Roma imperiyasında vergi sistemi (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergi sistemiRoma imperiyasında vergi sistemi (1-ci hissə)

1-ci hissə

E.ə III əsrin əvvəlində yaşamış Roma tarixçisi Kassiy Dion Kokkean vergiləri bu şəkildə əsaslandırmışdı: “Ordunun saxlanılması üçün və digər dövlət xərclərinin ödənilməsi üçün zəruri olan vəsaitləri hardan əldə etməli? Bunu sizə izah edəcəyəm, amma, öncə qeyd etmək istərdim ki, hətta bizdə demokratiya olsaydı belə, bütün hallarda dövlət büdcəsindən ötrü yenə də pul lazım gələcəkdi.

Zira əsgərsiz dövlət mövcud ola bilməzdi, pul məsrəfləri olmadan isə biz ordu saxlaya bilməzdik. Beləliklə, vergilər heç də monarxiyanın fərqləndirici cizgiləri deyil, istənilən hakimiyyət forması vergilərin tutulmasını tələb edir. Biz sahibinə gəlir gətirən istənilən mülkiyyəti vergi yığımına cəlb etməliyik və bundan ötrü imperiyanın hər yerində vergiləri toplayacağıq. Axı, heç bir şəxs və heç bir yerin vergilərdən kənar qalmayacağı tamamilə ədalətlidir, nəticədə onların özləri də başqaları kimi vergi yığımı vasitəsilə dövlətin hər kəsə verdiyi faydalardan istifadə edirlər… ”

Romanın kiçik şəhər-dövlət olduğu zamanlarda onun ictimai xərcləri elə də böyük deyildi, seçilən magistratlar öz vəzifələrini qarşılığını almadan yerinə yetirirdilər. Tributum – hərbi məqsədlər üçün vergi isə qələbə qazanıldığı halda qənimət şəklində geri qaytarılırdı. Bu pul şəklində alınan müxtəlif növlü torpaq vergisi idi.

Vergi məbləğinin müəyyən olunması senz (census) adlanırdı və beş ildən bir seçilən xüsusi yüksək rütbəli məmurlar vasitəsilə həyata keçirilirdi. Onlar həm də vətəndaşlar və hərbi mükəlləfiyyətlilərin siyahısını hazırlayırdılar. Senzorlar adamları əmlak statuslarına görə siniflərə ayırırdılar.

E.ə 250-ci ildə bütün Orta İtaliya özünün çoxsaylı şəhərləri ilə Romaya məxsus idi. Bu isə Roma vergi sisteminin mürəkkəbləşməsinə gətirib çıxardı. Şəhər xəzinəsinə torpaq icarəsindən, rüsum və şəhərlilərdən tutulan digər kommunal vergi gəlirləri daxil olurdu. Bu vergilər və mükəlləfiyyətlər “numera” adlanırdı. Vergilərin təyinatı Romada olduğu kimi hər beş ildən bir müəyyən edilirdi. Bundan əlavə, sakinlər “tributum” adlandırılan dövlət vergisini ödəməyə də cəlb olunurdular.

E.ə. 168-ci ildə üçüncü makedoniya müharibəsi başa çatdıqdan sonra Roma bahalı qınimətlər əldə etdi və “tributum” uzun müddət üçün ləğv edildi.

Asılı dövlətlər və yeni ələ keçirilən əyalətlərdən daxil olan gəlirlər cari xərcləri tam şəkildə ödəyirdi. Bu səbəbdən Roma vətəndaşları torpaq vergisindən tamamilə azad edilmişdilər.

Roma tərəfindən işğal edilmiş dövlətlərdə, onun əyalətlərinə çevrilmiş yerlərdə orada hökm sürən vergi sistemi qorunub saxlanılmışdı, fərq onda idi ki, indi vergilər Roma xəzinəsinə daxil olurdu.  Yox, əgər əyalətə Roma qanunları şamil olunurdusa, belədə onun sakinləri roma vətəndaşlığı alır və torpaq vergisindən azad olunurdular.

Romanın inkişafının erkən çağlarında həmahəng inzibati sistem yox idi, əyalətlərdə dövlət maliyyə orqanları mövcud deyildi. Ona görə də vergi yığımına otkupçuları (publicani) cəlb edirdilər, bu isə korrupsiya və vəzifədən sui-istifadə hallarına gətirib çıxarırdı.

