Maliyyə Nazirliyi vətəndaşların problemli kreditlərlə bağlı suallarını cavablandırmağa başlayıb

posted in: kredit, Xəbər | 0

kreditlərMaliyyə Nazirliyi vətəndaşların problemli kreditlərlə bağlı suallarını cavablandırmağa başlayıb.

Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bölmə fəaliyyətə başlayıb.

İnsanlar burada suallarını nazirliyə ünvanlaya bilərlər.

Bununla yanaşı, bölmədə fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı mümkün sualların cavabları əvvəlcədən yerləşdirilib.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding 2000 AZN əmək haqqı ilə vakansiya elan edir

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Vakansiya: Maliyyə Mütəxəssisi

İşəgötürən: Gilan FMCG Trade and Distribution MMC

Ümumi məlumat
  • Şəhər – Bakı
  • Yaş – 25 – 35 yaş
  • Cins – Fərqi yoxdur
  • Təhsil – Ali
  • İş təcrübəsi – 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs – HR Department
  • E-mail – info@gilanholding.cominfo@finstaff.az
Vakansiya barədə məlumat

Satılan məhsulların maya dəyərlərinin düzgün formalaşmasına nəzarət etmək;

Planlaşdırılmış xərclərin faktiki xərclərdən imtinasının analizi;

Debitor və kreditor hesabatlarını hazırlamaq;

Debitor və kreditor borclarını təhlil etmək;

Büdcələri hazırlamaq;

Mühasibatlığın fəaliyyətinə nəzarət etmək;

Maliyyə təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğun olaraq aparılmasına nəzarət etmək;

Maliyyə hesabatlarını hazırlamaq.

Namizədə tələblər

Maliyyə sahəsində 1-3 il iş təcrübəsi tələb olunur;

İqtisadiyyat üzrə bakalavr dərəcəsi tələb olunur. Magistr təhsili üstünlükdür;

ACCA F3 və F2 və ya CIMA F1 və P1- nin olması üstünlükdür.

Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərində orta səviyyədə bilməlidir;

1C 8.2 ilə işləmək bacarığı; MS Office proqramlarından istifadə bacarıqları; Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq.

Nəticəyə əsaslanma, inam yaratma, komanda işi və əməkdaşlıq, problemlərin həlledilməsi, geniş perspektiv, gələcəyi planlaşdırma.

Əlavə məlumat

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə,
4-cu bina “A” bloku -5-ci mərtəbə, Baku, Azerbaijan
Əlaqə vasitələri : www.gilanholding.com

Vakansiya üçün müraciət qaydası

Namizədlər https://gilanholding.com/careers/vacancies keçidindən istifadə edərək Maliyyə mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

8 Mart Beynəlxalq Qadınlar Günü

posted in: Xəbər | 0

8 Mart8 Mart Beynəlxalq Qadınlar Günü

Bu gün 8 Mart beynəlxalq qadınlar günüdür. Məlum olduğu kimi, mühasib vəzifəsində çalışan mütəxəssislərin böyük əksəriyyətini qadınlar təşkil edir. Mühasib peşəsi kimi çətin və məsuliyyətli bir işin ağırlığını öz zərif çiyinlərində daşıyan qadınlarımız, həqiqətən qəhrəmandırlar.

Biz onları 8 Mart beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edirik. İşlərində müvəffəqiyyətlər, əmin-amanlıq, hörmət və harmoniya arzu edirik. Qoy həmişə sizlərə hörmətlə yanaşsınlar, Sizlərə böyük və işıqlı sevgi arzu edirik. Sizlərə karyera pillələrində irəliləməyi və xoş tale arzulayırıq, əziz qadınlar!

