Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin olduğu yer üzrə uçota alınması

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin olduğu yer üzrə uçota alınması

Xidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin olduğu yer üzrə uçota alınma

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”

– filialın və ya nümayəndəliyin əsasnaməsinin surəti

– rəhbər barədə qərarın (əmrin) surəti

– filialın və ya nümayəndəliyin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti (Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür. Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər)

– bank fəaliyyətini həyata keçirən filiallar yaradıldıqda müvafiq orqanın icazəsi və bank kodu barədə təsdiqlənmiş sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələri n yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin  Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD- nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınma haqqında arayış (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb (bax 1.2.7-e nömrəli xidmətə)

Mənbə:taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qazaxıstan ölkə turistlərdən vergi tutmağa hazırlaşır

posted in: Uncategorized, Vergi, Xəbər | 0

vergiQazaxıstan ölkə turistlərdən vergi tutmağa hazırlaşır

Qazaxıstan hökuməti ölkəyə gələn xarici vətəndaşlardan “bed tax” (mehmanxana yığımı) sistemi üzrə vergi tutmağı planlaşdırır. Bu verginin tətbiqi ölkədə 2019-2025-ci illər üzrə turizmin inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçiriləcək.

Mədəniyyət və idman naziri Arıstanbek Muhamedioğlu proqramı hökumətə təqdim edərkən bildirib ki, rəhbərlik etdiyi nazirlik turizmin inkişaf etdirilməsi məqsədilə əsas bazarlarda aparılan marketinqin və ölkəyə turistlərin cəlb edilməsinin keyfiyyətini Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri təcrübəsi əsasında yaxşılaşdırmağı təklif edib: “Bu addımın atılmasında dövlət büdcəsinin üzərinə düşən yükün yüngülləşdirilməsi üçün ölkəyə turist kimi gəlmiş xarici vətəndaşlardan burada qaldıqları hər gecə üçün 2-4 dollar həcmində vəsait tutulacaq. Dövlət proqramı qəbul edildikdən sonra bu qayda Qazaxıstan Respublikasının bütün ərazisində qüvvəyə minəcək”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdman və mərc oyunlarından əldə edilən vəsaitlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0

vergi tutulmasıVM 99.3.12-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir kimi tövsif edilir. Ona görə də bu gəlirlər üçün verginin dərəcəsi 10 faiz təşkil edir. Məcəllənin 101.5-ci maddəsində qeyd olunub ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergini tutur. Qayda qeyri-rezidentlərə də (maddə 125.1.8.) şamil edilir. Bu müddəa Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə olunmuş nağd pul vəsaitlərinə aid deyil.

VM-nin 150-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur. Başqa sözlə, vergi agentləri əldə olunan gəlirdən 10 faizlik vergini ödəniş vaxtı tutmalıdır.


Telegram qrupumuza üzv olun


İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər sadələşdirilmiş verginin ödəyicilərinin siyahısındadır (maddə 218.4.2). Məcəllənin 219.4-cü maddəsində göstərilib ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilən vəsaitdən 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə vergi ödənilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

AGA Group Mühasib-Xəzinədar axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib-XəzinədarVakansiya: Mühasib-Xəzinədar / İşəgötürən: AGA Group

Əmək haqqı: 500 – 800 AZN

Vakansiya barədə məlumat

• Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
• Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
• Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar;
• Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
• Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;

 

 

Mühasib-Xəzinədar üçün tələblər:

• Yaş həddi: 25 – 35
• Cins: Xanım
• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəsi;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik  olmalı;
• MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilməli.

İş qrafiki:

• Bazar ertəsi – cümə saat 08:45-18:15;
• Şənbə qısaldılmış iş günü saat 09:00-13:00.

Qeyd: Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini    recruitment@agagroup.az    və info@finstaff.az ünvanına  mövzu yerində “Mühasib-xəzinadar” yazaraq göndərə bilərlər.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.