» » » Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

Xəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

XəstəlikXəstəlik müavinəti gəlir vergisinə cəlb edilir?

Sual: Xəstəlik üçün ödənilən müavinətdən gəlir vergisi tutulur?

Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.

Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.


Telegram qrupumuza üzv olun

Müvafiq olaraq,əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 98.1-ci, 102.1.4-cü və 150.1.1-ci maddələri, Əmək Məcəlləsinin 154 maddəsi.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.