» » » Kənd təsərrüfatında ƏDV əvəzləşdirilməsi

Kənd təsərrüfatında ƏDV əvəzləşdirilməsi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVSual: Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məş­ğul olan şəxslər tərəfindən həmin fəaliyyət üzrə digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilirmi?

Cavab: Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 5 il müddətinə ƏDV -dən azaddır.

Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına görə ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş Əlavə Dəyər Vergisi məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən: Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş Əlavə Dəyər Vergisi məbləğləri əvəzləşdirilmir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.