Azərbaycanda 15 yerli, 2 xarici şirkət ləğv olundu

posted in: Vergi, Xəbər | 0

şirkətAzərbaycanda 15 yerli, 2 xarici şirkət ləğv olundu.


“KÜR İNŞAAT-R” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1100521141

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1155, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi,5 B mənzil 63 ünvana bildirə bilərlər.


“FATANI ADEL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 2004645371

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ 1126, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 36 ünvana bildirə bilərlər.


“N.İ.A HOLDİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1003047511

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AAZ1108, Bakı şəhəri, Binəqədi rayonu, Səttar bəhlulzadə küçəsi, ev 22 ünvana bildirə bilərlər.


“NORTHEAST INVESTMENTS HOLDING AG” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ

VÖEN: 1701406541

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1065, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov, ev 6, Bridge Plaza, 6-cı mərtəbə ünvana bildirə bilərlər.


“UNİFY COMMUNİCATİONS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI

VÖEN: 2000953121

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Xocalı, ev 37 ünvana bildirə bilərlər.


“İMPERATOR COMPANY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401310741

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1022, Bakı şəhəri, Nəsimi rayonu, akademik Sübhi Salayev, ev 37A, m. 71A ünvana bildirə bilərlər.


“İ.T.AZƏRİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1300774431

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Qurbanov küçəsi, ev 2/15, mənzil 5 ünvanında bildirə bilər


GÖYÇAY MELİOSERVİS İDARƏSİ

VÖEN: 6000102031

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Göyçay Suvarma Sistemləri idarəsinə bildirə bilərlər.


“İNTERNATİONAL TCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1404298631

Ləğv olunduğunu elan edir.Kreditorlar iki ay ərzində tələbini Bakı şəhər, Nəsimi rayonu, Möhsün Sənani küçəsi, ev 6 ünvanına bildirə bilərlər.


“PARK” KİÇİK MÜƏSSİSƏSİ

VÖEN: 1500157451

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri Nərimanov rayonu İsmayıl Hidayətzadə, ev 16, ünvanına bildirə bilərlər.


“EPİRAY TURKEY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1504158411

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayt şəhəri, 24.məhəllə, ev:29/4 ünvanına bildirə bilərlər.


“GLC-GELİNCİK LABARATUAR CİHAZLARI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1401775311

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, ev 2, məhəllə 534, mənzil 12 ünvanına bildirə bilərlər.


ÇAYÇILIQ İSTEHSAL KOOPERATİVİ

VÖEN: 2600049661

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Lənkəran rayonu, Lənkəran şəhəri, Zərifə Əliyeva, ev 97A ünvanına bildirə bilərlər.


“ŞAHABLI” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1501157941

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 39, mən 82 ünvanına bildirə bilərlər.


“ELEKTROLÜKS-S ” FİRMASI

VÖEN: 1400285331

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 4 ünvanına bildirə bilərlər.


“BAZİRGAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1601503491

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələbini Bakı şəhəri, Nizami rayonu, Keşlə ŞTQ Köndələn Uzununa 1-ci ev 46 A ünvanına bildirə bilərlər.


“NNQ-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1003847561

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, ev 51, mənzil 6 ünvana bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0

vergi uçotuXidmətin adı: Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotu-na alınması barədə ərizə”

– xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış, xarici dövlətin rezidentinin səlahiyyətli orqanının AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı, təsis sənədləri, rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd  (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

– AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər)

– bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti

– AR-da daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə VN tərəfindən müəyyən edilən forma üzrə məlumat

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

–  Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”


Telegram qrupumuza üzv olun

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlirdən çıxılan xərclər mənfəət bəyannaməsində necə qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0

xərclərSualım Vergilər Məcəlləsinin 109.2 və 109.3 maddəsində qeyd edilən gəlirdən çıxılmayan xərclərlə bağlıdır.

Sual: Biz mənfəət bəyannaməsini hazırlayarkən həmin xərcləri gəlirdən çıxılan xərclər hissəsində qeyd etmirik, bu mənfəət bəyannaməsinin 250-ci maddəsində qeyd edilir və bu məbləğlər bəyannamənin Əlavə 2-də harada qeyd edilir? Digər aktivlər yoxsa bölüşdürülməmiş mənfəət hissəsində qeyd edilirmi? Əgər orada qeyd edilirsə həmin məbləğ gələcəkdə dividend kimi tanınanacaqmı və ya o məbləğ üçün gələcəkdə hər hansı bir vergiöhdəliyi yaranacaqmı? Misal üçün müəssisə ləğv olunarkən və ya növbəti illərdə vergi öhdəliyi yarana bilərmi?

Cavab: Məlum olduğu kimi, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddəsində göstərilən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Bildiririk ki, Gəlirdən çıxılmayan xərclərin “Mənfəət vergisinin bəyannaməsi”nin hər hansı

Əlavəsində qeyd olunması nəzərdə tutulmamışdır. Qeyd edilən xərclər dividend kimi elan edilmədiyi halda hər hansı bir vergi öhdəliyi yaratmır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 109.2-ci və 109.3-cü maddələrinə əsasən müəyyən edilən xərclər “Mənfəət vergisinin bəyannaməsi”ndə 1 nömrəli Əlavədə bölüşdürülməmiş mənfəətin silinməsi kimi qeyd edilə bilər. “Mənfəət vergisinin bəyannaməsi”ndə Əlavə 2-də vergi ödəyicisinin xaricdə olan bank hesabları barədə məlumatlar qeyd edilir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

posted in: Tibb, Xəbər | 0

İcbari Tibbi Sığortaİcbari Tibbi Sığorta ilə bağlı mühüm xəbər

2020-ci ildən bütün ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqinə başlanacaq. Bu məqsədlə 2019-cu ildə bütün xəstəxanalar publik hüquqi şəxsə çevriləcəklər. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. O qeyd edib ki, bu il bir neçə hazırlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub:

“2020-ci ildən bütün ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqinə başlamalıyıq. Məsələnin iki tərəfi var, sığorta haqlarının yığılması və xərclənməsi, yəni xəstəxanalara ödənilməsi. Bu gün xəstəxanalar dövlət büdcəsindən maliyyələşirlər. İcbari Tibbi Sığorta tətbiq edildikdə xəstəxanalar dövlət büdcəsindən deyil, Agentlikdən maliyyələşəcəklər.

Xəstəxana hansı tibbi xidmətləri göstərəcəksə həmin xidmətlərin qiymətləri olacaq. Biz də bu qiymətlər əsasında sığortalı vətəndaşın əvəzinə xəstəxanaya vəsait köçürəcəyik. İlk növbədə xəstəxanalar vəsaiti qəbul etməyi bacaqmalıdırlar. Bu hüquqi məsələdir. Xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidirlər. Hazırda xəstəxanalar kənardan vəsait qəbul edə bilmirlər. Biz planlaşdırıq ki, 2019-cu ildə xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi yekunlaşsın”.

Mənbə: fins.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.