Malların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiMalların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?


Sual: Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2019-cu il tarixdən mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi gəlirinin uçotunu aparıb xərclərinin uçotunu aparmırsa yəni alıdığı malların alışına dair əlində heç bir sənəd yoxdursa həmin vergiödəyicisi Vergi Məcəlləsinin 101.3 və 102.1.30 cu maddələrində qeyd olunan gəlirin 75%-nin vergidən azad olunması güzəştlərdən istifadə etmək huququ varmı yoxsa yox ?


Telegram qrupumuza üzv olun

Cavab: Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Müvafiq meyarlara cavab verən şəxslərin Vergi Məcəlləsin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş vergi güzəşti istifadə etmək barədə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdlaşma səviyyəsinin azaldılması məqsədilə Vergi Məcəlləsinə yeni dəyişikliklər ediləcək

posted in: Vergi, Xəbər | 0

dəyişikliklərVergi Məcəlləsində yeni dəyişikliklər ediləcək

Fevralın 28-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclasında, bir sıra məsələlərlə yanaşı, vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergi sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində məsələlər müzakirə edilib.

İclasın nəticələrinə əsasən, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2018-ci il 22 dekabr tarixli fərmanı ilə müəyyən olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Nazirlər Kabinetinin iclasında qaldırdığı məsələlər və verilən təkliflər nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarına müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bundan əlavə, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə nağdlaşma səviyyəsinin azaldılması və növbəti dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsi dəyişdirilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini hazırlayaraq 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Telegram qrupumuza üzv olun

Eyni zamanda, Vergilər Nazirliyinə Maliyyə və İqtisadiyyat nazirlikləri ilə birgə konstruktiv əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi haqqında, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanının 3.2.3-cü yarımbəndi ilə verilmiş tapşırığa uyğun olaraq, əmtəəsiz əməliyyatlar aparmaqla və yalan əqdlər bağlamaqla vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə növbəti dövlət büdcəsi zərfi çərçivəsində Azərbaycan Respublikası Vergi Məcəlləsi dəyişdirilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinin Aparatına təqdim etmək tapşırılıb.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu sahədə çalışanlar üçün Əmək haqqı 50% artırıldı

posted in: Xəbər | 0

Teatr və konsert müəssisələri işçilərinin əmək haqqı 50 faiz artırılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamla dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq əmək haqqı 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin ediləcək.

Azərbaycan Respublikasında teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə teatr sənətinin daha da inkişaf etdirilməsi, teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılması təmin edilsin.

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı zəruri tədbirlər görsünlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0

vergi uçotuHüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu qeydiyyatına alınması

Xidmətin adı: Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotuna alınması haqqında ərizə”

– müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnamənin surəti

– rəhbərin təyin olunmasını təsdiq edən sənədin surəti

– hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) ünvanını təsdiq edən sənədin surəti

– rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”


Telegram qrupumuza üzv olun

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Susa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotu haqqında şəhadətnamə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.