1200 AZN əmək haqqı ilə Mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasibvakansiya mühasib

İşəgötürən: Novco Group of Companies

Ümumi məlumat

Şəhər – Bakı

Yaş – 25 – 40 yaş

Cins – Fərqi yoxdur

Təhsil – Ali

İş təcrübəsi – 1 ildən 3 ilə qədər

Əlaqədar şəxs – Ülkər xanım

Telefon – (012) 310-01-14,2050

Vakansiya barədə məlumat

– Balansın yığılması və pul vəsaitlərin hərəkəti
– Şirkətin mühasibat işlərinin aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi və s.
– Ezamiyyələrin hesablanması

Mühasib üçün tələblər
– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
– Rus və ingilis dilini bilməsi arzuolunandır
– MS Office(xüsusillə Excell) və 1C 8.2 və 8.3 bilikləri

İstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması

posted in: Vergi, Xəbər | 0

kompensasiyaİstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması


Vergi Məcəlləsində işçiyə başa çatmış iş ilinin istifadə olunmamış məzuniyyət günlərinə görə ödənilən kompensasiyadan və işçinin işdən çıxdığı ayın əməkhaqqından tutulan gəlir vergiləri fərqləndirilir. İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyət üçün kompensasiya ödənilərkən tam iş illərinin kompensasiyası ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, yəni Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ əsasən gəlir vergisinə cəlb edilir:

Vergi tutulan gəlirin məbləği Verginin məbləği
2500 manatadək 14 fazi
2500 manatdan çox olduqda 350 manat+2500 manatdan çox olan məbləğlərin fazi

 

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi
8.000 manatadək 0 faiz
8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi

 

Burada Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları – fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda 200 manat, illik gəliri 30.000 manatadək olduqda 2.400 manat məbləğində olan hissəsi nəzərə alınır.
İqtisadçı ekspert Anar Bayramov diqqəti işçinin başa çatan iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiyası ödənilərkən gəlir vergisi üzrə fərqli hesablanmaya yönəldir: “Tutaq ki, neft-qaz sektoruna aid edilməyən özəl təşkilatda çalışan işçinin əməkhaqqı 1.000 manatdır. Təşkilat qərar verib ki, işçiyə ötən iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilsin. Fərz edək ki, işçiyə mart 2017- fevral 2018-ci iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə verilən kompensasiya 600 manat təşkil edir. Bu zaman kompensasiya ödənilərkən işçinin cari aydakı əməkhaqqından 1.000 manatdan gəlir vergisi tutulmayacaq. İstifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği olan 600 manatdan gəlir vergisinin hesablanması 2018-ci ilin vergi qanunvericiliyinə əsasən həyata keçiriləcək.
Göründüyü kimi, işəgötürən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları hər il üzrə hesablanmaqla həmin ildə (illərdə) qüvvədə olmuş vergi qanunvericiliyinə uyğun olaraq gəlir vergisinə cəlb etməlidir”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması

posted in: Vergi, Xəbər | 0

kommersiyaXidmətin adı: Xarici kommersiya hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”

– nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə

– nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı

– nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti  (şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə edilməklə)

– nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin xarici ölkədə

qeydiyyatını təsdiq edən sənədlər

– qeydiyyat şəhadətnaməsinin

(reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq)) 

– nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

– nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq))– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə)

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

– xarici bankların və sığorta şirkətlərinin nümayəndəlikləri və ya filialları yaradıldıqda  müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 33-34-cü maddələri

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri

– Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının

aparılmasına dair Metodiki Göstəriş”

– Vergilər nazirinin 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli, 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Bakı şəhərində yerləşən ASAN xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi

Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi

İcra müddəti

sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə

– əsasnamənin bir nüsxəsi

– Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Qərar” nədir və necə yazılır?

posted in: Xəbər | 0

Qərar“Qərar” ərəb mənşəli çoxmənalı sözdür. Elmi ədəbiyyatda “qərar” sözünün 8 məna çaları olduğu göstərilir. Qərar sözünün ən geniş yayılmış mənası müəyyən bir məsələni müzakirə etdikdən sonra hamının və ya əksəriyyətin gəldiyi nəticədir. Dilimizdə “qərar” sözü ilə bağlı çoxlu ifadə yaranmışdır. Qərar vermək, qərar çıxarmaq, qərara gəlmək, qərarını dəyişmək və s. “Qərar” sözü fikir, mülahizə mənasında da işlənir (onu qərarından döndərmək çətindir).

Həmçinin bax: “Etibarnamə”ni necə yazmalı??
Qərarlaşmaq – sözləşmək, dilbir olmaq, söz vermək mənasında işlənir. Qərar hüquqi termin kimi də işlədilir. Dövlət orqanının və yaxud vəzifəli şəxsin öz səlahiyyəti dairəsində hüquqi nəticələr əmələ gətirən aktdır.

Qərarı Respublika rəhbərləri, Respublika hökuməti, icra hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektiv orqanı qəbul edir.

Müzakirə edilən hər hansı bir məsələ ilə bağlı bir neçə qərar qəbul edilə bilər. Qərarı müəssisənin rəhbəri və ya iclasa sədrlik edən şəxs və katib imzalayır.

Nümunə

Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik və Azərbaycan dilçiliyi kafedraları Azərbaycan Aviasiya Akademiyasının müəllimi, kafedranın dissertantı Sevda Əliyevanın filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün «Azərbaycan dilində aviasiya terminləri» mövzusunda yazdığı dissertasiya işini müzakirə edərək qərara alır:

  1. Dissertasiya işini tamamlanmış hesab etmək olar.
  2. Çap edilmiş məqalələr dissertasiyanın ümumi məzmununu əks etdirir.
  3. Dissertasiyanın müdafiəsi üçün müəyyən tədbirlərin görülməsi

Universitetin rektorluğundan xahiş edilsin.

Nümunə üçün faylı yükləyin: Qərar-Nümunə (132 downloads )
Həmçinin bax: “Vəkalətnamə”ni necə yazmalı??

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.