» » » Alfred Nobel necə varlandı? (2-ci hissə)

Alfred Nobel necə varlandı? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Alfred NobelAlfred Nobel necə varlandı?

2-ci hissə

Xeyirxahlıq vəsiyyətnaməsi

1895-ci il noyabrın 27-də Parisdəki isveç-norveç klubunda Alfred Nobel vəsiyyətnamə imzaladı, həmin sənədə görə 31 milyon İsveç kronu məbləğində vəsait (bu gün üçün təxminən 472 milyon dollar)  – öz sərvətinin 94% – fizika, kimya, tibb, ədəbiyyat, eləcə də dünyada sülhün möhkəmləndirməsi yönündə fəaliyyətə görə mükafatın təsis olunmasına sərf ediləcək.

Vəsiyyətnamədə deyilirdi: “Mən, aşağıda imza edən Alfred Bernhard Nobel, düşünərəkdən qərar verdim, vəsiyyətnaməm mənim qazandığım mülkiyyət üzrədir… Mənim kapitalım qiymətli kağızlara dəyişdirilməli, fond yaradılmalı, faizlər mükafat şəklində il ərzində bəşəriyyətə ən böyük fayda gətirmiş adamlara verilməlidir.


Telegram qrupumuza üzv olun

Sözügedən faizlər beş bərabər hissəyə bölünməlidir, hansı ki bundan ötrü nəzərdə tutulub: birinci hissə fizika sahəsində ən mühüm kəşflər və ixiralara, ikinci hissə kimya, üçüncü hissə fiziologiya və ya tibb sahəsində, dördüncü – insan ideallarını əks etdirən əhəmiyyətli ədəbi əsərlərə, beşinci hissə isə xalqların birliyinə öz töhfəsini verən, quldarlığı ləğv edən, mövcud olan ordu sayını azaldan və sülh müqavilələrinə yardım edənlərə…

Mənim xüsusi arzum ondan ibarətdir ki, bu mükafatın təqdimatına namizədin milliyyəti təsir etməsin, həmin mükafatı onlar skandinavlardır və ya deyil, bundan asılı olmayaraq ən layiqli insanlar alsın”.

Bax, dünyada ən prestijli mükafat – Nobel mükafatı belə yarandı.

Hazırda hər il qaliblərə Alfred Nobelin təsviri olan qızıl medal və 1,4 milyon dollar ekvivalentində pul mükafatı verilir!

Mənəviyyata meyl

Belə deyirlər ki, Nobel mükafatı təyin olunana qədər, özünün milyonlarla dollarına baxmayaraq, Alfred depressiyadan əziyyət çəkirdi. O, heç vaxt evlənməmişdi, yaxın dostları da yox idi. Onun yeganə dostu Parisdəki protestant kilsəsinin dini qulluqçusu Natan Sederblum idi. Onu tanıyanların söhbətlərinə görə, Alfredin silah düzəldəndən filantropa çevrilməsində həmin şəxsin böyük rolu olmuşdu. Sederblumun moizələrini dinləyərək, eləcə də kilsəni ziyarət etməklə və xeyriyyəçiliklə məşğul olmaqla, Alfred öz emosional vəziyyətini yaxşılaşdırmağa çalışırdı.

Sözardı

Bir çox adamların Nobel mükafatına bənzər bir mükafat təsis etmək üçün 472 milyon dolları yoxdur, amma, başqalarına təmənnasız olaraq xeyirxahlıq etməklə özlərindən sonra unudulmaz təəssüratlar qoyurlar. Con Maksvell bir dəfə belə söyləyib: “İnsanın həyatında iki ən mühüm gün var – birinci, o anadan olduğu, ikinci isə niyə doğulduğunu öyrəndiyi gün”.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.