Mühasibat uçotu ilə bağlı bəzi fərmanlarda dəyişikliklər edilib

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotuMühasibat uçotu ilə bağlı bəzi fərmanlarda dəyişikliklər edilib.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də, 2002-ci il 29 iyun tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2005-ci il 20 aprel tarixli 226 nömrəli, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2006-cı il 29 dekabr tarixli 511 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783; 2018, № 12 (I kitab), maddə 2572) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.1-1-ci və 8.1-2-ci bəndlər əlavə edilsin:

“8.1-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;

8.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kommersiya təşkilatlarının siyahısını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 iyun tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 338; 2008, № 11, maddə 965; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu haqqında Əsasnamə”nin 11.2-ci bəndində “maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatları” sözləri “maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 11.52-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“11.52. Nazirlik sistemində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edir;”;

3.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti haqqında Əsasnamə”nin 14.7-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“14.7. tabeliyindəki təşkilatlarda “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun, habelə statistik, maliyyə və vergi hesabatlarının tərtib edilməsi işlərinin düzgün aparılmasına nəzarət edir;”.

4. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1058; 2008, № 11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 2, maddə 85; 2014, № 12, maddə 1579; 2015, № 9, maddə 997, № 11, maddə 1323; 2017, № 1, maddə 63, № 3, maddə 362, № 9, maddə 1649) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 8.18-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“8.18. tabeliyindəki idarə, müəssisə və təşkilatlarda “ Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun, habelə statistik, maliyyə və vergi hesabatlarının tərtib edilməsi işinin düzgün aparılmasına nəzarət etmək;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912, № 12 (I kitab), maddələr 2556, 2572) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.48-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.48. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Azərbaycan dilinə tərcüməsini təşkil etmək, bu tərcümələrin həmin standartların Azərbaycan dilində rəsmi mətnləri kimi dərc olunmasını təmin etmək və uçot qaydalarını təsdiq etmək;”;

5.2. aşağıdakı məzmunda 8.48-1-ci və 8.48-2-ci bəndlər əlavə edilsin:

“8.48-1. Peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını təmin etmək, peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını həyata keçirmək;

8.48-2. “ Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;”;

5.3. 8.49-cu bənd aşağıdakı redaksiyada verilsin:

“8.49. Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və uçot qaydalarının tətbiqi ilə bağlı təlim kursları, seminarlar, konfranslar təşkil etmək və digər zəruri tədbirləri həyata keçirmək;”;

5.4. aşağıdakı məzmunda 8.49-1-ci bənd əlavə edilsin:

“8.49-1. “ Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, kommersiya təşkilatlarının ictimai əhəmiyyətli qurumlara aid edilməsi üçün meyar göstəricilərinə dair təkliflərini hər üç ildən bir aprel ayının 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;”;

5.5. 9.19-cu bənddən “və büdcədənkənar dövlət fondları”, “və tövsiyə xarakteri daşıyan sənədlərin” və “və tətbiq” sözləri çıxarılsın;

5.6. 27-ci bənddə “hesabatının” sözü “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnsan Resursları Departamentində Ödənişli Təcrübə Proqramı elan olunur

posted in: Təcrübə, Vakansiya, Xəbər | 0

vakansiya Təcrübə ProqramıVakansiya:  İnsan Resursları Departamentində Təcrübə Proqramı

İşəgötürən: Optimal Electronics LLC

“Optimal Elektronika” MMC  1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, LG, SONY, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə “Optimal Elektronika” MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir.  Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin  brend geyimlərinin  Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO  brendinin Azərbaycanda və Qafqazda yeganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir.

“Optimal Elektronika” MMC  davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların  karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.

