Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası)

posted in: Vergi, Xəbər | 0

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası)

Xidmətin adı: Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası)

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”

– ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələr

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, vergi orqanlarının inzibati binalarda yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri


Telegram qrupumuza üzv olun


İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (bax 1.2.6-e nömrəli xidmətə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxsin vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0

vergi uçotuFiziki şəxsin vergi uçotu üçün qeydiyyata alınması

Xidmətin adı: Fiziki şəxsin vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– Gücləndirilmiş elektron imza (İnternet Vergi İdarəsi Portalı vasitəsilə həyata keçirildikdə)

– Asan İmza (Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33, 34-cü maddələri

– “Elektron imza və elektron sənəd haqqında” 09.03.2004-cü il tarixli 602-IIQ nömrəli Qanun

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– AR Prezidentinin 04.08.2016-cı il tarixli 2257 nömrəli Sərəncamı

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 27.01.2017-ci il tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotuna alınması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti,  İnformasiya texnologiyaları mərkəzi, VN yanında Çağrı Mərkəzi Departamenti

İcra müddəti: dərhal

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Bu müəssisələr bəzi vergilərdən azad edilib

posted in: Vergi, Xəbər | 0

vergilərdən azadBu müəssisələr bəzi vergilərdən azad edilib

Vergi Məcəlləsinin 218.5.13-cü maddəsinə əsasən, özəl təhsil müəssisələri sadələşmiş verginin ödəyiciləri siyahısına aid edilməyib.

Məsələyə münasibət bildirən iqtisadçı Rəşad Əliyev bildirib ki, məktəbəqədər tərbiyə, ümumtəhsil (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyəti xüsusi razılıq alınması tələb edilən sahibkarlıq fəaliyyəti növünə aiddir. Ona görə də bu fəaliyyət kriteriyalarına aid şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur: “Buna görə də ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200 min manat və ondan az olan hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olurlar. Dövriyyəsi 200 min manatdan artıq olduqda isə həmin hüquqi şəxslər mənfəət vergisi ödəyicisi olmaqla yanaşı, həm də ƏDV ödəyicisi olurlar”.


Telegram qrupumuza üzv olun


Ekspert Vergi Məcəlləsində təhsil müəssisələri, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması məqsədilə yaradılmış xüsusi təhsil müəssisələri üçün mənfəət vergisi üzrə güzəştlərin nəzərdə tutulduğunu da qeyd edib: “Məcəllənin 106.1.17-ci maddəsində göstərilib ki, dividendlərin ödənilməsinə yönəldilməyən mənfəət tam olaraq vergilərdən azad edilir, dividendlərə yönəldilən hissə isə vergiyə ümumi qayda ilə cəlb olunur.

Misal üçün, tutaq ki, “X” təhsil müəssisəsi ilin nəticələrinə görə 100 min manat mənfəət əldə edib. Əgər həmin vəsait dividendlərin ödənilməsinə yönəldilmirsə, bu halda göstərilən məbləğ tam olaraq vergilərdən azad olunur. Əgər onun 20 min manat hissəsi dividend ödənişinə yönəldilirsə, bu halda yönəldilən hissə mənfəət vergisinə cəlb ediləcək. Yəni bizim misalda 20 min manatdan 20 faiz mənfəət vergisi tutulduqdan sonra yerdə qalan 16 min manat dividend kimi ödənilir. Məcəllədəki güzəştlə bağlı müddəanın əsas məqsədi təhsil ocaqlarının sərəncamda qalan mənfəət hesabına maddi-texniki bazasının inkişafının stimullaşdırılmasıdır”.

Bundan əlavə, özəl təhsil müəssisələri əmlak və əlavə dəyər vergisindən də azad ediliblər. Vergi Məcəlləsinin 164.1.13-cü maddəsinə görə, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. Bu azadolma həmin təhsil ocağının digər fəaliyyəti üzrə xidmətlərinə şamil edilmir. Məcəllənin 199.4.4-cü maddəsinə görə, təhsil ocaqlarının əsas fəaliyyət növü üzrə istifadə etdikləri əmlakları əmlak vergisindən azadddır. Təhsil sahəsində istifadə olunmayan digər əmlaklar, məsələn, icarəyə verilən bina və s. vergiyə ümumi qaydada cəlb edilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 AZN əmək haqqı ilə Senior Auditor tələb olunur

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Senior Auditor vakansiya1500 AZN əmək haqqı ilə Senior Auditor tələb olunur

Vakansiya: Böyük Auditor / İşəgötürən: Moore Stephens Azerbaijan

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Ülkər Həmidova
  • Telefon: (+994) 50 250 58 81
  • E-mail:ulker.hamidova@moorestephens.az  /  info@finstaff.az
  • Əmək haqqı: 1200 – 1500 AZN
Vakansiya barədə məlumat:
  • Bu dərəcə xüsusi bir təcrübə sahəsini – məsələn, beynəlxalq audit, vergi və s. göstərən əlavə təyinata tabe olacaqdır. Xüsusi təyinatlarla bağlı əlavə tələblər ola bilər.

Təcrübə:

  • Bir ixtisas inkişafına doğru hərəkət etməli və müvafiq sahədə, məsələn xarici audit, IFRS audit və s. kimi ən azı üç illik təcrübəyə malik olmalıdır, baxmayaraq ki, bir çox işçilərin bu sinifə çatmasından əvvəl dörd il təcrübəsi olacaqdır.

Telegram qrupumuza üzv olun

Senior Auditor üçün tələblər:
  • Senior Aduitor bütün müntəzəm tapşırıqlarda sahə işi üçün məsuliyyət daşıyan şəxs kimi çıxış etməlidir.
  • Bu, işin tələb olunan standartlara və müddətlərə uyğun şəkildə yerinə yetirilməsi ilə komanda nəzarəti və motivasiya olunmasını nəzərdə tutur. Həmişə şərtlər tələb edildikdə əlavə saat işləmək üçün könüllü olacaqdır.
  • Məlumatların daha aşağı təbəqədəki işçilərə ötürülməsində və şirkətin səmərəli fəaliyyət göstərilməsində fəal rol oynayır.
  • Etik məsələləri yaxşı şəkildə başa düşmək və etik məlumatların daha aşağı təbəqədəki üzvlərə keçməsində rol oynayır.
  • Seçdikləri təcrübə aralığının seçilmiş sahəsini yaxşı bilir.
  • Beynəlxalq audit və mühasibat uçotu sahəsində işləyən kimsə üçün əsas MHBS-lərin yaxşı işləməsini tələb edir və praktikada ən çoxunu həyata keçirmək qabiliyyətinə malikdir. Mühasibat uçotu üzrə ixtisas dərəcəsi, adətən, bu səviyyəyə çatdığının göstəricisidir.
  • İngilis və ya Azərbaycan dilində hərtərəfli ünsiyyət bacarıqlarına malik olmalıdır. Rus dilini bilmək üstünlükdür.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.