Vergilər Nazirliyi: banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər

posted in: Vergi, Xəbər | 0

Son günlər bəzi kiçik sahibkarların yaranmış vergi borclarına görə bank hesablarının və ya bank kartlarının tam şəkildə dondurulması barədə məlumat yayılır. Bildirilir ki, Vergilər Nazirliyi vergi borcları olan fiziki şəxslərin faktiki borcların məbləği göstərilməklə bank hesabları və ya kartlarındakı vəsaitlərin müvafiq hissəsinin dondurulması barədə banklara sərəncam göndərib. Banklar isə vergi borcları üzrə məbləğləri deyil, sahibkarın bank hesabındakı bütün vəsaitlərini dondurub ki, bu da narazılığa səbəb olur.

Vergilər Nazirliyinin “vergilər.az”a açıqlamasında qeyd olunur ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 2019-cu il yanvarın 1-dən Vergilər Nazirliyinə həvalə edilib. Odur ki, vergi ödəyiciləri borclarını vaxtında ödəmədikdə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam göndərir.

Vergi Məcəlləsinə uyğun olaraq, borcların alınması haqqında sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman borclar vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklar və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər borcların dövlət büdcəsinə alınmasını təsdiq edən sənəd əsasında alınmış həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Vergilər Nazirliyi bildirir ki, banklar və ya digər kredit təşkilatları vergi ödəyicilərinin bank hesablarında olan vəsaitinin yalnız icra sənədi olan sərəncamda göstərilən məbləğ
üzrə dondurulması və ya alınmasını təşkil etməklə, digər hissəsi üzrə onların
istəyinə uyğun olaraq müvafiq hərəkətlər etməyə borcludurlar

Xatırladaq ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır. Əvvəllər vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. 2019-cu ildən isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılır və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq təmin edilir. Nəticədə vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tibbi sığorta ödənişləri: işəgötürənlə işçinin öhdəliyi

posted in: Xəbər | 0

Gələn ildən icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Bu isə o deməkdir ki, əmək müqaviləsi əsasında işləyən hər kəsdən 2020-ci il yanvarın 1-dən icbari sosial sığorta və işsizlikdən sığorta ilə yanaşı, icbari tibbi sığorta ödənişləri də tutulacaq.

Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib. Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özünüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat təşkil edəcək.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzunu şərh edərkən bildirib ki, tibbi sığorta dərəcəsinin işəgötürənlə işçi arasında bölgüsü də artıq dəqiqləşdirilib. İşçinin ödəyəcəyi sığortanın məbləği: əməkhaqqı 200 manata qədər olduqda əməkhaqqının 3 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta); əməkhaqqı 200 manatdan yuxarı olduqda isə əməkhaqqının 10 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta). İşəgötürən isə işçiyə ödənilən əməkhaqqının 200 manata qədər hissəsindən, müvafiq olaraq, 22 faiz + 0,5 faiz + 2 faiz, əməkhaqqının 200 manatdan çox olan hissəsindən isə 15 faiz + 0,5 faiz + 2 faiz vəsait ödəyəcək.

Qeyri-formal əmək bazarının miqyasının azaldılması istiqamətindəqabaqlayıcı tədbirlərə ehtiyac var

Sahib Məmmədov hesab edir ki, ölkədə mövcud olan qeyri-formal əmək bazarının miqyasını əhəmiyyətli şəkildə azaltmadan tibbi sığorta sisteminə keçid müəyyən fəsadlar yarada bilər. Bu baxımdan, ortaya çıxa biləcək mümkün çətinliklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə ehtiyac var: “Bu, təkcə sahibkarlar və işəgötürən təşkilatlar üzərində nəzarət funksiyasını həyata keçirən qurumlardan deyil, bütün iqtisadi strukturların birgə fəaliyyətindən, işin düzgün təşkilindən və koordinasiyalı əməkdaşlıqdan asılıdır. Son vaxtlar gizli iqtisadiyyatın azaldılması, sahibkarlıq fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində önəmli addımlar atılır. Amma qeyri-formal əmək bazarının miqyasını azaltmaq üçün yalnız Vergilər Nazirliyinin səyləri kifayət etmir”.

Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta üzrə xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Qaydalara görə, bu sahə üzrə maliyyə təminatının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək. Beləliklə, aşağıdakı şəxslərin icbari tibbi sığorta ödənişlərini dövlət ödəyəcək:
  • Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;
  • Peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;
  • Növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
  • Sosial müavinət almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxslər;
  • Ünvanlı dövlət sosial yardımı alan şəxslər;
  • Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar;
  • Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar;
  • Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin online bərpası

posted in: Vergi, Xəbər | 0

Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin online bərpası

Xidmətin adı: Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin fəaliyyətinin online bərpası

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– Gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

–  VM-nin 33-34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: dərhal

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Beynəlxalq daşıma xidməti vergi agentində ƏDV üzrə öhdəlik yaradır?

posted in: Vergi, Xəbər | 0

vergi agentiBeynəlxalq daşıma xidməti vergi agentində ƏDV üzrə öhdəlik yaradır?

Sual: Vergi ödəyicisi ƏDV-ni ödəməklə əldə etdiyi malları (işləri, xidmətləri) qeyri-kommersiya məqsədləri (109.3 – yəni yemək və ya əyləncə ilə, eyni zamanda işçilərlə bağlı olmayan qeyri-kommersiya fəaliyyəti nəzərdə tutulmur) üçün istifadə etdikdə, müvafiq olaraq ƏDV hesablana (159.5), eyni zamanda əvəzləşdirilə (175.1) bilərmi?

Cavab: Bildiririk ki, daşıma xidməti göstərmiş qeyri-rezidentə ödəmələr edərkən vergi agenti ödənilməli olan məbləğdən 6 faiz dərəcə ilə vergini tutaraq “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə ödəmə tutulan rübdəın sonrakı ayın 20-dən gec olmayaraq bəyan etməli və tutulmuş verginin həmin müddətdə büdcəyə ödəməlidir.

Qeyri-rezidentin həyata keçirdiyi beynəlxalq daşıma xidməti vergi agentində ƏDV – nin hesablanması və bəyan edilməsi üzrə öhdəlik yaratmır.

Bax: Vergi Məcəlləsinin 17-ci, 13.2.16-cı, 13.2.33-cü, 125.1.4-cü, 150-ci, 161.1.4-cü və 169-cu maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.