» » » Əmlak vergisi dünya ölkələrində (6-cı hissə)

Əmlak vergisi dünya ölkələrində (6-cı hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Əmlak vergisi dünya ölkələrindəəmlak vergisi

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Sloveniya, Amerika Birləşmiş Ştatları və Tailandda mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Sloveniyada əmlak vergisi

Bu ölkədə əmlak alınması zamanı 2% vergi tutulur. Əmlakın qeydiyyatı üçün 0,01-0,5% miqdarında vergi ödəmək lazım gəlir. Yeni əmlaka görə ƏDV tutulmur. Əmlaka görə tutulan illik vergi 0,1-1,0% təşkil edir. Kapital artımına görə 25% vergi nəzərdə tutulub. Vərəsəlik və ya miras yolu ilə keçən əmlaka görə 0-39% arası vergi ödəməli olursan. Bu ölkədə fiziki şəxslərdən 16-50% arası, hüquqi şəxslərdən isə 17% gəlir vergisi tutulur.

ABŞ – da əmlak vergisi

Amerikada yeni alınan daşınmaz əmlaka görə vergi ödənişi yoxdur Əmlakın qeydiyyatı zamanı 0,2-0,5% arası vergi tutulur. Bu ölkədə yeni alınan əmlaka görə ƏDV də tutulmur. Daşınmaz əmlaka görə illik vergi kimi 1% ödəmək lazım gəlir. Kapital artımına görə ABŞ-da 20% vergi tutulur. Mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə isə vergi 18-40% arasında tərəddüd edir. Birləşmiş ştatlarda fiziki şəxslərdən 10-39,6%, hüquqi şəxslərdən isə 15-39% arası gəlir vergisi tutulur.

Tailandda əmlak vergisi

Bu cənubi-şərq ölkəsində əmlakın satın alınmasından 0,1-3,3% vergi tutulur. Qeydiyyata salınması üçün isə 1-2% arası vergi ödəməli olursan. Yeni əmlaka görə ƏDV nəzərdə tutulmayıb. Əmlaka görə illik vergi bir raya görə (1600 kv metr torpaq) bir neçə bat – 0-35 (1 bat – 0,032 ABŞ dolları) vergi ödəməli olursan. Kapital artımına görə 0-35% arası vergi tutulur. Mirasa görə vergi tutulmur, amma, hədiyyə kimi verilən əmlakdan 0-35% arası vergi ödəmək lazım gəlir. Fiziki şəxslərdən 0-35, hüquqi şəxslərdən isə 20% vergi tutulur.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.