Çexiya ilə bağlı maraqlı faktlar
1-ci hissə
- Çex dilinin qrammatikası dünyada ən mürəkkəb qrammatikalardan biri hesab olunur.
- Çex sözlərini söyləmək əcnəbilərdən ötrü çətinlik törədir, belə ki, mövcud olan bəzi sözlər saitlərsizdir.
- Zebranı keçərkən, tamamilə sakit ola bilərsiniz: sürücülər hökmən sizə yol verəcəklər. Əlbəttə, istisnalar da olur, amma, əksər sürücülər piyada üçün ayrılan keçid xəttinə bir neçə metr qalmış maşınlarını saxlayırlar.
- Bu ölkədə ictimai yerlərdə bərkdən burun silmək mütləq şəkildə normal qarşılanır.
- Çexlər ev heyvanlarını çox sevirlər. Ahıl adamların müşaiyət etdikləri cins itləri burada tez-tez görmək mümkündür.
- Zoomağazalara bu ölkədə hər küncdə rast gəlmək mümkündür.
-
Küçələrdə sahibsiz heyvanlara rast gəlmək mümkün deyil, hətta nə vaxtsa Çexiya yollarında qara pişiyə rast gəlsəniz, bilin ki, onun da sahibi var.
- Avropa üzrə ən çox çətənə (marixuana) Çex respublikasında çəkilir.
- Yeri gəlmişkən, burada narkotik vasitələr leqallaşdırılıb (15 qr marixuana, iki qr amfetamin, qram yarım heroin, bir qram kokain)