3000 AZN əmək haqqı ilə Baş Mühasib axtarılır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş MühasibBaş Mühasib vakansiya

İşəgötürən: Prior Leasing

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department

Vakansiya barədə məlumat

– Lizinq sahəsində ən azı 3-5 il iş təcrübəsi;
– Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.


Telegram qrupumuza üzv olun

Baş Mühasib üçün tələblər

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;


İş qrafiki

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

Maraqlanan namizədlər mövzu yerində “Baş mühasib” yazmaqla öz CV-lərini hr@priorleasing.azinfo@finstaff.az ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bəzi təşkilatların işçilərinin əmək haqqıları qaldırılıb

posted in: Xəbər | 0

Minimum aylıq əmək haqqıDövlət büdcəsindən maliyyələşən bir sıra təşkilat işçilərinin əmək haqqıları qaldırılıb.


“Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorların maaşları 180 manatdan 195 manata, texnik, komendant, laborantın maaşı 165 manatdan 180 manata qaldırılıb.

Eyni zamanda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işləyən sürücülərin əmək haqları 187 manatdan 210 manata, arxivçilərin maaşı 176 manatdan 195 manata, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin əmək haqları isə 165 manatdan 180 manata qədər artırılıb.

Həmçinin Azərbaycanda Atatürk Mərkəzində çalışan arxivçi-kitabxanaçı, təsərrüfat müdirlərinin maaşı 180 manatdan 210 manata, kompüter operatoru və katibələrin maaşı 170 manatdan 195 manata, xidməti otaqları yığışdıranın maaşı isə 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə görə, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzində çalışan makinaçının maaşı 165 manatdan 180 manata qaldırılıb.

Bundan əlavə, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin – xəzinədar, katibə, sürücü və makinaçıların maaşları 209 manatdan 210 manata, eləcə də, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətlərin əmək haqları 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə əsasən, dövlət arxivləri və onların filiallarının, rayon (şəhər) dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm və İnnovasiya Mərkəzi Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışan müəyyən kateqoriyaya aid işçilərin aylıq vəzifə maaşları da artırılıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əməyin ödənilməsinin yeni Vahid Tarif Cədvəli təsdiqləndi

posted in: Xəbər | 0

Vahid Tarif Cədvəli Tarif Cədvəli Əməyin ödənilməsiƏməyin ödənilməsi – Vahid Tarif Cədvəli təsdiqləndi


Bakı şəhəri, 28 fevral 2019-cu il

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid        Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının        tənzimlənməsi    və        “Dövlət          büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə       müəyyən               edilmiş   aylıq                    tarif        (vəzifə)     maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə

maaşlarının məbləği bu Qərarın 1 və 2 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

  1. “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 13 mart tarixli 89 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 600) 1-ci hissəsi ləğv
  2. Bu Qərar 2019-cu il martın 1-dən qüvvəyə

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

                                                                                                                                                     

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral

tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə

Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA- nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin 

                                                                                        Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1 180
2 187
3 195
4 203
5 211
6 219
7 228
8 237
9 246
10 256
11 266
12 277
13 288
14 300
15 324
16 363
17 435
18 587
19 881

 

 

Aparatın rəhbəri                                          Xələf Xələfov

                                                                                                                                                    

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 28 fevral

tarixli 68 nömrəli Qərarına 2 nömrəli əlavə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan dövlət
büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinin
                                                                                        Vahid Tarif Cədvəli

 

Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1 180
2 187
3 195
4 203
5 211
6 219
7 228
8 237
9 246
10 256
11 269
12 283
13 297
14 323
15 352
16 405
17 515
18 654
19 895

 

Aparatın rəhbəri                                                                                                                                                             Xələf Xələfov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu halda dövriyyə 200 min manatı keçsə də ƏDV qeydiyyatına durmaq tələb olunmur

posted in: Vergi, Xəbər | 0

ƏDVSual: Yalnız ƏDV dən azad əməliyyatlar aparan sahibkar, 12 aylıq dövriyyəsi 200 min manatı keçsə ƏDV qeydiyyatına durmalıdırmı?

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan vergi tutulan əməliyyatlarını ƏDV-dən azad edilən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi təşkil etdiyi halda, həmin vergi ödəyicilərinin məcburi qaydada Əlavə Dəyər Vergisi məqsədləri üçün qeydiyyata alınması tələb olunmur.

Telegram qrupumuza üzv olun

Eyni zamanda həmin vergi ödəyicilərinin 218.1-ci, 218.4-cü maddələr nəzərə alınmaqla sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmadığı üçün hüquqi şəxs olduqda mənfəət, fiziki şəxs olduqda gəlir vergisinin ödəyicisi olaraq fəaliyyət göstərməlidirlər.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.