8 mart – Mən niyə bu günü sevmirəm?!

posted in: Məqalə, Xəbər | 0

8 Mart8 mart – Mən niyə bu günü sevmirəm?!

Dərhal deyim ki, mən feminist deyiləm, ən adı qadınam. Lakin, mən bir çoxlarından fərqli olaraq, bu bayramı qəbul edə bilmirəm. Heç vaxt anlamamışam, uşaq vaxtımdan başa düşməmişəm ki, məni niyə qadın olduğuma görə təbrik etməlidirlər. Bu bayramın qeyd olunması hələ məktəbdə mənə kədər və məyusluq verirdi. İllər keçdikcə daha da pis oldu…

– Mariana Alekseyeva, Mühasib

Yenə də 8 Mart gəlib çatıb, bu bayramla bağlı söyləmək istədiklərimi demək istəyirəm. Ümid edirəm ki, həmkarlarım məni dəstəkləyərlər, baxmayaraq ki, mübahisə etməyə də hazıram.

Söylədiyim kimi, “Beynəlxalq qadınlar günü”nə münasibət məndə hələ uşaqlıqdan formalaşıb. İkinci sinifdə oxuyan vaxt mən müəllimdən soruşmuşdum ki, səkkiz martı bütün dünyada qeyd edirlərmi: “Bütün dünyanın zəhmətkeşləri bu günü qeyd edirlər. İnqilabçı-qadın gününü!”, – müəllimin cavabı belə olmuşdu. Yaşa dolduqdan sonra başa düşdüm ki, təkcə zəhmətkeşlər, inqilabçılar deyil, eləcə də qadınlar bütün dünyanın hər yerində bu günün nədən yarandığını və niyə məhz, həmin gündə təbrik olunduqlarını çox dumanlı təsəvvür edirlər. Görünür, bayram üçün əsas – bir xromosomun fərqində imiş. Bu harasıdır, hələ də adamlar var ki, bu günü böyük coşqu ilə qeyd edirlər – stol açırlar, yarım-sovet bayram şənliyi keçirirlər.

Əlbəttə, kişilərin sənə hər cür diqqət yetirməsi, çiçəklər və hədiyyələr verməsi çox xoşdur, bununla bağlı mübahisə etməyəcəm. Lakin, buna görə xüsusi bir günəmi ehtiyac var? Bəlkə bu bir qənaət məqsədilə həyata keçirilir, yəni, 8 Mart hədiyyəni vermişəm, daha nə istəyirsən, deməkdir? Növbəti gül buketini ad günündə alarsan, deməkdir?! Deməli, bütün başqa günlərdə məni bir qadın olaraq görməzlikdən gəlmək olar? Mən cinslərin bərabərliyini istəyirəm, əgər belədirsə, onda bu tarixçəni, ümumiyyətlə, niyə ortalığa çıxarıblar?

Elə götürək, çalışdığım kiçik şirkəti, burada mən yeganə mühasibəm. Bütün ili direktor üstümə qışqırır, işdən çıxaracağı ilə hədələyir, bağırır və məndən olmazları tələb edir. Əvəzində 8 Martda hardasa düşüb qalmış bir qızılgül və hansısa ucuz kosmetika dəsti hədiyyə edir. Yəqin, düşünür ki, bundan sonra mən hər şeyi unudacam və ona hədsiz minnətdarlıq edəcəm… Məni ən çox üzən həmkarlarım, rəfiqələrimdir, ümumilikdə, sadəcə ətrafımdakı qadınlardır, hansılar ki, açıq şəkildə özlərinin kişi dostlarından, ərlərindən, şeflərindən hədiyyələr, güllər və mükafatlar əldə etməyə çalışırlar. Bu qoparmalar nəticəsində onlar bir neçə zanbaqdan ibarət və real qiymətindən on dəfə baha alınmış gül buketinə hələ bir səmimi şəkildə sevinirlər də.

Bilmirəm ki, ərim də bu formada belə bir buket hədiyyə edərsə, mənə xoş gələrmi. Əvəzində dəqiq bilirəm ki, işdən sonra heç bir əsas olmadan mənə bir ədəd qızılgül təqdim etsə, bu mənə daha çox zövq verər! Sürpriz də həmişə xoş olur!

Nəhayət, məni son illərdə ən çox üzən bu hərəkətlərin “qadınlar naminə” tam kapitallaşmasıdır. Yəqin ki, 8 Mart günündə səmimi şəkildə ən çox sevinən gülsatanlardır. Amma, onlar, tamamilə neytral bir gün, məsələn, “Güllər günü” düşünüb tapsaydılar, daha yaxşı olardı. Həmin gündə hamı bir-birinə gül hədiyyə edərdi.

Sizi bilmirəm, lakin, mənim həyatımda güllər, hədiyyələr və mənə hörmət göstərmək üçün səbəb az deyil, bir insan və bir qadın kimi mənə sadəcə gül də, hədiyyə də vermək olar. Öz kolleqalarımı, yaxınlarımı nə qədər inandırmaq istəsəm də ki, məni 8 martda təbrik etmək lazım deyil, yenə də təbrik edirlər. Bu məsələdə yalnız ərim məni anlaya bilir.

