Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Sənədsiz avadanlıq hesabına nizamnamə kapitalını artırmaq olar?

Sual: Xahiş edirəm suallarımı cavablandırasınız:

1.Müəssisənin təsisçisi şəxsi mülkiyyətində olan avadanlığı müəssisənin balansına alınmasına və müəssisənin fəaliyyətində istifadə edilməsinə dair qərar vermişdir. Həmin avadanlığın dəyərinin müəyyən etmək məqsədi ilə müstəqil auditor rəyidə alınmışdır. Avadanlıqın balansa alınması, avadanlığın dəyərinin müəssisənin nizamnamə kapitalının artırılması yolu ilə həyata keçirilmiş və vergi orqanına rəsmi müraciət edilərək nizamnamə kapitalının artırılması barədə məlumat verilmişdir.

Vergi orqanı tərəfindən nizamnaməyə müvafiq dəyişiklik edilərək müəssisəyə nizamnamənin yeni variantı təqdim olunmuşdur.

2. Fərdi sahibkar şəxsi mülkiyyətində olan avadanlığı sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etməyi qərara almışdır. Qərarı barədə sahibkar elektron məktubla vergi orqanına rəsmi məlumat vermiş və avadanlığın dəyərinin qiymətləndirilməsi barədə müstəqil auditor rəyini əlavə etmişdir.

Avadanlığın dəyəri aparılan uçot sənədlərindədə öz əksini tapmışdır Yuxarıda qeyd olunan hər iki hal üzrə avadanlığ müəssisənin təsisçisi və fərdi sahibkar tərəfindən vaxtilə şəxsi istehlakları üçün alındığına görə alışı rəsmi sənədləri saxlanılmayıb (və ya sənəd itirilmiş). Qeyd olunanlarla əlaqədar müəssisə və fərdi sahibkar AR Vergi Məcəlləsinin 58.8.2 maddəsində nəzərdə tutulan maliyyə sanksiyasına məruz qala bilərlərmi?

Cavab: Bildiririk ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Sorğunuzda qeyd olunan birinci sual ilə əlaqədar olaraq bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda elektron qaimə-faktura və elektron vergi hesab faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hər iki hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Gilan Holding

  • Kateqoriya: Mühasibatlıq
  • İş növü: Tam iş günü (Full-time)
  • Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • İş yeri: Azərbaycan / Bakı
Vakansiya barədə məlumat:
  • Hesab məlumatlarını tərtib və təhlil etməklə, aktiv, passiv və əsas vəsait hesablarının qeydlərinin hazırlanması.
  • Hesab məlumatlarını daxil etməklə, maliyyə əməliyyatlarının sənədləşdirilməsi.
  • Mühasibat uçotunun aparılması variantlarını təhlil etməklə, maliyyə tədbirlərinin tövsiyə olunması.
  • Məlumatları toplamaqla, mühasibat balansını, mənfəət və zərər hesabatını və digər hesabatları hazırlamaqla, cari maliyyə vəziyyətinin ümumiləşdirilməsi.
  • Sənədləri yoxlamaqla, maliyyə əməliyyatlarının əsaslandırılması.
  • Siyasətlər və prosedurları hazırlamaqla və tövsiyə etməklə, mühasibat nəzarətinin təmin edilməsi.
  • Fəaliyyətləri əlaqələndirməklə və suallara cavab verməklə, mühasibatlıq şöbəsinin kontor işçilərinə rəhbərlik edilməsi.
  • Hesab məlumatlarını toplamaqla və təhlil etməklə, maliyyə uyğunsuzluqlarının tutuşdurulması.
  • Məlumat bazasının ehtiyat surətlərini çıxarılmasını tamamlamaqla, maliyyə məlumatlarının təhlükəsizliyinin təmin edilməsi.
  • Daxili nəzarət vasitələrinə əməl etməklə, maliyyə təminatının təmin edilməsi.
  • Sənədləri yoxlamaqla və ödəmələri tələb etməklə, ödənişlərin hazırlanması.
  • Vəzifəni icra etməklə, nəticəyə nail olunması.
  • Ehtiyac olduqda, aidiyyəti nəticələrə nail olmaqla, komanda səyinə töhfə verilməsi.
  • Ehtiyatların inventarizasiyasının aparılması
Mühasib üçün tələblər:
  • Bakalavr dərəcəsi;
  • Magistr və ya daha yüksək dərəcəyə üstünlük verilir;
  • ACCA, CIMA və ya oxşar kvalifikasiya (hətta kursu hal-hazırda davam etdirən namizədlərə də üstünlük verilir);
  • Mühasibatlıq və ya audit sahəsində 2 ildən artıq təcrübə;
  • 1C  (və ya oxşar) mühasibatlıq proqramı üzrə güclü biliklər tələb olunur.

Elanın bitmə tarixi: 30.03.2019

Müraciət üçün keçid

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatı

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatı

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

– filialın və ya nümayəndəliyin əsasnaməsinin surəti (PDF formada)

– rəhbər barədə qərarın (əmrin) surəti (PDF formada)

–  filialın, nümayəndəliyin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formada)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33 və 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi-İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi-ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi-ödəyicisinin filialının, nümayəndəliyinin qeydiyyatı haqqında məlumat

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: Uncategorized | 0

Çexiya ilə bağlı maraqlı faktlar

1-ci hissə

  • Çex dilinin qrammatikası dünyada ən mürəkkəb qrammatikalardan biri hesab olunur.
  • Çex sözlərini söyləmək əcnəbilərdən ötrü çətinlik törədir, belə ki, mövcud olan bəzi sözlər saitlərsizdir.
  • Zebranı keçərkən, tamamilə sakit ola bilərsiniz: sürücülər hökmən sizə yol verəcəklər. Əlbəttə, istisnalar da olur, amma, əksər sürücülər piyada üçün ayrılan keçid xəttinə bir neçə metr qalmış maşınlarını saxlayırlar.
  • Bu ölkədə ictimai yerlərdə bərkdən burun silmək mütləq şəkildə normal qarşılanır.
  • Çexlər ev heyvanlarını çox sevirlər. Ahıl adamların müşaiyət etdikləri cins itləri burada tez-tez görmək mümkündür.
  • Zoomağazalara bu ölkədə hər küncdə rast gəlmək mümkündür.
  • Küçələrdə sahibsiz heyvanlara rast gəlmək mümkün deyil, hətta nə vaxtsa Çexiya yollarında qara pişiyə rast gəlsəniz, bilin ki, onun da sahibi var.
  • Avropa üzrə ən çox çətənə (marixuana) Çex respublikasında çəkilir.
  • Yeri gəlmişkən, burada narkotik vasitələr leqallaşdırılıb (15 qr marixuana, iki qr amfetamin, qram yarım heroin, bir qram kokain)
Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.