Daha sonralar, e.ə. I əsrdə imperator Oktavian Avqustun dövründə, əyalətlərdə vergi məbləğlərini müəyyən edən və onun toplanılmasına nəzarət edən maliyyə idarələri şəklində xəzinə filialları yaradıldı.

Əyalətlərin vergi imkanlarını dəyərləndirmək, vergi yükünü daha ədalətli bölüşdürülməsini və vergi yığımından daxil olmaların yüksədilməsi üçün əyalət senzləri müəyyən olunurdu. Bundan ötrü əyalətlərin xəritəsi tərtib olunur, şəhərlər, yollar, çaylar və torpaq sahələrinin yerləri dəqiqləşdirilirdi.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 AZN əmək haqqı ilə Baş Mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş Mühasibvakansiya Baş Mühasib

İşəgötürən: BSC Consalting və Outsorsing MMC

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: +994 (12) 493 32 05


    Vakansiya barədə məlumat
    – Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
    – Vergi orqanları ilə yazışmalar
    – Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
    – E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
    – Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
    – Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
    – DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
    – Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
    – Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
    – BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək


    Telegram qrupumuza üzv olun

    Baş Mühasib üçün tələblər
    Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
    B1-B3, Microsoft Office proqramlarını bilmək
    1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
    e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
    Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
    Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
    Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
    Balansın çıxarılması
    Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
    Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
    Tez qavramaq və uyğunlaşmaq bacarığı
    Problemləri təhlil və həll etmə bacarığı.
    Vergi qanunvericiliyi bilmək
    Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

 

CV-lərinizi foto ilə birlikdə hr@bsc-group.az info@finstaff.az elektron ünvana “ Baş Mühasib ” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hesabatı necə yazmalı?

posted in: Xəbər | 0

Hesabat Ərəb mənşəli hesabat sözünün mənası “hesab” sözünün cəmi olub, verilən tapşırığın yerinə yetirilməsi, görülmüş işin nəticəsi haqqında məsul şəxsə, kollektivə, təşkilata, ictimaiyyətə yazılı şəkildə və ya şifahi verilən rəsmi məlumatdır.

Hesabat idarə və təşkilatın, habelə mülki şəxslərin yuxarı təşkilatlar və ya vəzifəli şəxslər qarşısında götürdükləri cari, illik və beşillik işin nəticələri haqqında məlumat verilməsidir. Hesabat hüquqi sənəd deyil, amma istintaq zamanı bir mənbə kimi hesabatlardan istifadə olunur. Hesabat öz işini hesablayıb, sistem şəklində təqdim etməyə deyilir. Dediyimiz kimi, hesabatı cavabdeh müəssisə və ya şəxs qarşısında məsul olduğu yuxarı idarə və ya şəxsə verir.

Hesabat verənin bütün gördüyü işlər dolğun şəkildə, ardıcıl olaraq şərh edilməlidir. Yerinə yetirilməyən işin səbəbi göstərilməlidir. Hesabatda bütün faktlar və rəqəmlər dürüst verilməli, cümlələr aydın olmalıdır. Hesabat yalnız yazılı şəkildə tərtib edilir. Şifahi hesabat verilmir.

Hesabatların növü çox olduğu kimi məzmunu da müxtəlif ola bilər. Amma bütün hesabatların forması, demək olar ki, eyni olur.

Əvvəlcə hesabat verən idarənin, müəssisənin, şöbənin, mülki və ya hüquqi şəxsin və ya şəxslərin kimliyi haqqında məlumat, sətrin ortasında isə Hesabat sözü yazılır. Əgər hesabatı tək bir adam verirsə, yalnız onun özü, bir neçə şəxs verirsə, onların hamısı imza edir, aşağıda hesabatın tərtib edildiyi tarix göstərilir.

Hesabata verilən tələblər bunlardır:
1. İnandırıcı olmalıdır.
2. Faktlar və rəqəmlər dəqiq verilməlidir.
3. Təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.
4. İctimai xarakter daşıyırsa, qorunub saxlanılmalıdır.
5. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilməli,
sonunda isə imza qoyulmalıdır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

posted in: Xəbər | 0

Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

elektron kalkulyator

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, palatanın rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş “Ana səhifə”də əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.

Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar palatanın “966 Çağrı mərkəzi”nə, sosial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.