İşsizlikdən sığorta və Məşğulluq haqqında qanunlarda dəyişiklik edilib

posted in: Xəbər | 0

İşsizlikdən sığorta və Məşğulluq haqqında qanunlarda dəyişiklik edilib

İşsizlikdən sığorta haqqında, Əlilliyi olan şəxslərin hüquqları haqqında və Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 13.1-1-ci maddə əlavə edilsin:

“13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.16-cı maddə əlavə edilsin:

“8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Əmlak vergisi dünya ölkələrində (7-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

əmlak vergisiDünya ölkələrində əmlak vergisi

7-ci hissə

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Portuqaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Birləşmiş Ərəb Əmirliklərində əmlak vergisi 

Bu ölkədə yalnız bir vergi növü mövcuddur. Ərəb əmirliklərində daşınmaz əmlakın satın alınmasından sonra qeydiyyata alınması zamanı 4 faizlik vergi tutulur. BƏƏ-də hətta fiziki və hüquqi şəxslərdən gəlir vergisi belə tutulmur.


Telegram qrupumuza üzv olun

Portuqaliyada əmlak vergisi 

Bu ölkədə daşınmaz əmlak satın alınarkən 1-6% arası vergi tutulur. Əmlakın qeydiyyatı zamanı 250 avro vergi ödənilir. Yeni əmlak alınanda ƏDV tutulmur. Əmlaka görə illik vergilər 0,4-0,8% təşkil edir. Kapital artımına görə 23% vergi tutulur. Miras və vərəsəlik yolu ilə keçən əmlaka görə vergi ödənilmir. Fiziki şəxslərdən gəirə görə 14,5-48,0%, hüquqi şəxslərdən isə 23% vergi tutulur.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxsin vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0

vergi uçotuFiziki şəxsin vergi uçotu üçün qeydiyyata alınması

Xidmətin adı: Fiziki şəxsin vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”

– şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti;

– Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən fotoşəkilin proqram təminatına ötürülməsi texniki səbəblərdən mümkün olmadıqda 25X30 mm ölçüdə 2 ədəd rəngli fotoşəkil

– ərizə səlahiyyətli nümayəndə tərəfindən təqdim edildikdə notariat qaydasında təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədin surəti

– 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Mülki Məcəllənin 28-ci maddəsi

– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”


Telegram qrupumuza üzv olun

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ASAN xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, vergi orqanlarının inzibati binalarda yerləşən xidmət mərkəzləri istisna olmaqla digər xidmət mərkəzləri, ASAN xidmət mərkəzləri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə

Elektronlaşdırma səviyyəsi

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – tam elektronlaşıb Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb (bax 1.2.5-e nömrəli xidmətə)

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?

posted in: Uncategorized | 0

Vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri kim tərəfindən ödənilir?


Sual: Fiziki şəxs rəhmətə gedirsə onun vergisi nece ödənilir, VÖEN-i baglanırmı? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Cavab: Bildiririk ki, vəfat etmiş fiziki şəxsin vergi öhdəlikləri-ni onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir. Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir. Qeyd edilən halda vəfat etmiş şəxslərin vergi borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir. Eyni zamanda, vəfat etmiş şəxsin büdcəyə olan borcları silindikdən sonra, onun varisi müəyyən edilərsə vergi ödəyicisinin borcları bərpa edilir. Əsas: Vergi Məcəlləsinin 81-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.