Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması
Xidmətin adı: Nəzarət-kassa aparatının online qeydiyyatı və qeydiyyatdan çıxarılması.
Xidmətin göstərilməsi üçün tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər
– VM-nin 16.1.8 və 24.0.6-cı maddələri
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrən inzibati reqlament”
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi
VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Nəzarət-kassa aparatının qeydiyyatı haqqında bildiriş (e-qutuya göndərilir)
NKA-nın qeydiyyat vərəqəsinin kağız daşıyıcısında alınması üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə müvafiq vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb
Mənbə: taxes.gov.az
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.