Andorra ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

AndorraAndorra ilə bağlı maraqlı faktlar

2-ci hissə

Andorra knyazlığı Pireney yarımadasında Fransa və İspaniya arasında yerləşən cırtdan ölkələrdən biridir. Sahəsi cəmi 468 kv km, əhalisi isə 80 min nəfərdir.

Ölkənin paytaxtı Andorra-la-Velya dəniz səviyyəsindən 1029 metr yüksəklikdə yerləşir və bu Avropa ölkələri paytaxtları arasında ən yüksəklikdə yerləşən şəhərdir.

  • 1934-cü ildə rusiyalı mühacir Boris Skosırev birinci Boris adı ilə özünü Andorra hökmdarı elan edir. Onun “hakimiyyəti” elə də uzun sürmür. Tezliklə İspaniyadan gələn dörd jandarma Skosırevi tutaraq İspaniya həbsxanasına salır.
  • Andorraya hər il 11 milyon turist gəlir. Bu təxminən ölkənin yerli sakinlərinin sayından 140 dəfə çoxdur.
  • Burada həyat ritmi elə də yüksək deyil. Misal üçün, Andorra hələ Birinci dünya müharibəsi zamanı Almaniyaya müharibə elan etmişdi. Və bunu bir də 1957-ci ildə xatırlamışdılar, yəni 40 il sonra. Müharibə vəziyyəti məhz, həmin il rəsmi olaraq ləğv edilmişdi.
  • Vaxtilə Andorra qeyri-adi səbəbə görə Versal ittifaqına qəbul edilməmişdi. Buu ölkəni sadəcə unutmuşdular.
  • Andorranın dənizə çıxışı yoxdur.
  • Ölkənin öz aeroprtu və dəmiryollları yoxdur. Yaxın aeroportlar və dəmiryol vağzalları İspaniya və Fransada yerləşir.
  • 1996-cı il noyabrın 13-də Andorranın futbol üzrə yığma komandası ilk rəsmi oyununu keçirib və Estoniyaya 6:1 hesabı ilə uduzmuşdu.  Yeri gəlmişkən, ölkənin peşəkar oyunçuları yoxdur. Hazırda bu ölkənin yığma komndasında inşaat şirkətlərinin sahibləri, sığorta agenti, mənzil-kommunal xidmətinin işçiləri və futboldan uzaq olan digər peşə sahibləri oynayırlar.
  • Andorralılar hamıdan çox ömür sürürlər. Bu ölkədə orta yaş həddi 83 ildir. Bu göstəriciyə görə Andorra yalnız Yaponiyadan geri qalır. İnsanların belə uzun ömür sürmələrinə kömək edən amillər bunlardır: təmiz və sərin hava, lakin günəşli günlərin sayının çoxluğu (il ərzində 300 gün ərzində hava günəşli olur). Eləcə də keyfiyyətli tibbi xidmət, hansı ki, bütün işləyən vətəndaşlar və onların ailə üzvləri pulsuz tibbi xidmətlə əhatə olunublar.
  • Andorranın ÜDM-nin 80 faizini turizmdən gələn gəlirlər təşkil edir. Oktyabrın axırlarından mart ayının sonuna kimi bu dağlıq ölkə, xizək həvəskarları və digər qış idman növləri ilə məşğul olanlardan ötrü əsil əyləncə yerinə çevrilir.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması

posted in: Vergi, Xəbər | 0

rezident hüquqiİdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması

Xidmətin adı: İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxsin vergi uçotuna alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “VM-nin 33.8-ci maddəsində göstərilən subyektlərin vergi uçotuna alınması barədə ərizə”

– qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış, təsis sənədləri (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))

– AR-da hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər)

– hüquqi şəxsin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti

– AR-da və digər ölkələrdə bilavasitə və ya dolayı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında VN tərəfindən müəyyən edilən forma üzrə məlumat

– ərizəyə əlavə edilən sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiqlənmiş tərcümələri

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”


Telegram qrupumuza üzv olun

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi istisna olmaqla), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– VM-nin 33.8-ci maddəsinə əsasən xarici dövlətin rezidentinin vergi uçotu haqqında şəhadətnamə

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kənd təsərrüfatında ƏDV əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məş­ğul olan şəxslər tərəfindən həmin fəaliyyət üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

Cavab: Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 5 il müddətinə ƏDV -dən azaddır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş Əlavə Dəyər Vergisi məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən: Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri əvəzləşdirilmir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

“Mətanət A” şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Mətanət A

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 25-50 Yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Samirə Ağayeva
  • Telefon: (050) 208-66-95, (012) 404-14-34
  • Əmək haqqı: 600 – 800 AZN
Vakansiya barədə məlumat

– Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək
– Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək
– Mühasibatlığa aid müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək
– İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
– Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

– Təhsil: Ali (İqtisadi)
– İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
– Yaş həddi:25-50
– Dil bilikləri: Azərbaycan və Rus dili
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
– İşə planlı yanaşmaq bacarığı
– Yüksək ünsiyyət bacarığı
– Nitq mədəniyyəti
– Təmkinlilik, etibarlılıq, özünəinam
– Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı.
– İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur

İş Qrafiki

– İş saatı: 09:00-dan 18:00-dək
– İstirahət: Şənbə və bazar günü

Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər. Bu sahələr üçün CV-ni doldurub hr@matanata.com və info@finstaff.az ünvanına göndərin.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.