Niyə məhz Optimal?
  • Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
  • Pozitivlik bizim ən böyük uğurumuzdur!
  • Kreativ ideyaları yaradırıq!
  • İstedadlı gənclərə yol açırıq!
Optimal Elektronika” MMC  İnsan Resursları Departamentində  Təcrübə Proqramı elan edir:
Vakansiya barədə məlumat:
Tələblər:

– Təhsil : Ali təhsil müəssisini yeni bitirmiş olmalı;
– Öyrənməyə və inkişaf etməyə meylli olmalı:
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq; İngilis və rus dillərini bilmək üstünlükdür.
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqlar

Biz Sizə təklif edirik:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
– Həftədə 5  iş günü, 2  gün istirahət;
– Karyera yüksəlişi imkanı;
– Təcrübə proqramı ödənişlidir və nahar şirkət tərəfindən verilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində  “İnsan Resursları Departamentində təcrübəçi” qeyd edərək öz CV-lərinizi  hr@optimal.az  və info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 30.03.2019

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1100 AZN məvaciblə Baş Mühasib tələb edilir

posted in: İş elanı, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş MühasibBaş Mühasib vakansiya

İşəgötürən: Active İT Solutions

Ümumi məlumat
  • Şəhər: Bakı
  • Yaş: 26 – 45 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Həsən Qasımov
  • Telefon: (012) 440-41-05
Vakansiya barədə məlumat

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində (ƏDV) əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edilməsi
– Vergi orqanları ilə yazışmalar
– Müqavilələri və sifariş formalarını tərtib etmək
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edilməsi
– Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edilməsi


Telegram qrupumuza üzv olun

– Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətin aparılması
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının həyata keçirilməsi
– Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarətin aparılması
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirmənin təmin edilməsi
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– Bazarertəsi – Cümə, 09:00-dan 18:00-dək


Baş Mühasib üçün tələblər

– Müvafiq sahə üzrə ali təhsil
– e-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək bacarığı olana üstünlük veriləcəkdir. (Istehsal və satış və s.)
– Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması


Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@active.azinfo@finstaff.az elektron ünvanına göndərə bilərlər.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmlak vergisi dünya ölkələrində (5-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

əmlak vergisiƏmlak vergisi dünya ölkələrində 

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Kipr, Latviya və Monakoda mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Kiprdə əmlak vergisi

Daşınmaz əmlak alınan zaman 0,15-0,20% həcmində vergi tutulur. Əmlakın qeydiyyatı zamanı isə 3-8% həcmində vergi ödənilir.

Yeni əmlakdan 19% ƏDV tutulur. Daşınmaz əmlaka görə illik vergi olaraq 0,6-1,9%+55 avrodan 185 avroya kimi ödəniş etməlisən. Kapital artımına tutulan vergi 20% təşkil edir. Miras və ya vərəsəlik olu ilə keçən əmlaka görə vergi müəyən edilməyib. Fiziki şəxslərdən 0-35% həddində, hüquqi şəxslərdən isə 12,5% miqdarında vergi tutulur.

Latviyada əmlak vergisi

Yeni əmlak alınarkən, vergi tutulmur. Yeni alınan daşınmaz əmlakın qeydiyyatı zamanı 2% vergi ödənilir. Yeni alınan əmlakdan 21% ƏDV tutulur. Əmlaka görə illik vergilər 0,2-0,6% təşkil edir. Kapital artımına görə 15% vergi ödəməli olursan. Mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə vergi nəzərdə tutulmayıb. Bu ölkədə fiziki şəxslərdən 24%, hüquqi şəxslərdən isə 15% gəlir vergisi tutulur.

Monakoda əmlak vergisi

Yeni əmlaka görə vergi ödənilmir. Əmlakın qeydiyyatına görə 4,5% vergi tutulur. Yeni alınan əmlakdan 20% həcmində vergi ödəməlisən. Bu ölkədə əmlaka görə illik və kapital artımına görə vergilər də tutulmur. Miras və ya vərəsəlik yolu ilə keçən əmlakdan 8-16% həcmində vergi ödəməlisən. Maraqlıdır ki, Monakoda fiziki şəxslərdən gəlir vergisi tutulmur, amma hüquqi şəxslərdən 33,33% vergi ödəməli olursan.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.