Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı
Xidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) online qeydiyyatı
Xidmətin göstərilməsi üçün tələb olunanlar
– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
– təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericilikdə nəzərdə tutulmuş digər sənədin) surəti (PDF formada)
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 33 və 34-cü maddələri
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti: 2 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı haqqında məlumat
Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb
Mənbə: taxes.gov.az