» » » Andorra ilə bağlı maraqlı faktlar (2-ci hissə)

Andorra ilə bağlı maraqlı faktlar (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

AndorraAndorra ilə bağlı maraqlı faktlar

2-ci hissə

Andorra knyazlığı Pireney yarımadasında Fransa və İspaniya arasında yerləşən cırtdan ölkələrdən biridir. Sahəsi cəmi 468 kv km, əhalisi isə 80 min nəfərdir.

Ölkənin paytaxtı Andorra-la-Velya dəniz səviyyəsindən 1029 metr yüksəklikdə yerləşir və bu Avropa ölkələri paytaxtları arasında ən yüksəklikdə yerləşən şəhərdir.

  • 1934-cü ildə rusiyalı mühacir Boris Skosırev birinci Boris adı ilə özünü Andorra hökmdarı elan edir. Onun “hakimiyyəti” elə də uzun sürmür. Tezliklə İspaniyadan gələn dörd jandarma Skosırevi tutaraq İspaniya həbsxanasına salır.
  • Andorraya hər il 11 milyon turist gəlir. Bu təxminən ölkənin yerli sakinlərinin sayından 140 dəfə çoxdur.
  • Burada həyat ritmi elə də yüksək deyil. Misal üçün, Andorra hələ Birinci dünya müharibəsi zamanı Almaniyaya müharibə elan etmişdi. Və bunu bir də 1957-ci ildə xatırlamışdılar, yəni 40 il sonra. Müharibə vəziyyəti məhz, həmin il rəsmi olaraq ləğv edilmişdi.
  • Vaxtilə Andorra qeyri-adi səbəbə görə Versal ittifaqına qəbul edilməmişdi. Buu ölkəni sadəcə unutmuşdular.
  • Andorranın dənizə çıxışı yoxdur.
  • Ölkənin öz aeroprtu və dəmiryollları yoxdur. Yaxın aeroportlar və dəmiryol vağzalları İspaniya və Fransada yerləşir.
  • 1996-cı il noyabrın 13-də Andorranın futbol üzrə yığma komandası ilk rəsmi oyununu keçirib və Estoniyaya 6:1 hesabı ilə uduzmuşdu.  Yeri gəlmişkən, ölkənin peşəkar oyunçuları yoxdur. Hazırda bu ölkənin yığma komndasında inşaat şirkətlərinin sahibləri, sığorta agenti, mənzil-kommunal xidmətinin işçiləri və futboldan uzaq olan digər peşə sahibləri oynayırlar.
  • Andorralılar hamıdan çox ömür sürürlər. Bu ölkədə orta yaş həddi 83 ildir. Bu göstəriciyə görə Andorra yalnız Yaponiyadan geri qalır. İnsanların belə uzun ömür sürmələrinə kömək edən amillər bunlardır: təmiz və sərin hava, lakin günəşli günlərin sayının çoxluğu (il ərzində 300 gün ərzində hava günəşli olur). Eləcə də keyfiyyətli tibbi xidmət, hansı ki, bütün işləyən vətəndaşlar və onların ailə üzvləri pulsuz tibbi xidmətlə əhatə olunublar.
  • Andorranın ÜDM-nin 80 faizini turizmdən gələn gəlirlər təşkil edir. Oktyabrın axırlarından mart ayının sonuna kimi bu dağlıq ölkə, xizək həvəskarları və digər qış idman növləri ilə məşğul olanlardan ötrü əsil əyləncə yerinə çevrilir.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.