyə görə, axşamlar müqəddəs Mikulaş uşaqları olan ailələrə qonaq gəlir və yaxşı və pis qeydlər əsasında uşaqlara hədiyyələr və ya kömür bağışlayır.Onu bu gəlişdində kömür kisəsi tutan şeytan və hədiyyələr olan kisəni daşıyan məkək müşaiyət edir.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansi sənədlər olduqda 102.2.5 maddəsinə əsasən vergi güzəşti əldə etmək olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sual: Aşağıdakı sualıma aydınlıq gətirməyinizi xahiş edirəm:

Müəssisəmizdə çalışan işçi (1987 təvəllüdlü) atasının 1994 ildə Ağdam şəhərində çoxsaylı qəlpə yaralarından vəfat etdiyi haqda ölüm kağızı təqdim etmişdir. Azərbaycan Respublikasının VergiMəcəlləsinin güzəştləri haqqında 102.2.5. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının – maddəsi həmin işçiyə şamil oluna bilərmi?

Cavab: Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan şəxs aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları; Doğum haqqında şəhadətnamə.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müəssisələrin yenidən təşkilində vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

vergi öhdəlikləriMüəssisələrin yenidən təşkilində vergi öhdəlikləri

Vergi Məcəlləsinin 80-ci maddəsinə görə, yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini onun hüquqi varisi (varisləri) bu maddədə müəyyən edilmiş qaydada yerinə yetirir. Mövzunu iqtisadçı ekspert Rəşad Əliyev şərh edir.

Müəssisələrin yenidən təşkili müxtəlif ssenarilərdə olur. Bura hüquqi şəxslərin bölünməsi, onların birləşdirilməsi, birinin digər hüquqi şəxsi özünə birləşdirməsi və ya eyni hüquqi şəxsin digər formada yenidən təşkili aiddir.

Ssenaridən asılı olmayaraq, yenidən təşkil olunan hüquqi şəxsin vergi öhdəlikləri onun hüquqi varisi tərəfindən icra edilir. Tez-tez rast gəlinən hallardan biri də hüquqi şəxsin yenidən təşkil olunması, başqa sözlə, hüquqi şəxsin təşkilati-hüquqi formasının dəyişdirilməsidir. Məsələn, MMC kimi fəaliyyət göstərən hüquqi şəxs QSC olur və ya digər ssenarilər baş verir. Bu cür hallarda da vergi öhdəlikləri hüquqi varis olan yeni müəssisə tərəfindən icra edilir.

Əslində isə hüquqi şəxs vahid kimi eyni qalır. Ən mürəkkəb proses hüquqi şəxslərin birləşdirilməsi və yə bölünməsidir. Birləşmə prosesi iki səbəbdən – 2 müəssisənin birləşməsi və ya birinin digərini özünə birləşdirməsi ilə bağlı ola bilər.

 

Hüquqi şəxsin bölünməsi nəticəsində əmələ gələn hüquqi şəxslər
bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin
yerinə yetirilməsi üzrə hüquqi varisləri sayılırlar

Müəssisələrin sayı çox da ola bilər. Bu halda vergi öhdəlikləri hüquqi varisə keçir. Hüquqi varis təkcə birləşmə vaxtına olan borclara görə məsuliyyət daşımır. Onun məsuliyyətinə məlum olmayan (yəni, yeni təşkildən sonra üzə çıxan) vergi öhdəlikləri də aid edilir. Buna görə də birləşən müəssisələr birləşmədən sonra xoşagəlməz hallarla rastlaşmamaq üçün qarşı tərəfin vergi risklərini düzgün qiymətləndirməlidirlər.

Çünki birləşmədən sonra müəssisələrdən biri yeni təşkil olunan hüquqi şəxsə problemlər yarada bilər. Risklərin azaldılması alətlərindən ən əsası Vergi Məcəlləsində əksini tapıb. Məcəllənin 38-ci maddəsində növbədənkənar vergi yoxlaması halları nəzərdə tutulub. 38.3.8-ci maddədə bildirilir ki, növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda keçirilə bilər.

Yenidən təşkil prosesində az hallarda hüquqi şəxslərin bölünməsini də müşahidə etmək olur. Məsələn, bir şəxs vahid biznes çərçivəsində müxtəlif fəaliyyət növləri ilə məşğul olursa, bu halda onların ayrılaraq müxtəlif hüquqi şəxslər vasitəsilə fəaliyyət göstərməsinə qərar verə bilər. Və ya ola bilər ki, bir fəaliyyət növü üzrə əlavə investor cəlb etmək üçün həmin hissə ümumi biznesdən ayrılsın.

