Moon Group MMC Baş Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Baş MühasibVakansiya: Baş Mühasib / İşəgötürən: Moon Group MMC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 25-40 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Quliyev Ruslan
  • Telefon: (012) 440-22-11
  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Elanın bitmə tarixi: 18.04.2019
  • Əmək haqqı: 800 – 900 AZN
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 5 günü

Baş Mühasib üçün tələblər

– Yalnız xanım namizədlər
– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər info@finstaff.azhr@moongroup.az 

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (5-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Çexiya ilə bağlı maraqlı faktlar

5-ci hissə

  • Tesko hipermarketlər şəbəkəsində alış-veriş zamanı alıcılara kassadan kupon təqdim edilir, hansı ki, o, Tesko yanacaqdoldurma məntəqələrində qiymətlərdə endirimə gətirib çıxarır.
  • Küçə kafelərində stolların üstünə pivə ilə içmək üçün krendellər (şor bulka) qoyulur. Hesablaşma zamanı krendellər sayılır və əgər siz onlardan istifadə etmisinizsə, onların dəyəri də hesablanır.
  • Çin kafelərində qidalar bir nəfərin yeməyi üçün hədsiz olan böyük porsiyada verilir. Əgər əlavə çəngəl-bıçaq istəsəniz və bir qədər əlavə pul ödəməklə həmin porsiyanı iki nəfərlik etmək mümkündür.
  • Çin kafelərində hesablaşma belə aparılır: Çinli qadın administrator əlində pul kisəsii sizə yaxınlaşır və verdiyiniz pulu dərhal kisəyə qoyur, əgər istəsəniz pulun qalığını qaytarır.
  • Siqaret çəkən adamlara az-az rast gəlmək mümkündür, Avropada bu çox bahalı israfçılıq hesab olunur.
  • Hərəkət edərkən, heç kim siqaret çəkmir.
  • Çexiya-da “Mattoni” adlandırılan mineral su çox məşhurdur, hansı ki, vərdiş etdiyimiz dadda deyil, dadı şirindir. Tünd qırmızı şüşədə satılır və dadı həm də biyan qoxuyur.
  • Kafedə kompleks nahar etmək, ərzaqları alıb özün hazırlamaqdan ucuz başa gəlir.
  • Pul dəyişdirmə məntəqələrində alınan komissiya haqqına diqqət yetirmək lazımdır, adətən çox yüksək faizlər qoyula bilər.
Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Baş mühasib seçimi zamanı necə yanılmayasan? (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Baş mühasib seçimiBaş mühasib seçimi zamanı necə yanılmayasan?

1-ci hissə

Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsuliyyətlilik… Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?

Tövsiyələr üzrə işə mühasib qəbul etməməli

Çox vaxt yenicə fəaliyyətə başlayan müəssisələrdə sahibkarların tanışları və ya qohumları tərəfindən tövsiyə edilən şəxs Baş mühasib təyin olunur – həyat yoldaşı, qardaş, quda, babanın qardaşı nəvəsi və s… Yalnız ona görə ki, onlar qohumdurlar, axı! Onlara həm kömək etmək lazımdır və həmdə işi etibar etmək olar, – bütün hallarda o, sənə “atmaz”!  Mənə tanışların və ya qohumların biznes sahibkarlarını hansı çətin vəziyyətlərə salmaları barədə o qədər faktlar məlumdur ki… Məsələn, bir dəfə hansısa şirkətlərdən birinin vergitutma ilə bağlı işini xilas etmək üçün ora getmişdik. Həmin şirkətdə mühasib vəzifəsində direktorun tanışı olan qızlardan biri işləyirdi. Baş mühasib ƏDV vergilərini ödəməmişdi. Vergi orqanları bu kobudluqdan qeyzə gələrək, dərhal yoxlamaya başlamışdılar. Qız isə bu yoxlamada əlbəttə ki, iştirak etmək istəmirdi… Növbəti mərhələ: qohumu olan qızı mühasib təyin etməklə səhvə yol verdiyini anlayan sahibkar, bu dəfə tövsiyə üzrə işə mühasib qəbul etmək istəyir. Ondan soruşursan: “Bu, mühasibi sənə kim məsləhət görüb?” Cavab verir: “Tanışım”. – “Hansı tanışın, soyadı nədir, harada və hansı vəzifədə işləyib?” – “Soyadını bilmirəm! Biz bir binada yaşayırıq, on ildir ki, ünsiyyətdəyik… Bir dəfə nəsə söhbət düşdü və o, məsləhət bildi”… Çox vaxt məsləhətlə işə qəbul olunan mühasib, elə tanış və qohum olan birinin işə qəbulu zamanı olduğu kimi vəziyyətlə nəticələnir…

