İstehsalatda bədbəxt hadisələr zamanı sığorta ödənişinin təyin edilməsi hansı sənədlər əsasında həyata keçirilir?

posted in: Xəbər | 0

bədbəxt hadisələrSual: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi hansı sənədlər əsasında həyata keçirilir?

Cavab: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

Aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə:
  • istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;
  • sığorta olunanın, sığorta hadisəsi nəticəsində onun öldüyü və ya fiziki və (və ya) əqli imkanlarını tam itirdiyi halda isə digər faydalanan şəxsin imzaladığı sığorta tələbi;
  • qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti;
  • .sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən şəhadətnamənin surəti;
  • sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən birinin – arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış;
  • sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Əlavə sığorta ödənişinin təyin edildiyi halda, yuxarıda göstərilən sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur.


Telegram qrupumuza üzv olun

Annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin təyin edilməsi həmin müqavilə əsasında həyata keçirilir.

Sığorta hadisəsinin baş verməsi barədə məlumat almış sığortaçı, faydalanan şəxsi sığorta tələbi üzrə sorğu vərəqəsi ilə təmin etməli və lazım olduqda, həmin vərəqənin doldurulması üçün ona kömək etməlidir.

Mənbə: nhmt-az.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding Auditor axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya AuditorVakansiya:  Auditor / İşəgötürən: Gilan Holding

  • Kateqoriya: Audit
  • İş növü: Tam iş günü (Full-time)
  • Tələb olunan iş təcrübəsi: 1 ilə qədər
  • İş yeri: Azərbaycan / Bakı
  • Təhsil: Bakalavr
  • Tələb olunan ixtisas: Finance,Accounting,Audit
Vakansiya barədə məlumat
  • Komanda üzvü kimi efektiv işləmək, təcrübə mübadiləsi aparmaq, təcrübəli komanda üzvlərinə dəstək olmaq;
  • Yoxlanılan biznes vahidlərinin iqtisadi dövriyyəsi barədə anlayış əldə etmək, hərtərəfli audit yoxlamalarında iştirak etmək;
  • Aşağı və orta risk səviyyəsinə malik sahələrdə səhvlərin mövcudluğuna əsaslanan audit yoxlaması prosedurlarını həyata keçirmək, başa çatmış işi müvafiq olaraq sənədləşdirmək;
  • Audit yoxlaması nəticələrini təcrübəli komanda üzvlərinə təqdim etmək üçün sənədləşdirmək;
  • Yüksək vəzifəli heyət üzvlərinin müəyyən etdiyi digər tapşırıqları yerinə yetirmək.
 Auditor üçün tələblər
  • Maliyyə, mühasibat və ya audit sahəsində bakalavr dərəcəsi;
  • Müvafiq sahə üzrə 1 illik iş təcrübəsi. Beynəlxalq audit firmasında iş təcrübəsi üstünlük hesab olunur;
  • Audit və mühasibatla bağlı ilkin biliklərlə malik olmaq;
  • Azərbaycan və ingilis dillərini səlis bilmək;
  • MS Office Excel proqramını yüksək səviyyədə bilmək;
  • İşin təfsilatı və düzgünlüyünə diqqəti yönəldərək müəyyən olunmuş zaman çərçivəsində işləmək bacarığına malik olmaq;
  • Zərurət yarandıqda və tələb olunduqda səyəhət etmək imkanına malik olmaq və hər zamana buna hazır olmaq;
  • İş yoldaşları ilə düzgün şifahi və yazılı ünsiyyət qurmaq bacarığına malik olmaq.
Müraciət üçün linkə daxil olun.

 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi təqvimi – 27 mart 2019-cu il

posted in: Vergi, Xəbər | 0

vergi təqvimiVergi təqvimi – 27 mart 2019-cu il

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

QEYD: Mart ayının 20-26 tarixləri qeyri-iş gününə düşdüyü üçün bu ay üzrə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsinin sonuncu günü martın 27-sidir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğ

posted in: Vergi, Xəbər | 0

müqavilələrUzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğ


Bəzən bağlanmış müqaviləyə əsasən görülən işlər və göstərilən xidmətlər uzunmüddətli olur. Bu zaman xidmət göstərən və işləri yerinə yetirən şəxs vergitutma məqsədləri üçün öz hesabatlarında hansı məbləği gəliri kimi, hansını isə xərc kimi tanımalıdır? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 138-ci maddəsi uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğ-lərin uçota alınmasını tənzimləyir.

Öncə qeyd edək ki, bu maddədə diqqət yetirilməli olan bir sıra mühüm məqamlar vardır. Nəzərə alınmalıdır ki, bu maddə yalnız istehsal, quraşdırma, tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin yerinə yetirilməsi ilə bağlı müqavilələrə şamil edilir. Yəni hər hansı bir mühasibat, audit və ya istehsal, quraşdırma, tikinti ilə bağlı olamayan bu kimi digər analoji xidmətlərlə bağlı uzunmüddətli müqavilələrə bu maddənin normalarını tətbiq etmək düzgün deyil. Bu maddənin tətbiq olunması üçün ikinci tələb müqavilə üzrə xidmətlərin və işlərin yetirilməsinin vergi ili ərzində başa çatdırılmamasıdır. Yəni bu müqavilə üzrə göstərilən xidmətlər və yerinə yetirilən işlər ən azı iki vergi ilini əhatə etməlidir ki, vergi ödəyicisi gəlirlərini və xərclərini vergi illəri üzrə düzgün bölüşdürüb müvafiq vergi illəri üzrə tanıya bilsin.