Bəzi hallarda hüquqi şəxslər bölünməyə getmir və sadəcə olaraq həmin aktivləri yaratdığı digər hüquqi şəxsin nizamnamə fonduna qoyur. Lakin bir çox hallarda bu səmərəsiz olur. Çünki ayrılan biznes sahəsi təkcə aktivlərdən yox, həm də öhdəliklərdən ibarətdir. Buna görə də bir fəaliyyət növü üzrə aktiv və öhdəliklərin ümumi biznesdən ayrılması üçün müəssisənin bölünməsinə gedirlər ki, həmin fəaliyyət növü üzrə əlaqəli olan bütün balans elementləri ümumi biznesdən çıxarılsın.

Məcəllənin 80.6-cı maddəsinə görə, hüquqi şəxsin bölünməsi nəticəsində əmələ gələn hüquqi şəxslər bölünmüş hüquqi şəxsin vergilərin ödənilməsinə dair öhdəliklərinin yerinə yetirilməsi üzrə hüquqi varisləri sayılırlar. Bu halda vergi öhdəlikləri bölüşdürücü balansa və ya digər təhvil aktına uyğun olaraq müəyyənləşdirilir. Bölüşdürücü balans və ya digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət daşıyırlar.

Misal:
Vergi Məcəlləsinin 80.9-cu maddəsinə əsasən hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs çıxdıqda, çıxmış hüquqi şəxslərin yenidən təşkil edilən hüquqi şəxsin vergi öhdəliklərini yerinə yetirməsi üzrə hüquqi varisliyi yaranmır: bu şərtlə ki, bu cür yenidən təşkil hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməməsinə yönəldilməmiş olsun. Məsələn, tutaq ki, A müəssisəsi balansından bir sıra elementləri ayıraraq B və C müəssisələrini yaradır. B və C müəssisələri yenidən təşkil olunan A müəssisəsinin vergi öhdəliklərinə görə məsuliyyət daşımırlar. Lakin məlum olsa ki, A müəssisəsindən aktivlərin çıxarılması nəticəsində vergi öhdəliklərinin yerinə yetirilməsi mümkünsüz olur, bu halda həmin addım vergi öhdəliklərinin icrasında yayınma kimi qəbul edilə və beləliklə, B və C müəssisələri tam olaraq öhdəliklər üzrə varis kimi tanına bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

Sual: Xahiş edirəm suallarımı cavablandırasınız:

1.Müəssisənin təsisçisi şəxsi mülkiyyətində olan avadanlığı müəssisənin balansına alınmasına və müəssisənin fəaliyyətində istifadə edilməsinə dair qərar vermişdir. Həmin avadanlığın dəyərinin müəyyən etmək məqsədi ilə müstəqil auditor rəyidə alınmışdır. Avadanlıqın balansa alınması, avadanlığın dəyərinin müəssisənin nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilmiş və vergi orqanına rəsmi müraciət edilərək nizamnamə kapitalının artırılması barədə məlumat verilmişdir.

Vergi orqanı tərəfindən nizamnaməyə müvafiq dəyişiklik edilərək müəssisəyə nizamnamənin yeni variantı təqdim olunmuşdur.

2. Fərdi sahibkar şəxsi mülkiyyətində olan avadanlığı sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməyi qərara almışdır. Qərarı barədə sahibkar elektron məktubla vergi orqanına rəsmi məlumat vermiş və avadanlığın dəyərinin qiymətləndirilməsi barədə müstəqil auditor rəyini əlavə etmişdir.

Avadanlığın dəyəri aparılan uçot sənədlərindədə öz əksini tapmışdır Yuxarıda qeyd olunan hər iki hal üzrə avadanlığ müəssisənin təsisçisi və fərdi sahibkar tərəfindən vaxtilə şəxsi istehlakları üçün alındığına görə alışı rəsmi sənədləri saxlanılmayıb (və ya sənəd itirilmiş). Qeyd olunanlarla əlaqədar müəssisə və fərdi sahibkar AR Vergi Məcəlləsinin 58.8.2 maddəsində nəzərdə tutulan maliyyə sanksiyasına məruz qala bilərlərmi?

Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hər iki hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.