Əmlak vergisi dünya ölkələrində (6-cı hissə)

posted in: Məqalə, Xəbər | 0

Əmlak vergisi dünya ölkələrindəəmlak vergisi

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Sloveniya, Amerika Birləşmiş Ştatları və Tailandda mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Sloveniyada əmlak vergisi

Bu ölkədə əmlak alınması zamanı 2% vergi tutulur. Əmlakın qeydiyyatı üçün 0,01-0,5% miqdarında vergi ödəmək lazım gəlir. Yeni əmlaka görə ƏDV tutulmur. Əmlaka görə tutulan illik vergi 0,1-1,0% təşkil edir. Kapital artımına görə 25% vergi nəzərdə tutulub. Vərəsəlik və ya miras yolu ilə keçən əmlaka görə 0-39% arası vergi ödəməli olursan. Bu ölkədə fiziki şəxslərdən 16-50% arası, hüquqi şəxslərdən isə 17% gəlir vergisi tutulur.

ABŞ – da əmlak vergisi

Amerikada yeni alınan daşınmaz əmlaka görə vergi ödənişi yoxdur Əmlakın qeydiyyatı zamanı 0,2-0,5% arası vergi tutulur. Bu ölkədə yeni alınan əmlaka görə ƏDV də tutulmur. Daşınmaz əmlaka görə illik vergi kimi 1% ödəmək lazım gəlir. Kapital artımına görə ABŞ-da 20% vergi tutulur. Mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə isə vergi 18-40% arasında tərəddüd edir. Birləşmiş ştatlarda fiziki şəxslərdən 10-39,6%, hüquqi şəxslərdən isə 15-39% arası gəlir vergisi tutulur.

Tailandda əmlak vergisi

Bu cənubi-şərq ölkəsində əmlakın satın alınmasından 0,1-3,3% vergi tutulur. Qeydiyyata salınması üçün isə 1-2% arası vergi ödəməli olursan. Yeni əmlaka görə ƏDV nəzərdə tutulmayıb. Əmlaka görə illik vergi bir raya görə (1600 kv metr torpaq) bir neçə bat – 0-35 (1 bat – 0,032 ABŞ dolları) vergi ödəməli olursan. Kapital artımına görə 0-35% arası vergi tutulur. Mirasa görə vergi tutulmur, amma, hədiyyə kimi verilən əmlakdan 0-35% arası vergi ödəmək lazım gəlir. Fiziki şəxslərdən 0-35, hüquqi şəxslərdən isə 20% vergi tutulur.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gömrük ekspertizasının aparılması qaydalarına dəyişiklik edilib

posted in: Xəbər | 0

Gömrük ekspertizasının aparılması qaydalarına dəyişiklik edilib

Gömrük

Bakı şəhəri, 1 mart 2019-cu il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nda

dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 743  nömrəli  Sərəncamının  1.2-ci   bəndinin   icrasını   təmin   etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030; 2015, № 5, maddə 630) ilə təsdiq edilmiş “Gömrük ekspertizasının aparılması Qaydaları”nın 5.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.8. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

 

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması

posted in: Vergi, Xəbər | 0

KommersiyaXidmətin adı: Yenidən təşkil nəticəsində yaradılan Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– notariat qaydasında təsdiq olunmuş “ Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”

– yenidən təşkil haqqında qərar

– təhvil aktı və ya bölünmə balansı

– mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”

– təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”

– təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

– qurumun təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

– qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar

– “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə))

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə)

– qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

– hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz)

– nizamnamə kapitalına pul formasında ödənilməyən əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi

– ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

–  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd

– hüquqi şəxs barədə hər hansı inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub-olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə müvafiq məhkəmədən arayış

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

–  AR VM-nin 33-34-cü maddələri

– Mülki Məcəllənin 43-113-cü maddələri

– İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– “Dövlət rüsumu haqqında” 04.12.2001-ci il tarixli 223-IIQ nömrəli Qanunun 20, 20-1-ci maddələri

– Vergilər nazirinin 06.02.2012-ci il tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş

“Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

– Vergilər nazirinin 25.01.2011-ci il tarixli 1117040100157100 nömrəli, 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmrləri

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD- nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə

– nizamnamənin bir nüsxəsi

– Kommersiya qurumunun dövlət reyestrindən çıxarış

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilərmi?

posted in: Müqavilələr, Xəbər | 0

Müddətsiz əmək müqaviləsi müddətli müqaviləSual: Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilərmi?

Cavab: Əgər işçi ilə bağlanmış əmək müqaviləsində bu müqavilənin hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsizdir. Müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilməz.

Telegram qrupumuza üzv olun

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı qeyd olunub. Tədbirdə işçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.