» » » Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi uçotuXidmətin adı: Xarici dövlətin rezidentinin AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotu-na alınması barədə ərizə”

– xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış, xarici dövlətin rezidentinin səlahiyyətli orqanının AR-da daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı, təsis sənədləri, rezidentliyi barədə vergi orqanları tərəfindən təsdiq edilmiş sənəd  (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

– AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər)

– bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti

– AR-da daimi nümayəndəlik yaratmayan bölmələr və gəlir mənbələri barədə VN tərəfindən müəyyən edilən forma üzrə məlumat

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

–  Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”


Telegram qrupumuza üzv olun

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.