» » » Çexiya ilə bağlı maraqlı faktlar (6-cı hissə)

Çexiya ilə bağlı maraqlı faktlar (6-cı hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

ÇexiyaÇexiya ilə bağlı maraqlı faktlar

6-cı hissə

  • Pul dəyişmə məntəqələrində məbləğ dəyişdiriləndən dərhal sonra saymaq məsləhətdi, əks təqdirdə sizi aldada bilərlər və bunu sonra sübut edə bilməzsiniz.
  • Ən yaxşı pul dəyişmə məntəqələri ərəblərinki hesab olunur, çünki orada hətta pulları 0 faizlə də dəyişdirmək mümkün olur.
  • Pulun kursu həftənin günündən asılı olaraq dəyişir. Özlüyündə dolları çexiya kronuna dəyişdirmək üçün ən yaxşı gün – bazar ertəsi hesab olunur.
  • Və ən yaxşısı isə məntəqələri gəzib, ən aşağı kursu müəyyən etdikdən sonra pulları dəyişdirmək tövsiyə olunur.
  • Küçə qadınlarının sərbəst fəaliyyətinə icazə verilib. Qədim peşə sahiblərinin hətta öz həmkarlar təşkilatları da mövcuddur.
  • Praqada adi qara çörəyə rast gəlmək qeyri-mümkündür. Amma, buna baxmayaraq, nadir hallarda belə çörək növünə də rast gəlmək mümkün olur.
  • Tələbələr üçün əksər ekskursiyalar və sərgilərə görə güzəştlər tətbiq edilir. O səbəbdən gənclərin tələbə biletlərini özləri ilə gəzdirməsi məsləhətdir.
  • Tanışlardan birinin söylədiyinə görə o, Praqa akvaparkında boynundan asdığı xaçı çıxarmadan çimdiyinə görə ona çəpəki baxanlar az olmayıb. Görünür bu ölkədə xaçla çimmək adət deyil.
  • Çexlər – xeyirxah millətdirlər. Misal üçün, mağazalarda satıcılar həmişə “Dobry den” (gününüz uğurlu), “Dekuju” (çox sağ olun), “Nashledanou” (sağlıqla qalın) kimi sözləri alıcılardan əsirgəmirlər.

    Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
    Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
    Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.