Daha çox8
Daha çox8

Ödənişdən sonra Sosial ayırmalar üzrə təsnifat kodu necə dəyişilə bilər?

posted in: Uncategorized | 0

Ödənişdən sonra Sosial ayırmalar üzrə təsnifat kodu necə dəyişilə bilər?

Sual: Dövlət Sosail müdafiə Fonduna121300 nömrəli koda ödəniş etdikdən sonra, hesabat zamanı ödənişləri uygun kod üzrə bölüşdürmək olurdu. Hal-hazırda isə olmur, fiziki şəxsin 0730 kodu üzrə artıq ödəmə yaranır, 0100 kodu üzrə isə (işciyə görə) borc yaranir. Bu halda biz neynəməliyik?

Cavab: Mövcud proqram təminatında qeyd olunan problem aradan qaldırılmışdır. Ödənişlərdə büdcə təsnifat kodu dəyişdirilməsi mümkündür.

Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilməlidir. Gələcəkdə bu tipli problemlərlə qarşılaşmamaq üçün ödənişlərin müvafiq büdcə təsnifat kodlarına uyğun olaraq həyata keçirilməsini tövsiyyə edirik.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Məşğulluq Xidməti təlimlərə başlayır

posted in: Xəbər | 0

Dövlət Məşğulluq Xidməti təlimlərə başlayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti  2019-cu il üçün özünüməşğulluq  proqramı üzrə “Öz biznesinə başla” adlı təlimlərə başlayır.

Martın 18-də başlanacaq təlimlərin ilk mərhələsində özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edən 1000 nəfər iştirak edəcək. Bir aylıq təlim müddətində onlara biznes-plan qurmaq, kiçik biznesin təşkili və inkişaf etdirilməsi üzrə bilik və bacarıqlar öyrədiləcək.

Təlimlər il ərzində davam etdiriləcək. Hər təlimin yekununda iştirakçıların özünüməşğulluq fəaliyyətinə hazırlıq səviyyələrinin, onların hazırladıqları biznes-planların qiymətləndirilməsi həyata keçiriləcək. Qiymətləndirmə biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında aparılacaq. Biznes-planları uğurlu hesab edilən və özünüməşğulluq fəaliyyətinə hazır olduğu müəyyən edilən iştirakçılar  kiçik ailə təsərrüfatlarının formalaşdırılması üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.

Cari ildə 7-8 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.

Mənbə: sosial.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sığortaedənlər üçün zəruri məlumat

posted in: Xəbər | 0

SığortaedənlərSığortaedənlər üçün zəruri məlumat

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş idarəsi ləğv edilib, İri sığortaedənlərlə iş idarəsinin isə adı dəyişdirilərək Bakı şəhər idarəsi adlandırılmışdır.

İdarədən bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsində uçotda olan sığortaedənlər məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqları üzrə ödəmələr və məcburi dövlət sosial sığorta vəsaitləri hesabına ödənilən müavinətlərin hesablanması və ödənilməsi ilə bağlı DSMF-nin Bakı şəhər idarəsinə müraciət etməlidirlər.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının düzgün ödənilməsi üçün bank rekvizitlərini və büdcə təsnifat kodlarını məlumat üçün oxucularımıza təqdim edirik:

Məcburi dövlət sosial sığorta haqqı üzrə
B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ89CTRE00000000000007018506
VÖEN:1300115511

Büdcə təsnifat kodu Büdcə təsnifatının adı Büdcə səviyyəsinin kodu
12100 İşəgötürənin əməyin ödənişi fonduna hesablanan sosial ayırmalar (sığortaedənin hesabına ödənilən) 4
121200 Muzdla işləyənlərin əməkhaqqından sosial ayırmalar (sığortaolunanın hesabına ödənilən) 4
121400 Sair gəlirlərdən ayırmalar 4
143300 Penya, cərimə və maliyyə sanksiyaları 4

 

İşsizlikdən sığorta haqqı üzrə

B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ53CTRE00000000000007018572
VÖEN:1300115511

 

Büdcə təsnifat kodu Büdcə təsnifatının kodu Büdcə səviyyəsinin kodu
123100 İşəgötürənin əməyin ödənişi fonduna hesablanmış işsizlikdən sığorta ayırmalar (0,5 faiz sığortaedənin hesabına ödənilən) 4
123200 Muzdla işləyənlərin əməkhaqqından işsizlikdən sığorta ayırmalar (0,5 faiz sığortaolunan hesabına ödənilən) 4
123300 Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər gəlirlər üzrə 4

 

Xüsusi hesab
(Penya, cərimə və maliyyə sanksiyaları üzrə)

B1.Benefisiar(alan) bank
Adı:Dövlət Xəzinədarlıq Agentliyi
Kodu:210005
VÖEN:1401555071
M/H:AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BİK CTREAZ22

B2.Alan müştəri /Beneficiary
Adı:DSMF Bakı şəhər idarəsi
H/H N-si:AZ26CTRE00000000000007018573
VÖEN:1300115511

 

Büdcə təsnifat kodu Büdcə təsnifatının adı Büdcə səviyyəsinin kodu
143800 İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələr 4

 

Əlavə məlumat almaq üçün Bakı şəhəri, Ziya Bünyadov pr.1965-ci məhəllə, “Çinar park” Biznes mərkəzi, bina 6, giriş 2, mərtəbə 4 ünvanında yerləşən Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər idarəsi ilə əlaqə saxlaya bilərsiniz.

Telefon: (012) 562-20-11, 562-33-59, 562-10-86, 562-10-79
E-mail: bsi-dsmf@mlspp.gov.az

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşsizlikdən sığorta və Məşğulluq haqqında qanunlarda dəyişiklik edilib

posted in: Xəbər | 0

İşsizlikdən sığorta və Məşğulluq haqqında qanunlarda dəyişiklik edilib

İşsizlikdən sığorta haqqında, Əlilliyi olan şəxslərin hüquqları haqqında və Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1361-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 13.1-1-ci maddə əlavə edilsin:

“13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386) aşağıdakı məzmunda 32-1-ci maddə əlavə edilsin:

“Maddə 32-1. Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi

Əlilliyi olan şəxslərin sosial müdafiəsi və sosial təminatı sahələrində elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”.

Maddə 3. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669) 8.0.15-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.16-cı maddə əlavə edilsin:

“8.0.16. məşğulluq sahəsində elektron xidmətlərin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
error: Content is protected !!