Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcəklər

posted in: Audit, Vergi, Xəbər | 0

Vergilər Nazirliyi və Auditorlar Palatası birgə beynəlxalq konfrans keçirəcəklər

                                                                                                                                             ELAN

Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə  2019-cu il 13 sentyabr tarixində “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilməsi nəzərdə tutulur.


Konfrans keçirilməsində əsas məqsəd iqtisadi inkişafın mühüm amili kimi dəyərləndirilən şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, maliyyə hesabatlılığı sahəsində qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Tədbirdə dövlət və özəl qurumların, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin, sahibkarların və xarici ölkələrin nümayəndələri dəvət olunmuşdur.


Ünvan: AZ 1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi, 35; 

Əlaqələndirici şəxs: Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev.

Telefon: (+99412) 498-28-55;

Mobil: 055-727-74-77;

E-mail: audit-azerbaijan@audit.gov.az

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Büdcəyə daxil olan gömrük rüsumlarının məbləği artıb

posted in: Xəbər | 0

Büdcəyə daxil olan gömrük rüsumlarının məbləği artıb


Bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 336,033 mln. manat məbləğində vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 116,369 mln. manat və yaxud 53% çoxdur.

Bu barədə DGK-dən bildirilib.

O cümlədən son 1 ildə büdcəyə daxil olan gömrük rüsumlarının məbləği 13,181 mln. manat və yaxud 22,35% artaraq 72,164 mln. manat, əlavə dəyər vergisinin məbləği 96,952 mln. manat və yaxud 63,9% artaraq 248,643 mln. manat, aksiz vergisinin məbləği 5,658 mln. manat və yaxud 1,9 dəfə artaraq 12,049 mln. manat, yol vergisinin məbləği isə 578 min manat və yaxud  22,2% artaraq 3,177 mln. manat təşkil edib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Yaşıl dəhliz” mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

seminar“Yaşıl dəhliz” mövzusunda seminar keçiriləcək

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyi ilə sahibkarların məlumatlandırılması məqsədi ilə təşkil olunan təlimlərin ikinci etapına start verildi.

Belə ki, 05.04.2019 tarixində “Yaşıl dəhliz” mövzusunda seminar təşkil olunur.

“Yaşıl Dəhliz” buraxılış sisteminin məqsədi:

  • qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq,
  • biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq,
  • könüllü riayət mədəniyyətini formalaşdırmaq,
  • risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək,
  • ölkənin ixrac potensialını gücləndirmək,
  • məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək,
  • mövcud resurslardan daha optimal istifadəni təmin  etməkdir.

Sizi seminarda iştirak etməyə dəvət edirik.

Təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən keçiriləcək. Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/B7vBsf linkində qeydiyyatdan keçmək mütləqdir.

Təlim sadəcə ASK üzvləri üçün nəzərdə tutulur.

Kursun keçirilmə tarixi: 05.04.2019

Başlama saatı: 10:00 – 12:00

Təlimin keçirildiyi ünvan: Bakı ş, Nizami küç., 90 A, Landmark

Son qeydiyyat tarixi: 04.04.2019

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Tel: (994 12) 465 76 92 (daxili: 121)

E-mail: ebaliyeva@ask.org.az

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyiciləri və vergi orqanları arasında yazışma

posted in: Vergi, Xəbər | 0

 

vergi orqanları vergi ödəyiciləriVergi ödəyiciləri və vergi orqanları arasında yazışma

Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməyibsə və bir tərəf onu digər tərəfə verməyibsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Mövzunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin şöbə rəhbəri Məmməd Quliyev şərh edir.

Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri), adı göstərilməklə, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə):

  • vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – verildiyi gün;
  • poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
  • elektron üsulla elektron kabinetinə göndərildikdə – göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

Məcəllənin 70.2-2-ci maddəsində göstərilir ki, sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim olunur. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, əgər onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.


Telegram qrupumuza üzv olun

Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində fərdi elektron səhifə kimi elektron kabinet yaradılıb. Elektron kabinetdən istifadə üçün vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergi ödəyicisi tərəfindən vergi orqanından kod-parol götürüldükdən sonra həyata keçirilir.

Elektron kabinetə giriş kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Vergi ödəyicisi elektron kabinetə daxil olaraq digər vergi ödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edə və elektron xidmədlərdən istifadə edə, istifadə olunmuş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər.

Vergi orqanı tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanları tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergi ödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə – elektron üsulla göndərildiyi gün lazımi qaydada çatdırılmış sayılır.

Vergi ödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergi ödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir.

Elektron kabinetdən istifadə nəticəsində vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşiyıcılarda sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.