Bu məhsulun istehsalı və satışı vergidən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

Bu məhsulun istehsalı və satışı vergidən azad ediləcək

Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən azad olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.

Dəyişiklik layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması

Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə”

–  təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin surəti (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin surəti (Vergi ödəyicisinin mülkiyyətində olan tikilidə, torpaq sahəsində və ya həyətyanı təsərrüfatda yerləşmiş (tikilmiş) obyektlər üzrə, əgər onların ayrıca texniki pasportu və ya digər sənədi yoxdursa, həmin tikilinin, torpaq sahəsinin və ya həyətyanı təsərrüfatın mülkiyyət hüququnu təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülür.

Eynilə, texniki pasportu olmayan tikiliyə (obyektə) yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi və yaxud bələdiyyələr tərəfindən verilmiş ünvanı təsdiq edən sənədlər uçotun aparılması üçün əsas götürülə bilər) (Fiziki şəxsə ödənilən icarə haqqının ödəmə mənbəyində vergiyə cəlb edildiyi hallar istisna olmaqla, əmlak icarəyə götürməklə fəaliyyət göstərən vergi ödəyicisinin istifadə edəcəyi obyektin yerləşdiyi ünvan üzrə uçota alınma-sı icarəyə verənin həmin obyektin yerləşdiyi ünvan üzrə vergi uçotunda olduğu halda həyata keçirilir)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınma haqqında arayış (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb (bax 1.2.8-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş Mühasib tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Allprint

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30-35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Daşqın Mürsəliyev
  • Telefon: (012) 598-19-91
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 15.04.2019
  • Əmək haqqı: 500-700 AZN

Vakansiya barədə məlumat

– Satış sənədlərinin hazırlanması
– Alış sənədlərinin 1C proqramına işlənməsi
– Kassa sənədlərinin tərtib edilməsi və uçotu
– Bank sənədlərinin hazırlanması və uçotu
– Materialların uçotu
– Hər bir iş üzrə material sərfiyyatının uçotu
– Kadr uçotu üzrə sənədləşmə (işə qəbul, işdən çıxma, məzuniyyət və s üzrə ərizələrin tərtib edilməsi)
– Gündəlik baş verən əməliyyatların sənədləşdirilməsi və 1C proqramına işlənməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: 6 günlük iş qrafiki
– Nahar və çay şirkət hesabına qarşılanır

Baş Mühasib üçün tələblər

– İqtisadiyyat, Maliyyə və ya Mühasibat üzrə təhsil
– Mühasibatlıq sahəsində iş təcrübəsi
– MS Office proqramları (MS Word, MS Excel) işləmə bacarığı
– 1C 7.7 proqramında işləmə bacarığı
– E-Qaimə, E-VHF və ƏDV DH sistemində işləmə bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Tələbkar, məsuliyyətli
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

CV-lərinizi foto ilə birlikdə office@allprint.azinfo@finstaff.az ünvanına “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda yenilənmiş pul nişanı dövriyyəyə buraxılıb

posted in: Xəbər | 0

Azərbaycanda yenilənmiş 10 manatlıq pul nişanı dövriyyəyə buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) dizayn mövzusu “Azərbaycan tarixinə” həsr olunmuş 10 manatlıq pul nişanının təkmilləşdirilməsini və mühafizə elementlərinin müasirləşdirilərək daha yüksək standartlara uyğulaşdırılmasını həyata keçirib.

Bu barədə AMB-nin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, yenilənmiş 10 manatlıq pul nişanında əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mühafizə sistemlərinə gəldikdə isə, mövcud 10 manatlıqdan fərqli olaraq yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir olunub.

Pul nişanının ön tərəfində Qız qalasının təsvirini, hərəkət edən dalğaları və rəngi dəyişən nominalı əks etdirən 3D effektli yeni holoqram (LEAD) yerləşir. Holoqramın müxtəlif hissələrində rəngi dəyişən mini-mətnlər və nominalın rəqəmləri görünür. Eyni zamanda, banknotun ön tərəfində İçəri şəhərin qala divarlarını əks etdirən, rəngi yaşıldan göyə dəyişən, 3D hərəkət və dinamik işıq effektləri saçan möcüzəli boya (SPARK LİVE®) yerləşir. Pul nişanının kənarlarında isə görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunur.

Pul nişanının arxa tərəfində isə üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Eyni zamanda, üzərində “10 AZN” yazıları olan sayrışan bənövşəyi və qızılı rəngli zolaqlar əks etdirilib.

Yenilənmiş 10 manatlıq pul nişanı bu gündən tədavülə buraxılıb. Bu pul nişanı hazırda tədavüldə olan 10 manatlıq pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və hər iki pul nişanı tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.