“Mətanət A” şirkəti Mühasib axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Mühasib vakansiyaVakansiya: Mühasib

İşəgötürən: “Mətanət A”

Vakansiya barədə
  • Hesablarda (o cümlədən 1C Proqramında) mühasibatlıqla bağlı həyata keçirilmiş bütün əməliyyatların işlənməsini həyata keçirmək;
  • Müəssisədə yazılmış maliyyə sənədlərinin qeydiyyatını aparmaq, lazımı formada rəsmiləşdirilməsi qaydalarını yerinə yetirmək;
  • Mühasibatlığa aid  müxtəlif sahələr üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin uçotunun aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətləri və sair) yerinə yetirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
  • İlkin sənədlərin uçot sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirmək;
İş qrafiki
  • İş saatı: 09-00-dan 18-00-dək
  • İstirahət: Şənbə və  bazar günü
Əmək haqqı
  • Razılaşma yolu ilə
Mühasib üçün tələblər
  • Təhsil: Ali (İqtisadi)
  • İş təcrübəsi: 2-5 il iş təcrübəsi olan
  • Yaş həddi:25-50
  • Dil bilikləri: Azərbaycan və Rus dili
  •  Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək
Şəxsi keyfiyyətlər
  • İşə planlı yanaşmaq bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Nitq mədəniyyəti;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Səliqəli, təşkilatçı, operativ çalısan, bacarıqlı;
Qeyd
  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar  olunan şəxslər işə götürülmürlər;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub hr@matanata.com və info@finstaff.az ünvanına göndərin.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Nurgun Holding Mühasib – operator axtarır

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

vakansiya Mühasib - operatorVakansiya: Mühasib – operator

İşəgötürən: Nurgun Holding

Əmək haqqı: 500 AZN

Vakansiya barədə məlumat

• Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
• Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin, əmtəələrin, materialların və  başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotuna əks etdirmək;
• Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.


Telegram qrupumuza üzv olun

Mühasib – operator üçün tələblər

• Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 25-30 arası

CV göndərərkən mövzu qismində vakansiyanın adının qeyd olunması xahiş olunur.

E-mail: hr@nurgun.azinfo@finstaff.az

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması

posted in: Xəbər | 0

publikXidmətin adı

Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– notariat qaydasında təsdiq olunmuş “Publik hüquqi şəxsin qeydiyyatı haqqında ərizə”

– “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizəyə əlavə”

– təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti

– müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və  publik hüquqi şəxs tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə

– qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar

– “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə)

–  qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti

– hüquqi ünvanını təsdiq edən sənəd

– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz) ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi

– etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– “Publik hüquqi şəxslər haqqında” 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanun

– “Publik hüquqi şəxslər haqqında” AR-nın 29.12.2015-ci il tarixli 97-VQ nömrəli Qanununun tətbiq edilməsi haqqında” AR Prezidentinin 03.02.2016-cı il 759 nömrəli Fərmanının 2.2-ci bəndi

– “AR-nın Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” AR Qanununun tətbiq edilməsi barədə” AR Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” AR Prezidentinin 14.12.2016-cı il 1153 nömrəli Fərmanının 3.3.2-ci bəndi

Xidmətin göstərildiyi yer

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri

Müraciəti emal edən struktur vahidi

Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə

– nizamnamənin bir nüsxəsi

– Publik hüquqi şəxsin dövlət reyestrindən çıxarış

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Problemli kreditlərlə bağlı fərmanın misallarla izahı

posted in: kredit, Xəbər | 0

Problemli kreditlər ilə  bağlı fərmanın misallarla izahı

Problemli Kreditlər

28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmiş yeni fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri ilə bağlı üzləşdikləri maliyyə itkisini də aradan qaldırmış olacaq.

Verilmiş bu fərman həmçinin əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin prioritetlərindən olmasına daha bir bariz sübutdur.

Fərmandan irəli gələrək aşağıdakıları qeyd edə bilərik:

  1. Fiziki şəxslərin 10 min USD məbləğədək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 28.02.2019-cu ildə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq qiymətləndirilərək (1 USD-1.7 AZN) dövlət büdcəsinin hesabına ödəniləcək.

1.1. 21.02.2015-ci ilədək olan əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.25 AZN (yəni 0.15 USD) hissə dövlət büdcəsinin hesabına ödəniləcək.

Misal: Şəxsin 1-ci devalasiyayadək 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 78 manat edirdisə, 1-ci devalvasiya nəticəsində 105 manata çatdı və nəticədə kredit borcu 27 manat artdı. Bu fərmanla həmin 27 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.25 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.25 AZN=25 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 27 manat artmış hissəsindən 25 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.2. 22.02.2015-ci ildən 21.12.2015-ci ilədək bağlanmış müqavilələrə şamil edilən şərtə görə isə əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.6 AZN (yəni 0.35 USD) hissə dövlət büdcəsi hesabına ödəniləcək.

Misal: Şəxs 1-ci devalvasiyadan sonra, lakin 2-ci devalasiyayadək kredit müqaviləsi bağlayır və onun bu müqavilə üzrə 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 105 manat edirdisə, 2-ci devalvasiya nəticəsində 155 manata çatdı və nəticədə kredit borcu 50 manat artdı. Bu fərmanla həmin 50 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.6 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.6 AZN=60 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 50 manat artmış hissəsindən 60 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.3. 21.02.15-ci il və 21.12.15-ci il tarixlərinədək xarici valyutada kredit borcu olanlarla bağlı isə 21.02.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə 0.25 AZN, 21.12.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə isə 0.60 AZN dövlət büdcəsi hesabına ödəniləcək.

  1. Yeni fərmana əsasən səlahiyyətli qurumlar tərəfindən həm əsas kreditin manatla artmış hissəsinin hesablanma mexanizmi, həm də həmin kreditlərin əsas məbləğilə bağlı hesablanmış faiz və dəbbə puluna ediləcək güzəştlərin mexanizmi müəyyən ediləcək.
  2. Fərmana əsasən həmin kreditlərlə əlaqədar fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min USD-nin manat ekvivalentindən çox olmayacaq.
  3. Banklar 1 ay müddətində xarici valyutada 10 min USD, milli valyutada isə 17 min AZN vaxtı keçmiş borcu olanlarla bağlı

  4.1. yeni güzəştli kredit müqaviləsi bağlanmanı təklif etməli (yəni illik faiz dərəcəsi 1% olan müqavilə)

 4.2. məhkəmədə olan işləri geri çağırmalı (yəni baxılan işlərdən imtina etməli və icra sənədləri üzrə icraata xitam üçün tədbir     görməli)

  4.3. bu kreditlərə hesablanmış faizləri silməli (yəni faiz və dəbbə pulunu) və bununla bağlı digər borc yükünü yüngülləşdirən         tədbirlər görməli olacaq.

 Fərman bank və bank olmayan kredit təşkilatlarında borcu olanlarla bağlı tətbiq ediləcək.

 Banklar bu fərmana əsasən 2012-ci il 01 yanvardan 28.02.2019-cu ilədək xarici valyutada 10 min USD, milli valyutada 17 min AZN   kredit borclarının qalıq məbləği olanlar və 01.01.2012-28.02.2019-cu il tarixləri dövründə bağlanmış kredit müqavilələri üzrə əsas   məbləği ilə faiz borcunu 360 gündən artıq gecikdirənlərlə bağlı güzəştlər tətbiq etməli olacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.