Beləcə, sizə daha yaxşı, tələblərə cavab verən mühasib tapmaq üçün axtarışa başlamaq lazım gələcək. Özü də sərbəst şəkildə mümkün olan namizədlər sırasından ən yaxşı olanını müəyyən edib, seçmək yolu ilə.

Oğurluqdan qorxmayın

Sahibkarın mühasib seçimi zamanı başlıca təlaşlarından biri – “birdən bu mühasib məndən oğurluq edər”, kimi ağlına gələn qorxudur.

Tanış olmayan birinə bütün maliyyə işlərini etibar etməkdə tərəddüd etmələri… Lakin, mühasiblər arasında oğrular, digər peşələr arasında olduğundan çox deyil. Bundan əlavə, cinayətkar mühasiblərin böyük əksəriyyəti qrupda işləyirlər: “direktor – mühasib”. Onlar müəsisəyə eyni vaxtda gəlirlər, orada maliyyə yoxlaması həyata keçirilənə kimi “işləyirlər”, sonra isə yoxa çıxırlar. Belə ki, oğurluq – nadir hadisədir. Mühasib seçimi zamanı daha çox onun səriştələrinə – biliyinə, təhsilinə, iş təcrübəsinə diqqət yetirmək lazımdır.

Super səriştəlilik gözləməyin

Bizim şirkətdə çalışmaq istəyən bütün şəxslər üçün biz səriştə ilə əlaqəli ilkin test keçiririk. Bu test elə də mürəkkəb deyil, amma iş axtarışına çıxanların yalnız 9%-i ona “əla” cavab verə bilir. “Dördə biri” 26% (əhəmiyyətsiz bir səhv) cavab verir. 30% -i“üçə” layiq (bir neçə səhv və onlardan biri əhəmiyyətli səhvdir) çavab verir. Mühasib ixtisası üzrə işləmək istəyənlərin səviyyəsi belədir.

İri müəssisədə mühasib yalnız müəyyən iş sahəsinə görə məsuliyyət daşıyır. Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək.

Siz də Baş mühasib seçimi etdiyiniz zaman belə bir testdən istifadə edə bilərsiniz. Əgər, mühasibat işindən baş çıxara bilmirsinizsə və namizədlərin səriştə səviyyəsini dəyərləndirə bilmirsinizsə, diqqətlə xülasəni oxuyun.

İqtisadçıya inanmayın

Bəzi hallarda mühasibatlığa iqtisadi təhsilli adamlar gəlirlər. Və onları böyük sevinclə işə yalnız ona görə qəbul edirlər ki, həmin şəxs hansısa ali təhsil müəssisəsində iqtisadçı diplomunu alıb.  Unutmayın, ən yaxşı ali məktəblərdə belə iqtisadçılar mühasibatlıqla bağlı minimal biliklər alırlar – mühasibatlıq kursu orada yarım il və ya ən uzağı bir il çəkir. O səbəbdən, yaxşı olardı ki, “sadə” bir kolleci bitirən, lakin sırf “mühasib” ixtisası üzrə qurtaran bir şəxsi seçəsiniz.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı

Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

– təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formada)

 

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33 və 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin  (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.