Hər bir müəssisə, şirkət və təşkilatda işləyən, o cümlədən mühasibatlıqda çalışan qadınları təbrik etmək bir ənənə halını alıb. Yəni, bu zaman hər şey müəssisə, şirkət və təşkilatların təbii ki, imkanlarından asılı olaraq təşkil olunur.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Roma imperiyasında vergi sistemi (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

vergi sistemiRoma imperiyasında vergi sistemi (2-ci hissə)

2-ci hissə


E.ə III əsrin əvvəlində yaşamış Roma tarixçisi Kassiy Dion Kokkean vergiləri bu şəkildə əsaslandırmışdı: “Ordunun saxlanılması üçün və digər dövlət xərclərinin ödənilməsi üçün zəruri olan vəsaitləri hardan əldə etməli? Bunu sizə izah edəcəyəm, amma, öncə qeyd etmək istərdim ki, hətta bizdə demokratiya olsaydı belə, bütün hallarda dövlət büdcəsindən ötrü yenə də pul lazım gələcəkdi.

Hər bir şəhər icmasının torpaq sahələri ölçülürdü.  Torpaq sahibləri və digər vergi məlumatları haqda informasiyanı özündə ehtiva edən imperiyanın hər bir şəhəri üzrə kadastrlar tərtib olunurdu. Sonra isə senzin özü – vətəndaşların mülkiyyət vəziyyəti ilə bağlı siyahıyalma həyata keçirirdi. Bu hər 20-30 ildən bir baş tuturdu. Əsas vergi növü gəlirlərin təxminən onda birini təşkil edən torpaq vergisi idi. Bundan əlavə, meyvə ağacları, üzümlüklər, evlər və tikililər, heyvanlar və qullar, digər qiymətli şeylər vergiyə cəlb olunurdu; hər bir əyalət sakini adambaşına da vergi ödəməli idi. Maliyyə prokuratoru digər vergi növlərinin yığımına da cavabdehlik daşıyırdı:

– dövriyyədə olan malların qiymətinin 1%;

– qul ticarətindən – 4%;

– qulların azad olunmasına görə – 5%;

– duza görə aksiz.

Eramızın 6-cı ilində imperator Oktavian Avqust mirasa görə 5% vergi tətbiq etdi. Bu vergiyə əyalət sakinləri deyil, yalnız Roma vətəndaşları cəlb olundu. Vergi məqsədyönlü xarakter daşıyırdı – peşəkar əsgərlərin pensiyasının ödənişi üçün nəzərdə tutulmuşdu; onların qohumları isə vergidən azad olunurdu. Avqust həmçinin bütün gətirilən və aparılan mallara görə də rüsumlar tətbiq etmişdi. Orta vergi stavkası 5% təşkil edirdi, amma malın növündən asılı olaraq differensasiya aparılırdı. İmperator Diokletian isə ova görə vergi sistemi tətbiq etmişdi.
Lakin vergi məmurlarının sayı az olduğundan, vergi yığımı icmalara tapşırılmışdı. Əhalisinin 60 milyon təşkil etdiyi Roma imperiyasında illik büdcə həcmi milyard sestersiyə bərabər idi. Orta hesabla hər bir nəfərdən ildə 15 sestersi və ya natural şəkildə 40 kq buğda alınırdı.
Hərbi xərclər ildə 400 milyon sestersi təşkil edirdi. Ordunun böyük hissəsinin yerləşdiyi sərhəd əyalətləri, büdcəyə ödədiklərindən daha çox vəsait alırdılar. Pul axını sərhəd əyalətlərində urbanizasiya prosesini sürətləndirdi və dərinləşdirirdi. Büdcə hesabına qalalar, yollar, körpülər, dəniz və çay limanları, ictimai binalar və s. inşa edilirdi.

Roma imperiyası vergi sistemi-ni və digər ənənələri və qanunları Bizansdan götürmüşdü.

VII əsrə kimi Roma imperiyasında 21 birbaşa vergi növü mövcud idi: torpaq vergisi; adambaşına vergi; ordunun təchiz olunmasına görə vergi; atların satın alınmasına görə vergi; əsgər yığımına görə vergi, hansı ki, ödəməklə hərbi xidmətdən azad olmaq mümkün idi; malların satışına görə rüsum (10 fazidən 12,5 faizə kimi); dövlət aktlarının verilməsinə görə rüsum və s.
Tikilən bina təyin edilmiş ölçülərdən böyük olardısa, onda cərimə – “havaya görə vergi” ödənilirdi. Vəzifədə yüksələn senatorlar, məmurlar və zabitlər xüsusi vergilər ödəyirdilər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.