Maddənin tətbiq edilməsi üçün üçüncü tələb isə müqavilənin müddətinin ən azı 6 ay olmasıdır. Vergi Məcəlləsinin 138-ci maddəsini tətbiq etmək üçün öncə yuxarıda qeyd edilən üç şərt mütləq nəzərə alınmalıdır. Müqavilə istehsal, quraşdırma, tikinti, yaxud bunlarla bağlı xidmətlərin və işlərin yetirilməsi ilə bağlı olmalıdır, müqavilə üzrə öhdəliklər ən azı iki vergi ilini əhatə etməlidir və müqavilənin müddəti ən azı altı ay olmalıdır. Bu üç şərtdən biri olmadıqda vergi ödəyicisi bu müqavilə üzrə öz gəlirlərinin və xərclərinin tanınması meyarlarını həmin maddənin tələblərinə əsasən müəyyən edə bilməz.

Misal: 
Tutaq ki, müəssisə havalandırma, soyutma və isitmə sistemlərinin çəkilməsi ilə əlaqədar başqa bir sifarişçi şirkət ilə müqavilə bağlayır. Müqavilə üzrə iş 1 noyabr 2018-ci il tarixdən başlayır və icraçı işi 28 fevral 2019-cu il tarixdə təhvil verir. Göründüyü kimi, maddənin iki tələbi nəzərə alınsa da, altı aylıq müddətlə bağlı tələb yerinə yetirilməyib və bu səbəbdən də vergi ödəyicisi Vergi Məcəlləsinin 138-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlirlərini və xərclərini tanıya və illər üzrə bölüşdürə bilməz. Belə olan halda, vergi ödəyicisi müqavilə üzrə 2018-ci ildə çəkdiyi xərcləri qanunvericiliyin tələblərinə əsasən “Gələcək dövrün xərcləri” kimi uçota alıb, ancaq işləri təhvil verdikdən sonra 2019-cu ildə gəlirlərini tanıdıqda öz xərclərinə daxil etməli və 2019-cu ilin hesabatlarında göstərməlidir.


Telegram qrupumuza üzv olun

Uzunmüddətli müqavilələr üzrə gəlirlərin və xərclərin tanınması ilə bağlı beynəlxalq maliyyə hesabatları, eləcə də “Gəlirlər üzrə” Milli Mühasibat Uçotu Standartında ən çox istifadə edilən iki metod vardır. Hazırkı tarixə göstərilmiş xidmətlərin göstəriləcək ümumi xidmətlərin həcminə faiz nisbəti metodu dünya praktikasında “İnput method” adı ilə tanınır. Hazırkı tarixədək çəkilmiş məsrəflərin əməliyyat üzrə qiymətləndirilmiş ümumi məsrəflərə faiz nisbəti metodu isə “output method”dur. Vergitutma məqsədləri üçün ancaq ikinci metoddan istifadə edilir. Vergi Məcəlləsinin 138-ci maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi uzunmüddətli müqavilə üzrə gəlir və gəlirdən çıxılan məbləğ-ləri vergi ili ərzində müqavilələrin yerinə yetirilməsinin faktiki həcmlərinə uyğun uçota almalıdır. “Müqavilənin yerinə yetirilməsinin faktiki həcmi” dedikdə, vergi ili ərzində çəkilmiş xərcin həmin müqavilədə nəzərdə tutulmuş ümumi qiymətləndirilən xərclərlə müqayisə edilməsi yolu ilə müəyyənləşdirilir.

Misal:
Müəssisə havalandırma, soyutma və isitmə sistemlərinin çəkilməsi ilə əlaqədar başqa bir sifarişçi şirkət ilə müqavilə bağlayır. Müqaviləyə əsasən sifarişçi bu işlərin görülməsinə görə icraçıya 150.000 manat vəsait ödəməli, işlər 01 iyun 2018-ci il tarixində başlamalı və 31 mart 2019-cu il tarixində təhvil verilməlidir. Görüləcək işlərin ümumi smeta dəyəri 90.000 manatdır. Görülən işlərə görə icraçı 2018-ci ildə faktiki olaraq 60.000 manat xərc çəkib. Göründüyü kimi, icraçı artıq görülməli işlərin 2/3 hissəsini başa çatdırıb (60.000 : 90.000). Deməli, vergi ödəyicisi 2018-ci il üçün 100.000 manat gəlir (150,000 * 2/3) və 40.000 manat mənfəət (100.000 – 60.000) əldə edib.

Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 138-ci maddəsinin müddəaları bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicilərinə şamil edilmir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.