Bir sözlə, bütün dünyanın Qadınları bayramımız mübarək!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kommersiya hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının dövlət reyestrinə daxil edilməsi

posted in: Vergi, Xəbər | 0

KommersiyaXidmətin adı: Kommersiya hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının dövlət reyestrinə daxil edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Hüquqi şəxsin xarici ölkədə nümayəndəliyinin və ya filialının yaradılması barədə məlumat”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün) Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Kommersiya hüquqi şəxsin xarici dövlətdə yaradılan filial və ya nümayəndəliyinin uçot kodunu əks etdirən arayış.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hansı ayda pensiyaların elektron qaydada təyinatına başlanılacaq?

posted in: Xəbər | 0

elektronHansı ayda pensiyaların elektron qaydada təyinatına başlanılacaq

Prezident İlham Əliyevin tapşırığı ilə cari ilin əvvəlindən tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı sisteminin əhatə dairəsi digər sosial təminat sahələri üzrə genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının da elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. Bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq.

Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək. Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq.

Qeyd edək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ləğvolunma prosedurunda vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

ləğvLəğvolunma prosedurunda vergi öhdəlikləri

Vergi Məcəlləsinin 79-cu maddəsinə görə, ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə olunmuş gəlir hesabına ləğvetmə komissiyası yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ləğvetmə komissiyası müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası yerinə yetirir.

Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə olunmuş vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda, vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir.
İqtisadçı ekspert Rəşad Əliyev bildirib ki, ləğvetmə proseduru ləğvetmə komissiyası tərəfindən yerinə yetirildiyi üçün bu prosesdə müəssisənin mövcud vergi öhdəlikləri həmin komissiya tərəfindən yerinə yetirilir: “Vergi öhdəliklərinin bu zaman 2 növü olur: ləğvetmə prosedurları ilə əlaqəli formalaşmayan öhdəliklər və proses zamanı (məsələn, dividend üzrə vergi) yaranan öhdəliklər. Vergi öhdəliklərinin yerinə yetirilməsi üçün pul olmadıqda bu öhdəliklər aktivlərin satışından daxil edilən vəsaitlər hesabına həyata keçirilir.
Müəssisələrin ləğvetmə prosedurunda vergi öhdəliklərinin icrası prosesinin ağırlığı müəssisənin ləğv olunması səbəblərindən və şəraitindən asılı olur. Müəssisələrin ləğvi əksər hallarda neqativ səbəblərlə (məsələn, iflas və ya davamlı zərərli fəaliyyət) bağlı olduğundan, bir çox hallarda proses problemlərlə müşayiət edilir. Əsas problem, sözsüz ki, müəssisənin təkcə vergi üzrə yox, eyni zamanda işçiləri və kreditorları qarşısında öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olur. Bu hallarda, sözsüz ki, öhdəliklər bir çox hallarda tam yerinə yetirilmir. Əgər ləğvetmə zamanı müəssisə vergi öhdəliklərini tam həcmdə yerinə yetirə bilmirsə, bu halda qalan borcun alınması ehtimalı qanunvericiliyə və müəssisənin daxili sənədlərinin (nizamnamə və ya digər təsis sənədi) müddəalarına uyğun həyata keçirilir”.

R.Əliyev qeyd edib ki, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri növbəlilik qaydasında yerinə yetirilir: “İflas zamanı vergi ödənişləri iflasla bağlı xərclər (məhkəmə, əmlak inzibatçısı və s.) və müəyyən edilmiş qaydada işçilərlə hesablaşmalardan sonra aparılır. Təəssüflər olsun ki, iflas prosesində öhdəliklər nadir hallarda yerinə yetirilir. Vergi Məcəlləsində vergi öhdəliklərinə xitam verilməsi halları qeyd olunub”.
İqtisadçı bildirib ki, ləğvetmə prosedurları ağır proses olduğundan əksər müəssisələr buna getmir: “Prosedurun həyata keçirilməsi əsasən hansısa “qarşısıalınmaz” (məhkəmə qərarı, təsisçilərin tələbi və s.) səbəbdən başlayır. Belə səbəb olmadıqda vergi ödəyiciləri vergi orqanına fəaliyyətin dayandırılması haqqında ərizə ilə müraciət edirlər. Bu üsulla onlar müəssisənin fəaliyyətini qeyri-müəyyən müddətə konservasiya edirlər. Əminliklə deyə bilərəm ki, hazırda vergi orqanına uçotda çoxlu sayda belə müəssisə var. Onların bəziləri nə vaxtsa eyni və ya digər fəaliyyətlə məşğul olmaq üçün fəaliyyətini bərpa edəcəklər, bəziləri isə ümumiyyətlə “adını uçotda” saxlamaqda davam edəcəklər. Sonuncu məsələ, çox güman ki, nə vaxtsa aktuallaşacaq və qanunvericilikdə bununla bağlı dəyişikliklər olunacaq”.

Mənbə: vergiler.az