Çexiya ilə bağlı maraqlı faktlar (6-cı hissə)

posted in: Məqalə, Xəbər | 0

ÇexiyaÇexiya ilə bağlı maraqlı faktlar

6-cı hissə

  • Pul dəyişmə məntəqələrində məbləğ dəyişdiriləndən dərhal sonra saymaq məsləhətdi, əks təqdirdə sizi aldada bilərlər və bunu sonra sübut edə bilməzsiniz.
  • Ən yaxşı pul dəyişmə məntəqələri ərəblərinki hesab olunur, çünki orada hətta pulları 0 faizlə də dəyişdirmək mümkün olur.
  • Pulun kursu həftənin günündən asılı olaraq dəyişir. Özlüyündə dolları çexiya kronuna dəyişdirmək üçün ən yaxşı gün – bazar ertəsi hesab olunur.
  • Və ən yaxşısı isə məntəqələri gəzib, ən aşağı kursu müəyyən etdikdən sonra pulları dəyişdirmək tövsiyə olunur.
  • Küçə qadınlarının sərbəst fəaliyyətinə icazə verilib. Qədim peşə sahiblərinin hətta öz həmkarlar təşkilatları da mövcuddur.
  • Praqada adi qara çörəyə rast gəlmək qeyri-mümkündür. Amma, buna baxmayaraq, nadir hallarda belə çörək növünə də rast gəlmək mümkün olur.
  • Tələbələr üçün əksər ekskursiyalar və sərgilərə görə güzəştlər tətbiq edilir. O səbəbdən gənclərin tələbə biletlərini özləri ilə gəzdirməsi məsləhətdir.
  • Tanışlardan birinin söylədiyinə görə o, Praqa akvaparkında boynundan asdığı xaçı çıxarmadan çimdiyinə görə ona çəpəki baxanlar az olmayıb. Görünür bu ölkədə xaçla çimmək adət deyil.
  • Çexlər – xeyirxah millətdirlər. Misal üçün, mağazalarda satıcılar həmişə “Dobry den” (gününüz uğurlu), “Dekuju” (çox sağ olun), “Nashledanou” (sağlıqla qalın) kimi sözləri alıcılardan əsirgəmirlər.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

POS-terminalın online qeydiyyatı (yalnız bank ekvayerləri üçün)

posted in: Vergi, Xəbər | 0

onlineXidmətin adı: POS-terminalın online qeydiyyatı (yalnız bank ekvayerləri üçün)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza\

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– NK-nın 04.10.2012-ci il tarixli 219 nömrəli  Qərarı ilə təsdiq edilmiş “AR ərazisində POS- terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “POS-terminalın online qeydiyyatı“ elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – POS-terminalın qeydiyyat nömrəsi barədə məlumat

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

posted in: Vergi, Xəbər | 0

Nəzarət-kassa onlineNəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması

Xidmətin adı: Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.1.8 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrən inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Nəzarət-kassa aparatının qeydiyyatı haqqında bildiriş (e-qutuya  göndərilir)

NKA-nın qeydiyyat vərəqəsinin kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 AZN məvaciblə Mühasib-analitik axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib-analitikVakansiya: Mühasib-analitik / İşəgötürən: Collezione Italia

Vakansiya barədə məlumat

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
-Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– İnventarizasiya təcrübəsinin olması( anbar,əsas vəzait, mal-material);
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Telegram qrupumuza üzv olun

Mühasib-analitik üçün tələblər

– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
– 1C 8  proqramı ilə işləmək bacarığı;
– Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi (Mebel sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilə bilər.
– Maliyyə və mühasibatlıq sahəsi üzrə analitik təhlil qabiliyyətinin olması;
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

Əlavə məlumat:

– İş saatı: 10:00-19:00
– Yaş həddi: 26 – 35
– Cinsi: Kişi
– Əməkhaqqı: 900-1000 AZN

CV-lərinizi hr@collezioneitalia.az və info@finstaff.az ünvanına “mühasib-analitik” başlığı ilə göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az