» » » İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

İcbari tibbi sığorta ilə bağlı mühüm xəbər

posted in: Tibb, Xəbər | 0
birbank biznes

İcbari Tibbi Sığortaİcbari Tibbi Sığorta ilə bağlı mühüm xəbər

2020-ci ildən bütün ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqinə başlanacaq. Bu məqsədlə 2019-cu ildə bütün xəstəxanalar publik hüquqi şəxsə çevriləcəklər. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. O qeyd edib ki, bu il bir neçə hazırlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulub:

“2020-ci ildən bütün ölkə üzrə İcbari Tibbi Sığortanın tətbiqinə başlamalıyıq. Məsələnin iki tərəfi var, sığorta haqlarının yığılması və xərclənməsi, yəni xəstəxanalara ödənilməsi. Bu gün xəstəxanalar dövlət büdcəsindən maliyyələşirlər. İcbari Tibbi Sığorta tətbiq edildikdə xəstəxanalar dövlət büdcəsindən deyil, Agentlikdən maliyyələşəcəklər.

Xəstəxana hansı tibbi xidmətləri göstərəcəksə həmin xidmətlərin qiymətləri olacaq. Biz də bu qiymətlər əsasında sığortalı vətəndaşın əvəzinə xəstəxanaya vəsait köçürəcəyik. İlk növbədə xəstəxanalar vəsaiti qəbul etməyi bacaqmalıdırlar. Bu hüquqi məsələdir. Xəstəxanalar publik hüquqi şəxsə çevrilməlidirlər. Hazırda xəstəxanalar kənardan vəsait qəbul edə bilmirlər. Biz planlaşdırıq ki, 2019-cu ildə xəstəxanaların publik hüquqi şəxsə çevrilməsi yekunlaşsın”.

Mənbə: fins.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.